Ermənistan Hava Yolları 6 ay müddətinə uçuşlar həyata keçirə bilməyəcək
Icma.az, Oxu.az portalına istinadən məlumat verir.
Ermənistan Hava Yolları altı ay müddətinə uçuşlar həyata keçirmək imkanından məhrum edilib.
Oxu.Az-ın Ermənistan KİV-ə istinadən xəbərinə görə, bu barədə ölkənin Mülki Aviasiya Komitəsindən məlumat verilib.
Aviadaşıyıcının kommersiya uçuşları həyata keçirməsinə imkan verən hava gəmisinin operatoru sertifikatı (Air Operator Certificate) dayandırılıb. Bu, hava yollarında yararlı təyyarələrin və ya icarə müqavilələrinin olmaması ilə əlaqədardır.
Sertifikatın fəaliyyətinin dayandırılması ilə bağlı qərar 6 may tarixində qəbul edilib. Əgər şirkət 6 ay ərzində yararlı təyyarələri və ya təyyarə lizinq müqavilələrini komitəyə təqdim etməzsə, o zaman birdəfəlik olaraq sertifikatdan məhrum ediləcək.
Bu mövzuda digər xəbərlər:Türk Hava Yolları İrəvana müntəzəm uçuşlar həyata keçirəcək
30 Sentyabr 2025 19:21
Ermənistan Hava Yolları uçuşları dayandırdı SƏBƏB KONKRET
17 Mart 2025 12:36
Türkmənistan Hava Yolları Moskvaya uçuşları bir ay müddətinə dayandırdığını bildirdi KONKRET
28 Dekabr 2024 14:29
Hava Yolları Şirkəti cərimələndi
23 Noyabr 2024 22:45
AZAL “Özbəkistan Hava Yolları
16 İyun 2025 17:25
Baxış sayı:53
Bu xəbər 08 May 2025 19:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















