Icma.az
close
up
RU
Ermənistan hələ cəzalandırılmayıb

Ermənistan hələ cəzalandırılmayıb

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması

Dünyadakı ikili standartlar insan haqları məsələsində də özünü göstərir 

 Müasir dövrdə ən aktual və əhəmiyyətli məsələlərdən biri də insanların hüquq və azadlıqlarının etibarlı müdafiəsidir. Məlum olduğu kimi, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 10 dekabr 1948-ci ildə Ümumdünya İnsan Hüquqları Haqqında Ümumi Bəyannamə qəbul edib. O vaxtdan başlayaraq insan hüquq və azadlıqlarının müxtəlif normaları dünyanın bir çox dövlətlərinin əsas qanunlarında öz əksini tapıb.

Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra insan hüquq və azadlıqlarının qorunması sahəsində dövlətimizin ardıcıl mövqeyi bir neçə istiqamətdə aparılan işlərlə səciyyələnir. Böyük tarixi şəxsiyyət, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci il noyabrın 12-də qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyasında demokratik, hüquqi dövlət quruculuğu və insan haqlarının qorunması dövlətimizin ali, strateji məqsədi kimi önə çıxarıldı. Əsas qanunumuzun üçdəbir hissəsi məhz insan hüquq və azadlıqlarını özündə ehtiva edir. 10 fevral 1998-ci ildə Azərbaycanda ölüm hökmü ləğv edildi və beləliklə, Azərbaycan MDB məkanında və müsəlman Şərqində bu tarixi qərarı qəbul edən ilk dövlət oldu.

Qeyd edək ki,  Bakıda Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının təşkilatçılığı və Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) dəstəyi ilə Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş tədbir təşkil edilib.

Tədbirdə çıxış edən Ombudsman Səbinə Əliyeva bu il Beynəlxalq İnsan Hüquqları Bəyannaməsinin qəbul olunmasının 76-cı ildönümünün qeyd edildiyini, bu sənədin dövlətlərin insan hüquqlarının müdafiəsi məsələsinə münasibətinin müsbət mənada dəyişməsinə səbəb olduğunu bildirib.

Müvəkkil hazırda dünya ictimaiyyətinin insan hüquqlarının kütləvi pozulması hallarına biganə qaldığını, dünyanın müxtəlif bölgələrində müstəmləkəçilik problemi ilə üzləşmiş bir sıra dövlətlərin öz azadlıqları və ədalətin bərpa olunması uğrunda mübarizə apardığını söyləyib.

Azərbaycanın da ikili standartlardan əziyyət çəkən ölkələrdən biri olduğunu qeyd edən S.Əliyeva Azərbaycan torpaqlarının 20 faizinin 30 ilə yaxın Ermənistan tərəfindən işğal altında saxlanıldığını, həmin ərazilərdə şəhər və kəndlərin, tarixi, mədəni abidələrin dağıdıldığını, bir çox flora və fauna növlərinin məhv edildiyini, torpaqlarımızın minalarla çirkləndirildiyini diqqətə çatdırıb.

Ombudsman cari ildə insan hüquqlarının, xüsusilə də sağlam ətraf mühitdə yaşamaq hüququnun müdafiəsi istiqamətində mühüm tədbirlərin həyata keçirildiyini qeyd edib. Ölkəmizin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etdiyini bildirən müvəkkil bu çərçivədə Ombudsman Aparatı tərəfindən Ombudsmanların Beynəlxalq Bakı Forumunun, eləcə də “İnsan hüquqlarına əsaslanan iqlim ədaləti: Milli insan hüquqları institutlarının rolu” mövzusunda interaktiv müzakirənin keçirildiyini söyləyib.


 Hüquq müdafiəçisi Əhməd Şahidov “Sherg.az”a  açıqlamasında deyib ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə başlamış müharibə saysız-hesabsız faciələrə, hərbi cinayətlərə, insan hüquq və azadlıqlarının kobud şəkildə pozulması hallarına səbəb olub, bölgədə humanitar fəlakət yaradıb: 

“Münaqişənin bugünədək aktual olan ən ağır nəticələrindən biri isə 4000-ə yaxın azərbaycanlının hələ də itkin hesab olunmasıdır. 30 ilə yaxındır ki, Ermənistan tərəfi itkin hesab olunan həmin şəxslərin sonrakı taleyi barədə məlumat verməkdən yayınır.

Təəssüf doğuran məqamlardan biri də odur ki, Ermənistanın əsir və girovluğundan

azad edilmiş şəxslərin ifadələri azərbaycanlılara qarşı müxtəlif işgəncələr verilməsi, qeyri-insani rəftar və qətlə yetirilmə hallarını təsdiq edir. Həmin şəxslər bu gün də bu travmaların izlərini daşıyırlar. Belə ki, itkin düşmüş şəxslər arasında Ermənistan silahlı qüvvələri tərəfindən işğal zamanı girov götürülmüş mülki şəxslər də var. Halbuki beynəlxalq humanitar hüququn bununla bağlı tələbləri aydındır: “Müharibə zamanı mülki şəxslərin müdafiəsi haqqında” IV Cenevrə Konvensiyası və I Əlavə Protokola əsasən, mülki şəxslərin girov götürülməsi birbaşa göstərişlə qadağandır.

İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan axtarışlar zamanı çoxsaylı kütləvi məzarlıqlar aşkarlanıb ki, burada tapılan insan qalıqlarının Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərə aid olması ehtimal edilir. Azərbaycanlı itkinlərin ailə üzvləri hər dəfə azad edilmiş ərazilərdə bu cür məzarlıqların tapılması xəbərindən təsəlli tapırlar, çünki hər ötən il doğmalarının sağ qayıtması daha qeyri-real göründükcə, ən azı onların əsirlikdə qalaraq işgəncələrə məruz qalmadığını bilmək və ya qalıqlarını dəfn edərək məzarlarını ziyarət edə bilmək ümidi ilə yaşayıblar. Təəssüf ki, Ermənistan tərəfi beynəlxalq hüquqi öhdəliklərinə və bununla bağlı çoxsaylı çağırışlara baxmayaraq, bu məsələdə də əməkdaşlıqdan boyun qaçırıb və dəfn yerləri ilə bağlı məlumatları təqdim etməyib. İşğal dövründə Ermənistan tərəfindən həmin ərazilərin minalanması və bugünədək dəqiq mina xəritələrinin verilməməsi də bu prosesi ləngidir. Bütün bunlar beynəlxalq hüquqa qarşı açıq hörmətsizliyin göstəricisidir. Belə ki, beynəlxalq humanitar hüquq şəraitin imkan verdiyi hallarda ölən şəxslərin ayrı-ayrı dəfn edilməsini tələb edir. Meyitlərə hörmət edilməli, onlar ləyaqətlə dəfn edilməli, dəfn yerlərinin asanlıqla tapılması və qorunması məqsədilə işarə edilməlidir. Cenevrə Konvensiyalarına I Əlavə Protokolda hərbi əməliyyatlar və ya işğal zamanı, yaxud saxlanma yerində ölən şəxslərin qalıqlarına hörmət göstərilməsi və mümkün olduğu halda onların ailələrinə qaytarılması nəzərdə tutulub”. 

Hüquq müdafiəçisinin sözlərinə görə, əsir və girovluqdan azad edilmiş hərbi qulluqçuların, mülki şəxslərin, habelə hadisə şahidi olmuş digər vətəndaşların ifadələri, işğaldan azad olunmuş ərazilərimizdə aşkar olunan kütləvi məzarlıqlar, habelə müxtəlif mənbələrdən əldə olunmuş başqa məlumatlar Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş azərbaycanlıların Ermənistan tərəfindən əsir-girov götürülməsi, saxlanması və qətlə yetirilməsi faktlarını sübut edir: “Əsir və girovluqda qaldıqları müddətdə dözülməz fiziki və mənəvi-psixoloji işgəncələrə məruz qalmış, aldığı ağır xəsarətlər nəticəsində sağlamlığını itirməsi səbəbindən ömürlük əlilliyə məhkum olunmuş yüzlərlə azərbaycanlı bu gün də fiziki və psixi sağlamlıqla bağlı problemlərdən əziyyət çəkir. Ermənistanın siyasi-hərbi rəhbərliyi yalnız Birinci Qarabağ müharibəsi dövründə deyil, tərəflər arasında ilk uzunmüddətli atəşkəs rejiminin elan olunduğu 1994-cü ildən sonrakı illərdə də qeyri-qanuni olaraq Azərbaycanın mülki şəxslərinin girov götürülərək həbs edilməsinə rəvac verib. Bu isə açıq-aşkar dinc azərbaycanlılara qarşı etnik zəmində nifrətin bariz təzahürüdür. Azərbaycan dövləti Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü nəticəsində itkin düşmüş şəxslərin və ailələrinin hüquqlarının müdafiəsini daim diqqət mərkəzində saxlayır. Əsir və girov götürülmüş, itkin düşmüş şəxslərə münasibətdə beynəlxalq humanitar hüquq qaydalarının kobud şəkildə pozulması, onların işgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəzaya məruz qalmaları, habelə digər faktlarla bağlı BMT, Avropa Şurası, BQXK və digər səlahiyyətli beynəlxalq və regional təşkilatlara fərdi şəkildə müraciətlər ünvanlanıb. Lakin təəssüflər ki, dünyadakı ikili standartlar insan haqları məsələsində də özünü göstərir. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://sherg.az
archiveBu xəbər 12 Dekabr 2024 09:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Araz Bağırovun ardınca Difai ni 2 futbolçu da tərk etdi

01 Sentyabr 2025 22:59see200

Moskvada müəllim şantaja görə həbs olundu

02 Sentyabr 2025 04:00see187

2025 ci ilin ən sülhsevər ölkəsi bu ölkə oldu

01 Sentyabr 2025 23:20see178

Putinin “təhlükəsizlik” mesajının gizli tərəfləri: Kreml rəhbərinin əsl hədəfi kimlərdir? KONKRET

01 Sentyabr 2025 17:32see166

Dövrün bəlası: xroniki yorğunluq sindromu

02 Sentyabr 2025 12:28see161

Şirvanda toyda kütləvi dava 2 nəfər həbs edildi

02 Sentyabr 2025 02:01see156

Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək

01 Sentyabr 2025 19:54see139

Suriya son 14 ildə ilk dəfə neft ixrac etdi

02 Sentyabr 2025 01:54see135

“Nüvə məsələsi üçün diplomatik pəncərə açıqdır”

02 Sentyabr 2025 02:31see132

İranın Azərbaycandakı səfirliyinə bir neçə XATIRLATMA VİDEO

02 Sentyabr 2025 20:43see131

“Bu səfər ölkəmizin beynəlxalq mövqelərini gücləndirməsinə kömək olacaq”

02 Sentyabr 2025 09:30see129

“Pezeşkian ŞƏT sammitində fərqlənib: ABŞ dollarına qarşı “ağıllı gediş“ və gözlənilməz jest“ “Tasnim“ agentliyi

01 Sentyabr 2025 22:57see126

Ər arvad bir birinə psixi pozğunluq yoluxdura bilərlər Təsir nəsillərə ötürülür

02 Sentyabr 2025 05:47see126

Kraliça Kamillanı dabanlı ayaqqabısı xilas edib Maraqlı hadisə

02 Sentyabr 2025 04:45see123

Ramzan Kadırova qiyabi ittiham irəli sürülüb

02 Sentyabr 2025 10:42see123

Quehi “Liverpul” yolunda

01 Sentyabr 2025 18:56see123

Xaçmazın Palıdlı kəndində anidən şiddətli YANĞIN BAŞLAYIB FOTO

01 Sentyabr 2025 21:50see123

Azərbaycanlı milyarder ilk ÜÇLÜKDƏ

01 Sentyabr 2025 14:20see123

Fransanın Marsel şəhərində bıçaqlı hücum baş verib

03 Sentyabr 2025 00:00see123

Britaniya Fələstin dövlətini tanıyacaq

01 Sentyabr 2025 22:52see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri