Icma.az
close
up
RU
Ermənistan hakimiyyətində demokratik böhran dərinləşir Politoloq

Ermənistan hakimiyyətində demokratik böhran dərinləşir Politoloq

Icma.az, Sherg.az saytına istinadən bildirir.

Ermənistanın son dövrlərdə yaşadığı sosial-iqtisadi gərginlik, ölkədə siyasi idarəetməyə və ictimai etimada dair sualları artırmağa davam edir. Baş nazir Nikol Paşinyanın iştirakı ilə parlamentdə keçirilən və mətbuat nümayəndələrinin buraxılmadığı son iclas da bu prosesin bir göstəricisi kimi qiymətləndirilə bilər. “2024-cü il dövlət büdcəsinin icrasına dair” ilkin müzakirələrin ictimaiyyətə qapalı aparılması, hakimiyyətin şəffaflıq və hesabatlılıq prinsipinə nə dərəcədə “sadiq” qaldığını bir daha gündəmə gətirib.

Ölkədə inflyasiyanın artması, işsizlik səviyyəsinin yüksəlməsi və sosial xidmətlərə çıxışdakı problemlər cəmiyyətdə narazılığı dərinləşdirir. Bu fonda hökumətin və parlamentin mühüm maliyyə sənədlərinin müzakirəsində medianı və dolayısıyla cəmiyyəti kənarda saxlaması, şəffaflıq prinsipinə zidd olmaqla yanaşı, ictimai etimadı daha da sarsıdır. Ölkədə qərarların qapalı qapılar arxasında qəbul edilməsi, həm siyasi rəqabətin zəifləməsinə, həm də demokratik institutlara olan inamın azalmasına gətirib çıxarır.

Bu hadisə təkcə bir iclasla məhdudlaşmır; son illərdə mətbuat üzərində təzyiqlərin artması, siyasi opponentlərə qarşı münasibət və ictimaiyyətin məlumatlandırılmasına yönələn maneələr Ermənistanın demokratiya indeksində geriləməsinə səbəb olur. Hakimiyyətin bu davranışı, həm daxili sabitliyə, həm də beynəlxalq imicinə zərər verir. Belə şəraitdə Ermənistan cəmiyyəti daha açıq, hesabatlı və ictimai nəzarətə açıq idarəetmə modeli tələb edir – əks halda, sosial-iqtisadi gərginliklər siyasi böhranla birləşə bilər.


Sosial Tədqiqqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov da Sherg.az-a açıqlamasında Ermənistan hökumətinin dövlət büdcəsinin icrasına dair hesabatı mətbuatdan gizli şəkildə müzakirə etməsi Paşinyan iqtidarının demokratik prinsip və şəffaflıq iddialarına zidd olduğunu bildirib:


 “Bu addım ölkədə medianın informasiya əldəetmə hüququna açıq müdaxilədir və ictimaiyyətin hökumətə olan inamını ciddi şəkildə sarsıdır. Onsuz da iqtisadi çətinliklər, inflyasiya və sosial narazılığın artdığı bir şəraitdə hesabatlılıqdan yayınmaq ictimai narazılıqları daha da alovlandıracaq. Ermənistan vətəndaşları hökumətdən şəffaflıq və cavabdehlik gözlədiyi halda, belə bir qapalı müzakirə iqtidarın öz legitimliyinə olan güvənsizliyindən xəbər verir. Paşinyan hökuməti "demokratik" imicini beynəlxalq aləmdə qorumağa çalışsa da, daxildə avtoritar reflekslərlə idarəetməyə üstünlük verir. Hökumətin bu yanaşması xüsusilə də müstəqil medianın və vətəndaş cəmiyyətinin fəaliyyətini məhdudlaşdırmaq istiqamətində atılan addımlarla paralellik təşkil edir. Bu, Ermənistanın Qərbə inteqrasiya iddialarını da zəiflədə, onu daha çox regional təcridə və daxili qeyri-sabitliyə sürükləyə bilər. İctimai büdcə müzakirələrinin qapalı keçirilməsi həm hüquqi, həm də etik baxımdan şübhə doğurur və siyasi manipulyasiyaların gizlədilməsi ehtimalını artırır. Ermənistan kimi hələ də institusional baxımdan zəif və sabitlik axtaran bir ölkədə bu cür gizlilik siyasəti uzunmüddətli etimad böhranına gətirib çıxara bilər”.


Politoloqun sözlərinə görə, Paşinyan hökuməti özünü “inqilabi legitimlik”lə bəraət qazandırmağa çalışsa da, artıq bu yanaşma post-inqilabi dövrdə işlək deyil: 

“Cəmiyyət cavabdehlik tələb edir, hökumət isə cavab vermək əvəzinə qapıları bağlayır. Bu, Paşinyanın siyasi kapitallarını tükəndirdiyini və idarəetmədə panik reflekslərin üstünlük təşkil etdiyini göstərir. Ermənistan siyasi elitası, xüsusilə də hazırkı hakimiyyət tənqidi düşüncəni yox, itaəti təşviq edir. Bu isə bütövlükdə siyasi sistemin keyfiyyətini zəiflədir və reform imkanlarını daraldır. Büdcə hesabatının mətbuatdan gizlədilməsi Ermənistanın şəffaflıq üzrə beynəlxalq reytinqlərdə daha da geriləməsinə səbəb ola bilər. Vətəndaşların iqtisadi çətinliklər fonunda belə mühüm proseslərdən xəbərsiz qalması sosial narazılığı kəskinləşdirəcək və hökumətə qarşı passiv etirazdan aktiv müqavimətə keçidi sürətləndirə bilər. Paşinyan hakimiyyətinin bu davranışı onun artıq xalqın maraqlarına deyil, öz siyasi sağ qalımına yönəlik qərarlar verdiyini göstərir. Ermənistan mediası üçün bu siqnal həm də repressiv mərhələnin başladığını xəbər verə bilər.  Bu, həmçinin beynəlxalq tərəfdaşların da Ermənistana olan etimadına xələl gətirəcək. Sonda isə belə addımlar nəinki ölkənin daxilində sosial parçalanmaya, həm də onun regional proseslərdəki mövqeyinin zəifləməsinə səbəb olacaq”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:57
embedMənbə:https://sherg.az
archiveBu xəbər 04 İyun 2025 15:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see246

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see235

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see211

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see199

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see172

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see167

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see167

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see154

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see154

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see153

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see153

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see150

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see145

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see140

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see137

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see137

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see136

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see136

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see135

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri