Ermənistan ərazisində 29 abidədə Saka türklərinin izləri qalır
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 22 aprel, AZƏRTAC
İndiki Ermənistan ərazisinin keçmiş zamanlarda faktiki sakinlərini xatırlatmaq istəyirəm. Ermənistanda 29 abidədə Saka türklərinin izləri qalır və müasir Ermənistan Respublikasının ərazisinin tamamilə Saklar Çarlığına məxsus olduğu məlum bir faktdır.
AZƏRTAC xəbər verir ki, bunu Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya Qədim Turan haqqında və Kiçik Asiya ərazilərində prototürk qəbilələri və onların Qafqaz əlaqələri” mövzusunda konfransda deyib.
“Eramızdan əvvəl III əsrdən başlayaraq türk tayfalarının birliyi olan Hunlar sonradan iki hissəyə bölünüb və I əsrdə onun bir hissəsi Zəngəzurda məskunlaşıb. Stepan Orbelyanın (eramızın XIII əsri) qeyd etdiyi kimi, “sisaklar təkcə Hunların deyil, həm də albanların əcdadlarıdır və hətta onlarla müqayisədə daha qədimdirlər”.
Başqa sözlə, qədim Sakaların mövcud erkən etnik təbəqəsi eyni etnik Saka mənşəli yeni bir təbəqə olan Sisaklarla örtülüb”, - deyə Kamran İmanov qeyd edib.
Müxbir – Aysel Azadqızı
Fotoqraf – Azər İbrahimov
Operator – Şövqi Əzizov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 22 Aprel 2026 14:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















