Ermənistan dəmir yollarının gələcək operatoru kim olacaq? Mümkün ssenarilər
Icma.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.
"Zəngəzur istiqamətində yaradılması nəzərdə tutulan "TRIPP Development Company"də ABŞ tərəfinin 74%, Ermənistanın isə 26% paya malik olması planlaşdırılır. Bu halda Ermənistanın regional dəmir yolu şəbəkəsinin gələcək idarəçiliyində ABŞ və ya ABŞ kapitalı ilə bağlı investorların marağının yaranması da təəccüblü olmazdı".
"Bakupost" xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov bildirib.
O qeyd edib ki, Rusiyanın Ermənistan dəmir yolları üzərindəki konsessiya hüququnu birbaşa ABŞ tərəfinə satmağa razı olub-olmayacağı isə ayrıca sualdır:
"Qazaxıstan kimi Rusiya üçün məqbul üçüncü ölkənin bu prosesdə aralıq və ya kompromis tərəf kimi meydana çıxması da mümkün ssenarilərdən biridir. Hətta daha sonrakı mərhələdə idarəetmədə ABŞ kapitalının iştirakı ehtimalını da tam istisna etmək olmaz.
Hələlik bunlar yalnız mümkün ssenarilərdir. Amma görünən odur ki, Ermənistan dəmir yollarının gələcək operatorunun kimliyi məsələsi regiondakı yeni geoiqtisadi düzənin bir hissəsinə çevrilir".
Yasəmən, BakuPost
Bu mövzuda digər xəbərlər:Ermənistan Türkiyə dəmir yolu mümkün qədər tez açılacaq
11 İyun 2026 14:49
Ermənistan dəmir yollarının idarəçiliyi türk dövlətinə verilir
26 Mart 2026 14:52
Türkiyə Ermənistan sərhədlərinin açılması Azərbaycanın razılığı ilə mümkün olacaq EKSKLÜZİV
08 Noyabr 2025 16:56
Paşinyan: Ermənistan Rusiya münasibətlərini pozmaq mümkün deyil
07 İyun 2026 11:18
Ermənistan seçkiləri və onun regiona mümkün təsirləri
12 May 2026 13:23
Baxış sayı:129
Bu xəbər 26 Avqust 2026 12:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















