Ermənistan həmin dəmir yolunu özü çəkəcək Paşinyan açıqladı
Icma.az, Hurriyyet portalına istinadən məlumat verir.
“Yerasxdan Naxçıvana və Axurikdən Türkiyə sərhədinə qədər olan dəmir yolu xətlərinin bərpası Ermənistanın dövlət vəsaiti hesabına həyata keçiriləcək”.
Hurriyyet.media xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Hökumətin iclasından sonra jurnalistlərin suallarını cavablandırarkən bəyan edib.
Jurnalistin “Gümrü–Axurik–Türkiyə sərhədi” və “Yerasx–Naxçıvan sərhədi” dəmir yolu sahələrinin bərpasının dövlət öhdəliyinə götürülməsinin Rusiyanın imtinası mənasına gəlib-gəlmədiyi barədə sualına Paşinyan qısaca cavab verib:
“Xeyr, bu, o demək deyil. Tikinti işləri Ermənistan Respublikasının dövlət vəsaiti hesabına həyata keçiriləcək”.
Xatırladaq ki, cari ilin yanvarın 15-də Paşinyan İcevan, Yerasx və Axurik istiqamətindəki dəmir yolu xətlərinin təcili bərpası ilə bağlı Rusiyadan tez bir zamanda cavab gözlədiklərini bildirmişdi. Fevral ayında isə Ərazi idarəetmə və infrastrukturlar naziri Davit Xudatyan Moskva ilə danışıqların aparıldığını açıqlamışdı. Rusiya Baş nazirinin müavini Aleksey Overçuk avqustun 6-da Rusiyanın bu layihələrin bərpasında iştirak etməyə hazır olduğunu təsdiqləmişdi.
Qeyd edək ki, Ermənistan dəmir yolları 2008-ci ildən “Cənubi Qafqaz Dəmir Yolu” ASC-nin (Rusiya Dəmir Yollarının törəmə şirkəti) 30 illik güzəştli (konsessiya) idarəçiliyindədir. Baş nazir Paşinyan daha əvvəl bu idarəçiliyin Qazaxıstana ötürülməsi ideyasını irəli sürsə də, Rusiya Nəqliyyat Nazirliyi bu barədə danışıqlar aparılmadığını bildirmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 21 Avqust 2026 10:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















