Ermənistan hərbi xərclərini azaldacaq Paşinyan sülhün təmin olunmasından danışıb
Icma.az bildirir, Azpolitika.az portalına istinadən.
Ermənistan hökumətinin yüksək rütbəli rəsmilərinin, o cümlədən baş nazir Nikol Paşinyanın açıqlamalarına görə, 2026-cı ildə ölkənin müdafiə xərclərində əhəmiyyətli artım gözlənilmir.
«Mən düşünürəm ki, 2026-cı ilin dövlət büdcəsində müdafiə xərclərinin əhəmiyyətli artımı ya olmayacaq, ya da ümumiyyətlə nəzərdə tutulmayacaq», - Paşinyan bildirib.
Paşinyan Vaşinqtonda 8 avqustda imzalanmış Azərbaycan-Ermənistan Bəyannaməsinə istinad edərək, sülhün təmin olunmasından danışıb.
Qeyd edək ki,Ermənistanda müdafiə büdcəsi ətrafında müzakirələr maliyyə naziri Vahe Hovhannisyanın müsahibəsindən sonra intensivləşib.
“Fitch” reytinq agentliyinin məqaləsini şərh edən nazir bildirib ki, müdafiə xərclərinin payı azaldılacaq: «İndi büdcə layihəsi üzərində işləyirik və orada bütün detalları təqdim edəcəyik. Bəli, bu layihədə Müdafiə Nazirliyinə ayrılan xərclərin ümumi büdcəyə nisbəti 2025-ci ilə nisbətən azalacaq».
Bu il Ermənistan hökuməti Müdafiə Nazirliyinə təxminən 665 milyard dram, yəni 1,7 milyard dollar ayırıb ki, bu da dövlət büdcəsinin 19 faizindən çoxunu təşkil edir. Nazir açıqlamasında azalmanın tam məbləği barədə detallı məlumat verməyib.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 22 Avqust 2025 20:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















