Icma.az
close
up
RU
Ermənistan dövləti yenidən qurulacaq?

Ermənistan dövləti yenidən qurulacaq?

Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Paşinyan IV Respublikanın anonsunu verir... 

Ermənistanda növbəti dəfə siyasi emosiyalar yüksək həddə çatıb. Belə ki, hazırki hakimiyyət ilə revanşist cəbhə arasındakı uçurum günü-gündən böyüməkdədir. Hətta kilsə ilə işbirliyi belə müxalifət tərəfinə hər hansı bir uğur vəd etmədi - proseslərin inkişafı isə göstərir ki, keçmiş iqtidar-indiki müxalifət perspektivdə də nəyəsə nail olacağına ümid bəsləmir. Səbəblər müxtəlifdir - ən mühüm amil isə Azərbaycanın regionda formalaşdırdığı yeni reallıqlardır. Belə ki, Bakının təşəbbüsü ilə ortaya çıxan və artıq son mərhələyə qədəm qoyan sülh prosesi özlüyündə Ermənistanda dövlətçilik ənənəsinin formalaşmasına da təsirsiz ötüşmədi - sülh və sabitlik, region dövlətləri ilə münasibətlərin normallaşdırılması və əməkdaşlıq əlaqələrinin yaradılması bu ölkəni təcriddən və dalan statusdan xilas edə bilər. Bunu anlayan hazırki Baş nazir Nikol Paşinyan da öz siyasi rəqibləri üzərində qələbə qazanmaq üçün hərəkətə keçib.

Paşinyandan mühüm açıqlamalar...

Nikol Paşinyan hakim Vətəndaş Müqaviləsi Partiyasının 7-ci qurultayında bildirib ki, partiya Dördüncü Ermənistan Respublikasının yaradılmasını qarşıdakı strateji məqsəd kimi bəyan edir. “Bu məqsədlə, Vətəndaş Müqaviləsi Partiyası 2026-cı ildə keçiriləcək növbəti parlament seçkilərində konstitusiya çoxluğunun formalaşması gözləntiləri ilə hakimiyyət mandatı ilə xalqa təklif təqdim etməyi planlaşdırır”, - deyən Paşinyanın sözlərinə görə, seçkilərdə xalqın səsini aldıqdan sonra hakim partiya ümumxalq səsverməsi yolu ilə Ermənistanın yeni Konstitusiyasının qəbulu prosesinə start verəcək.

Hökumət başçısı 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanaraq Ermənistan Respublikasının beynəlxalq səviyyədə tanınmış, suveren ərazisinin (29 min kvadrat kilometr) toxunulmazlığı konsepsiyasının qəbul edilməsinin əsas məqsədlərini də qeyd edib: “Biz Ermənistanı regionallaşmaya, eləcə də balanslaşdırılmış xarici siyasətə qarşı qoymadan, Aİ-yə üzvlüyünü təmin etmək üçün səylərimizi gücləndirəcəyik”. Baş nazir həmçinin bəyan edib ki, bütün qonşularla dinc və mehriban münasibətlərin qurulması üçün səylər, o cümlədən qonşu ölkələrin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığına əsaslanan sülhün institutsionallaşdırılması istiqamətində işlər davam etdiriləcək.

“Yeni dövlət” konsepsiyası...

Paşinyanın bu bəyanatı isə onun siyasi rəqiblərini - eləcə də, keçmiş iqtidarın aparıcı simalarını narahat edib. Kilsə-müxalifətin “öndəgedən simaları” kimi xarakterizə olunan, öz məğlubiyyətləri ilə barışmaq istəməyən və 2026-cı il parlament seçkilərində yenidən siyasi səhnədə “zühur etməyi” planlaşdıran   sabiq prezidentlər Levon Ter-Petrosyan, Serj Sarkisyan və Robert Koçaryan səslənən bəyanata qarşı kontur-arqumentlər formalaşdırmaq üçün əl-ayağa düşüblər. Narahatlığın səbəbləri isə açıq və bəllidir. Paşinyanın “yeni dövlət konsepsiyası”:

- Keçmiş iqtidarların işğalçı və təcavüzkar simasını, ideologiyasını açıq şəkildə ortaya qoyur - nəticədə isə bu siyasi qruplaşma indidən parlament seçkilərindəki məğlubiyyətini elan edə bilər;

- Sülh prosesinin vacibliyini ön plana çəkməklə yanaşı, Azərbaycanın bütün tələblərinin yerinə yetirilməsi kimi mahiyyət daşıyacaq. Bu isə qarşı tərəfin (revanşist cəbhənin) illərdir apardığı təbliğatı iflasa uğradacaq;

- Əslərdir ki, kilsənin arxasında gizləndiyi “böyük Ermənistan” təbliğatının yalan olduğu, bunun sadəcə əsassız torpaq iddiasından uzağa getmədiyi ortaya çıxacaq;

- Qondarma “soyqırımı” iddiaları aktuallığını itirəcək.

Beləliklə, Paşinyan post-müharibə dövrünün dividendlərini əldə etməklə yanaşı, müharibəyə qədərki dözülməz sosial durumun, iqtisadi iflasın və siyasi kölələyin də formulunu ortaya qoyur - Ter-Petrosyandan başlanan “for-postluq” xəttinin bütün tərəfləri ifşa olunur, 30 il ərzində Ermənistanın dövlət olaraq özünü təsdiq edə bilməməsinin səbəbləri aydınlaşır. 

Xəstə təfəkkürə söykənən ideologiyadan tam imtina olunmalıdır...

Paşinyanın Konstitusiya dəyişikliyinin anonsunu verməsi isə revanşist müxalifətin sonu olmaqla yanaşı, Ermənistanın arxada qalan tarixində istinad etdiyi, söykəndiyi və icra etdiyi işğalçı, talançı və yalançı təbliğatın iflasıdır. Azərbaycan 44 günlük müharibədə və antiterror tədbirlərində əldə etdiyi Zəfərlə yalnız özünün suverenliyini və ərazi bütövlüyünü təmin etmədi - Azərbaycan bölgədə yeni siyasi situasiya yaratdı. Bu qalibiyyət nəticəsində 200 ildən sonra Cənubi Qafqazda ədalət bərpa olundu - Ermənistan özünün “tarixi iddialarından” geri çəkilir. “Dənizdən dənizə Ermənistan” adlı xəstə təfəkkürün “məhsulu” sayılan iddialar da tarixin zibilliyinə yollanır - çünki hər hansı başqa vəziyyət bölgə üçün real sülh sayıla bilməz. Yəni Ermənistan özünün bu kimi xəstə iddialarından geri çəkilmədiyi halda regionda sülh və sabitlikdən söhbət gedə bilməz. Bunun üçün isə hüquqi addımlar atılmalı, Ermənistan dövləti üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməli, bu bölgəsəl inkişafa mane olan təbliğata son verməlidir. Paşinyanın bəyan etdiyi yol bir növ deyilən tezislərlə səsləşir.  Azərbaycan və Türkiyə ilə yeni səhifə açmaq istəyən, ölkəni blokadadan çıxarmaq, Azərbaycanın liderlik etdiyi regional və beynəlxalq layihələrə qoşulmaq, mehriban qonşuluq prinsipi əsasında yaşamaq istəyini dilə gətirən hökumət başçısının bu açıqlaması başadüşüləndir. Nikol gözəl dərk edir ki, keçmişin izlərini silmədən, revanşistləri əbədi olaraq tarixin küncünə atmadan yuxarıda sadalananları reallaşdırmaq mümkün deyil.

Revanşistlərin “son qalası” da dağıldı...

Bu, həm də onu göstərir ki, Ermənistanda Konstitusiya dəyişikliyi ilə bağlı işlər artıq gedir - 2026-cı il seçkilərində qələbə qazandıqdan sonra “Vətəndaş müqaviləsi” konkret olaraq bu addımı da atacaq. Bu isə Vaşinqton danışıqlarının reallaşması yönundə əsaslı addım olmaqla yanaşı, sülh müqaviləsinin imzalanması üçün bütün əngəllərin aradan qaldırılması deməkdir.

Paralel olaraq isə həm kilsənin, həm də revanşist müxalifətin “son qalası” da dağıdılmış olacaq. Bununla da 1990-cı illərin əvvəlində Konstitusiyaya əsassız torpaq iddiası, beynəlxalq hüquqa zidd maddələr salmaqla özlərinin mənfur niyyətlərini həyata keçirməyə çalışanlar tam olaraq məğlubiyyətlərini elan edəcəklər...

S.İSMAYILZADƏ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 26 Sentyabr 2025 09:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see296

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see282

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see267

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see258

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see257

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see246

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see236

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see232

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see229

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see228

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see226

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see221

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see219

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see214

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see213

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see210

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see205

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see203

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see191

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri