Icma.az
close
up
RU
Ermənistan faşizminin kökünü kəsmək üçün...

Ermənistan faşizminin kökünü kəsmək üçün...

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Sarkisyan və Koçaryan Bakıya gətirilməli, Oskanyan isə layiq olduğu yerə göndərilməlidir

Ermənistandakı faşizmin kökü kəsilməlidir. Belə bir fikri həm Prezident İlham Əliyev vurğulayıb, həm də ümumən Azərbaycan ictimaiyyətinin qənaəti bundan ibarətdir. Hay cəmiyyətində, eləcə də siyasi mühitində yaşananlar da məsələyə həssas yanaşılmasının vacibliyini göstərir. Hesab edirik ki, mövcud məqama, bütövlükdə dünya birliyi də eyni həssaslıqla yanaşmalıdır. İkinci dünya müharibəsindən sonra alman nasizminin və onunla bağlı hər şeyin məhvinə prinsipial yanaşdığı kimi.

Deməli, Ermənistanın sabiq xarici işlər naziri Vardan Oskanyan yenə yuyulmamış çömçə kimi ortaya düşüb. Onun “fəallaşmasına” səbəb isə Azərbaycan və Ermənistan liderlərinin Avropa Siyasi Birliyinin Tiranada keçirilmiş 6-cı sammitindəki təmasları və bu təmaslar fonunda müsbət mənzərənin müşahidə edilməsi, habelə Cənubi Qafqazda sülh gündəliyinin önə çıxmasıdır. Hiss olunur ki, Vardan durumdan çox narahatdır. O narahatdırsa, deməli, bütövlükdə Ermənistandakı revanşist-şovinist kəsimin, həmçinin bu kəsimin xaricdəki havadarlarının kürklərinə birə düşüb.

Əlqərəz, V.Oskanyanın sərsəmləmələrinə diqqət yetirəcəyik. Diqqət yetirəcək və sonda Ermənistandakı faşizmin məhvi ilə bağlı əvvəldə irəli sürdüyümüz fikrin zəruriliyini vacib edən daha bir məqamdan söz açacağıq. Hələlik isə bildirək ki, sabiq erməni XİN rəhbərinin dedikləri Paşinyanın Tiranadakı davranışının Ermənistan üçün alçaldıcı durum formalaşdırdığını vurğulamağa söykənib. Bu yolla V.Oskanyan daxildəki revanşistləri qızışdırmaq niyyətindədir. O bildirib ki, Paşinyan Tiranada “Bakıda saxlanılan erməni məhbuslar məsələləsindən”, “Qarabağın erməni əhalisinin deportasiyasından”, onların geri qayıdış hüququndan söz açmadı və acizlik göstərdi. Həqiqətən, ASB-nin kluarlarında ənənəvi erməni klişeləri üzərinə nəinki gəlinmədi, ümumən “köhnə qitə”nin erməni təəssübünü xarakterizə edən kiçik bir detal belə nəzərə çarpmadı və mövcud durum, şübhəsiz, Azərbaycanın böyük uğurudur.

Ümumən, “erməni kartı”nın gündəmdə olmamasına hazırkı hay iqtidarının səriştəsizliyi kontekstində yanaşıla bilər. Amma belə qiymətləndirmə tam obyektiv olmaz. Çünki Azərbaycan tamam fərqli ampluadadır. Hərbi qüvvə nisbəti baxımından Bakı ilə İrəvan arasında böyük fərq olduğu kimi, eyni fərq diplomatik və siyasi müstəvidə də özünü göstərməkdədir. Həm erməni iqtidarı, həm də bütövlükdə erməni cəmiyyəti və siyasi kəsimi durumla barışmalıdır və bu, ən optimal variantdır.

Oskanyan və onun kimilərin dilə gətirdikləri tezislər isə necə deyərlər, divara kəllə atmaq kimi bir şeydir. Belələri “erməni kitabı”nın bağlandığını anlamaq istəmirlər. Az-çox reallığı görən Paşinyan və onun komandasıdır ki, bu düşərgənin üzvlərinin də müxtəlif xarici vədlər qarşısında illüziyaya qapıldığını görürük. Erməni hakim komandasının Oskanyan kimilərinin uydurduqları saxta klişelərlə hərəkət etdikləri də diqqətdən yayınmır.

Oskanyanların xüsusi pafosla, ucuz “populizm zəngilələri” ilə vurğuladıqları budur ki, Ermənistan vəziyyətlə barışmamalı, Azərbaycana qarşı mübarizə aparmalıdır. Görünür, hay nasistləri indiyədək olanlardan, minlərlə erməni gəncinin özgə torpağında – Qarabağda canını tapşırmasından nəticə çıxarmır, miflərdə və əsatirlərdə yaşayaraq, ətrafa tipik erməni xəstəliyinə xas simptomları yayırlar. Guya, ədalətli sülh axtarırlar. Ədalətli sülh isə Qarabağın erməni varlığının olmasında imiş. Böyük ölçüdə bölgənin erməniləşməsində, gələcəkdə Ermənistanın tərkibində yer almasında. Bir sözlə, siyasi xəstələr yığını üçün ədalətli sülh 1988-ci ilin “Miatsum” sərsəmliyinə əsaslanır.

Oskanyan onu da bildirib ki, Paşinyanın aciz davranışı Azərbaycanı ruhlandırır. Halbuki, ölkəmiz ya Nikolun, ya da onun komandasındakı kiminsə aciz duruma düşməsindən dividend qazanmağı hədəfləmir. Bəsit yanaşma yalnız Oskanyanın saxta diplomatiyasının məhsulu ola bilər. Digər tərəfdən, Vardanın “diplomatikliyinin” məqsədi başqadır. Yəni, onu Ermənistan və ölkənin gələcəyi düşündürmür. Bu məxluqu düşündürən, nəyin bahasına olursa-olsun, Nikolu devirməkdir. Ona görə “Paşinyan siyasi gələcəyini xilas etmək üçün təcili olaraq sülh sazişi imzalamalıdır” kimi fikri qabardır. Sən demə, Azərbaycan sülh istəmirmiş, çünki ölkəmiz barış sazişinin erməni xalqı ilə deyil, Paşinyan hakimiyyəti ilə imzalandığının fərqinə varırmış...

Nəhayət, V.Oskanyan “İndiki şəraitdə sülhdən danışmaq məğlubiyyətlə barışmaqdır. Erməni xalqının yaralarına, deportasiyasına, onlara qarşı törədilmiş cinayətlərə məhəl qoymayan hansısa sağlam düşüncəli rəhbər belə bir sənədi necə barışıq yolu kimi təqdim edə bilər? Qanuni hakimiyyət ədalətdən məhrum olan sənədə necə imza ata bilər?”, – deyərək özünün əsl niyyətini ortaya qoyub. Onun daha nələri bildirməsindən söz açmağa lüzum görmürük. Çünki, prinsipcə, tutuquşu kimi həmişə səsləndirdiklərini təkrarlayır. Bu səbəbdən bilavasitə əvvəldə üzərində dayandığımız zərurətdən söz açaq. Yəni, Ermənistandakı faşizmin məhvinə duyulan ehtiyacdan. Söz açaq və xatırlayaq.

Prezident İlham Əliyev bu il yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində diqqəti Ermənistanın, faktiki olaraq, bölgə üçün təhdid mənbəyi olduğuna yönəltmiş və bildirmişdi ki, müstəqil Ermənistan dövləti, əslində, faşist dövlətdir. Çünki ölkəyə 30 ilə yaxın müddətdə bu ideologiyanın daşıyıcıları rəhbərlik ediblər və onlar cəmiyyəti özləri kimi formalaşdırıblar. Azərbaycanın faşist dövlətlə qonşu olduğunu və faşizm təhlükəsinin sovuşmadığını xatırladan Prezident Əliyev bunları da vurğulamışdı: “Ona görə faşizm məhv edilməlidir. Bunu ya Ermənistan rəhbərliyi məhv edəcək, ya da biz məhv edəcəyik. Bizim başqa çarəmiz yoxdur”.

Birmənalı şəkildə demək olar ki, V.Oskanyan da erməni faşizminin nümayəndələrindəndir. Hesab edirik ki, yalnız belə sərsəm ideologiyanın daşıyıcısı olan biri bu cür fikir səsləndirə bilərdi: “Demokratik legitimliyə malik olan və milli maraqları rəhbər tutan Ermənistanın gələcək hökumətinin, şübhəsiz ki, bu sənədə (Azərbaycan və Ermənistan arasındakı sülh sazişi nəzərdə tutulur – red.) yenidən baxmağa hər cür hüquqi və mənəvi haqqı olacaq. Müharibə təhlükəsi, işğal altında və xalqın hüquqlarına tam məhəl qoymadan imzalanmış müqavilələr sülh müqaviləsi deyil. Bunlar məcburiyyət alətləridir. Onlar sülh gətirmir, ancaq ədalətsizliyi qanuniləşdirir. Paşinyanın ümidsizliyi sülh istəyi deyil. Bu, xəyanətdir: tarixə, fədakarlığa və erməni dövlətçiliyi ideyasına xəyanətdir. Həqiqətən öz adına layiq olan sülh sazişi tabeçilik deyil, bərabərliyə əsaslanmalıdır”.

Yəni, Oskanyan deyir ki, sabah Paşinyan hakimiyyətdən getsə, onun yerinə gələcək yeni lider Nikolun Azərbaycanla imzaladığı sülh müqaviləsini tanımayacaq. Bəli, bir daha məlum olur ki, Prezident İlham Əliyevin erməni faşizminin məhvinə dair vurğuladıqları məqamlar yerində imiş. Sonda qeyd edək ki, oskanyanların və digər onun kimi avantürist zehniyyət daşıyıcılarının Ermənistanda qalmaları, onlara hansısa formada meydan verilməsi böyük təhlükədir. Yəni, Paşinyan hakimiyyəti belələri, eləcə də onların ağaları – sarkisyanlar və koçaryanlar barədə ciddi tədbir görməli, mövcud istiqamətdə prinsipial yol tutmalıdırlar. Bu yol tutulmursa və ya acizlik göstərilirsə, deməli, Azərbaycan regionun aparıcı qüvvəsi kimi, bütövlükdə, Cənubi Qafqazı təhdid edən, bölgənin inkişafının qarşısında sədd çəkən erməni faşizmini tarixin arxivinə gömmək haqqını özündə saxlayır. Oskanyan balaca fiqurdur, rəsmi İrəvan, faşizmlə mübarizəyə sabiq prezidentlər – Xocalı cəlladları Serj Sarkisyanı və Robert Koçaryanı Azərbaycana təhvil verməklə başlamalıdır. Tam aydındır ki, son zamanlar xüsusi “fəallıq” göstərən bu “balıqların” sıradan çıxarılması Vardan kimi çömçəquyruqları çıxdıqları siçan dəliklərinə geri qaytaracaq.

Ə.RÜSTƏMOV
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 20 May 2025 01:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see320

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see279

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see273

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see260

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see255

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see253

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see244

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see244

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see240

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see219

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see217

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see213

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see208

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see202

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see202

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see195

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see184

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri