Icma.az
close
up
RU
“Ermənistan heç vaxt üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyib”

“Ermənistan heç vaxt üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyib”

Xalqcebhesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Ermənistan heç vaxt üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyib. Ermənistan mina xəritələrini vermədi. Əvvəllər bəhanə etdi ki, yoxdur, ancaq Azərbaycan dövləti sübut etdi ki, var. Mina hərbidə elə məsələdir ki, onu ancaq peşəkarlar basdıra bilər, qeyri-peşəkar özü minaya düşər və heç minanı basdıra bilməz. İkincisi, mina xəritəsiz basdırılarsa, həmin dövlətin özünün əsgərləri o minaya düşər. Niyə Ermənistanın bir əsgəri minaya düşməmişdi və ya Rusiya sülhməramlıları orada minaya düşmürdü? Belə bir fakt yoxdur. Deməli, mina xəritələri dəqiq, 100-də 100 var və hamısı da Ermənistandadır”.

Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında hərbi ekspert Emin Həsənli deyib.

E.Həsənli qeyd edib ki, mina basdırılanda 3 cür xəritə tətbiq olunur: “Biri hərbi hissədə qalır, ikincisi birləşmənin qərargahında qalır, üçüncüsü isə baş qərargahda qalır. Sonradan ermənilər o xəritələrin bir qismini verdilər. Ağdam, Füzuli istiqamətində 97 min mina basdırmışdılar. O xəritələrin də 25 faizə qədəri düz çıxdı. Xəritələri düzgün vermədilər. Sual olunurdu ki, bir əraziyə niyə 97 min mina basdırılıb? Görünür ki, Ermənistan sülh istəmir və o əraziləri də ona görə çirkənləndirmişdi ki, Əfqanıstandan sonra dünyada ən çirkli ərazi ora olsun və azərbaycanlılar ora qayıtmasın istəyirdilər. Beynəlxalq aləmin, beynəlxalq hüququn necə işlədiyini ən yaxşı biz bilirik. 30 il ondan əziyyət çəkmişik və Ermənistan öz üzərinə götürdüyü öhdəliklərin heç birini yerinə yetirməyib. Ermənistanı Azərbaycan dövləti Birləşmiş Millətlər Təşkilatının (BMT) qətnamələrini yerinə yetirməyə məcbur etdi, eləcə də dövlətimiz, ordumuz 44 günlük müharibədə də, 1 günlük antiterror əməliyyatlarında da məcbur etdi ki, 9 noyabr bəyanatının şərtlərini yerinə yetirsin”.

Ekspert əlavə edib ki, qələbədən sonra Azərbaycan dövləti sürətlə ərazini təmizləyir: "Müdafiə Nazirliyinin mühəndis hərbi hissələrinin sayı artırıldı, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti bu işlə məşğul olur. Cənab Prezidentin sərəncamı ilə Minatəmizləmə Agentliyi yaradıldı, onun səlahiyyətləri, maliyyə imkanları artırıldı. Azərbaycan dövləti ərazini minadan təmizləyə-təmizləyə şəhərləri, qəsəbələri, kəndləri qurur, hava limanları, dəmir yolları tikir, özü də vəhşicəsinə dağıdılmış ərazini bərpa edir və qısa bir müddətdə də həmin ərazini cənnətə çevirir. Bu proses sürətlə davam edir. Biz beynəlxalq birlikdən heçnə gözləmirik. Mina təmizləməyə simvolik dəstəklər oldu. Avropanın, NATO dövlətlərinin hərbi, texniki, maddi baxımdan imkanları vardı, amma bu dəstək də olmadı. Nə Ermənistana təzyiq etmədilər xəritələri verələr, nə də ki, ərazinin təmizlənməsinə dəstək oldular. Prosesdən sonra xeyli Azərbaycan vətəndaşları, hərbi və mülki şəxsləri minaya düşüb, onun da məsuliyyətini Ermənistan siyasi hakimiyyəti daşıyır və onlar da cavab verəcək. Hətta 9 noyabr 2020-ci il bəyanatından sonra 2021-2022-ci illərdə əraziyə minalar basdırıblar”.

Röya İsrafilova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 23 İyun 2025 12:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see756

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see583

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see333

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see324

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see294

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see292

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see286

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see275

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see274

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see272

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see271

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see257

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see242

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see240

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see232

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see216

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see214

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see203

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see195

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri