Icma.az
close
up
RU
Ermənistan hərbi ritorikanı artırdı Paşinyan orduya göstəriş verdi

Ermənistan hərbi ritorikanı artırdı Paşinyan orduya göstəriş verdi

Icma.az, Turkstan.az portalına istinadən məlumat yayır.

Ermənistan Baş naziri Nikol Paşinyan son vaxtlar hərbi ritorikanı artırır, sülhdən çox, müharibədən danışır. Bunu müxtəlif platformalarda elan edir. Baş nazir Ermənistan Silahlı Qüvvələrinin yaradılmasının ildönümündə çıxışı zamanı da bu ritorikanı davam etdirib. Həmçinin sabiq erməni rəsmiləri də “yeni qələbədən” bəhs ediblər.

Birincisi, artan hərbi ritorika Ermənistana nə vəd edir? İkincisi, İrəvan nəyə, kimə arxayın olub tonu yüksəldir?

Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, Ermənistan rəsmilərinin son dövrlərki cəsarətli bəyanatları kifayət qədər ciddi mətləblərdən xəbər verir:

“Ermənistan Azərbaycanla şərti sərhəddə bir çox istehkam sistemləri, səngərlər yaradır, hərbi texnika və artilleriya qurğuları üçün müvafiq mövqelər tikir. Bu onu göstərir ki, Ermənistan ciddi şəkildə silahlanmaqla bərabər gələcək hərbi toqquşmalara hazırlığını davam etdirir. Bununla bağlı xeyli öncədən Azərbaycanda məlumatlar var idi. Ehtimal olunurdu ki, Ermənistan Hindistan, Fransa, Yunanıstan və İran kimi dövlətlərdən aldığı silah-sursatı real döyüş vəziyyətində sınaqdan çıxartmaqda maraqlıdır. Əsas niyyət ondan ibarətdir ki, silahlar sınaqdan çıxarıldığı dövrdə şərti sərhədlərdə hansısa strateji yüksəkliklər və ərazilər ələ keçirilməklə kiçik toqquşmadan sonra Ermənistan ordusu gücünü bərpa etdiyi, döyüş qabiliyyətinin artdığı haqqında məlumatları cəmiyyətə vermək, bununla da cəmiyyətdə və orduda revanşist əhval-ruhiyyəni gücləndirməklə Azərbaycanla danışıqlar prosesində əlverişli şərtlər yaratmağa çalışır”.

Oqtay Qasımov

Politoloqun sözlərinə görə, bu cür bəyanatlar Ermənistanın daxili auditoriyasına yönəlib:

“44 günlük Vətən müharibəsində darmadağın edilmiş ordu 3-4 ildə özünü toparlayıb, döyüş qabiliyyətini ciddi şəkildə atırdığını, müdafiə, təhlükəsizlik sahəsini şaxələndirdiyini göstərməyə çalışır. Bu cür ritorikanın arxasında başqa niyyətlər də dayanır. Ermənistan müstəqil qərarlar qəbul etmək iqtidarında olmadığına görə daha çox Qərbdən gələn təlimatlara uyur. Azərbaycan prosesi diqqətlə izləyir. Birmənalı şəkildə mövqeyini də ifadə edib. Ermənistan bu ritorikaya davam edəcəksə, Azərbaycan dərhal və sərt cavab verəcək. O zaman bütün məsuliyyət Ermənistan və havadarlarının üzərinə düşəcək”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 29 Yanvar 2025 18:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see278

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see258

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see232

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see207

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see199

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see177

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see174

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see169

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see162

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see156

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see148

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see148

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see145

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see145

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see144

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see143

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see142

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see141

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri