Ermənistan hakimiyyətinə Azərbaycanla müharibə lazım deyil Paşinyan
Metbuat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsi tərəfdən regional sabitliyə zərər verə biləcək hər hansısa hərəkətin mümkünlüyünü istisna edib.
Metbuat.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə o, parlamentdə çıxışında bildirib.
“Bizə Azərbaycanla heç bir müharibə qətiyyən lazım deyil. İstənilən təcrübəli müşahidəçi başa düşür ki, daxili siyasi mövqelərimizi gücləndirmək üçün, əksinə, regionda sabitlik lazımdır”, - o deyib.
Ermənistan hökumətinin başçısı qeyd edib ki, Ermənistan Alma-Ata Bəyannaməsi əsasında Azərbaycanın ərazi bütövlüyünü tanıyıb və sərhədlərin delimitasiyası prosesini davam etdirməyi planlaşdırır.
“Biz sərhədin növbəti hissəsində delimitasiyaya başlamalıyıq və bu proses davam edir. Məqsədimiz sülh müqaviləsini razılaşdırmaqdır, onun da 90 faizi artıq tamamlanıb”, - Paşinyan söyləyib.
O, həmçinin bildirib ki, regionda yeni eskalasiya üçün heç bir səbəb görmür.
 Bu mövzuda digər xəbərlər:
Bu mövzuda digər xəbərlər: Baxış sayı:98
Baxış sayı:98 Bu xəbər 04 Dekabr 2024 19:27 mənbədən arxivləşdirilmişdir
Bu xəbər 04 Dekabr 2024 19:27 mənbədən arxivləşdirilmişdir



 Daxil ol
Daxil ol
 Xəbərlər
Xəbərlər Hava
Hava Maqnit qasırğaları
Maqnit qasırğaları Namaz təqvimi
Namaz təqvimi Qiymətli metallar
Qiymətli metallar Valyuta konvertoru
Valyuta konvertoru Kredit Kalkulyatoru
Kredit Kalkulyatoru Kriptovalyuta
Kriptovalyuta Bürclər
Bürclər Sual - Cavab
Sual - Cavab İnternet sürətini yoxla
İnternet sürətini yoxla Azərbaycan Radiosu
Azərbaycan Radiosu Azərbaycan televiziyası
Azərbaycan televiziyası Haqqımızda
Haqqımızda 
 
 
 
 TDSMedia © 2025 Bütün hüquqlar qorunur
TDSMedia © 2025 Bütün hüquqlar qorunur
 







 Günün ən çox oxunanları
Günün ən çox oxunanları



















