Ermənistan dəmir yollarını Rusiyadan geri alır?
Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.
“Ermənistanın dəmir yollarının idarə olunması məsələsi hazırda Rusiya tərəfi ilə müzakirə olunur”.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.
“Biz mümkün qədər tez cavab gözləyirik. Layihənin əhəmiyyəti böyükdür. Buna görə də, bu məsələni müzakirə və həll etməkdən başqa alternativimiz yoxdur”, - o bildirib.
Simonyan əlavə edib ki, bu istiqamətdə müəyyən maraq göstərən ölkələr var: “Amma danışıqlar davam edir, hələlik yekun qərar yoxdur”.
Ermənistan KİV-in yaydığı məlumata görə, İrəvan bəzi ölkələrə “Rusiya Dəmir Yolları”nın törəmə şirkəti “Cənubi Qafqaz Dəmir Yolu”nu almaq və idarə etmək üçün müraciət edib. Məsələ Ermənistanın Azərbaycan və Türkiyə ilə əlaqəli dəmir yollarının iki hissəsinin bərpası ilə bağlı Rusiyaya müraciəti kontekstində gündəmə gəlib.
Rusiya baş nazirinin müavini Aleksey Overçuk Baş nazir Nikol Paşinyanın müvafiq mesajından sonra Moskvanın İrəvanla danışıqlara başlayacağını açıqlamışdı. Ermənistanın ərazi idarəetməsi və infrastruktur naziri Davit Xudatyan bundan sonra artıq danışıqların başladığını bəyan etmişdi./Teleqraf
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 03 Mart 2026 17:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















