Icma.az
close
up
RU
Ermənistan Hindistan hərbi əməkdaşlığı çox ciddi təhdid yaradır Elxan Şıxəliyev

Ermənistan Hindistan hərbi əməkdaşlığı çox ciddi təhdid yaradır Elxan Şıxəliyev

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Son bir ildə Ermənistanla Hindistan arasında hərbi texniki müqavilə əsasındakı satışlar 2,6 milyard dollar təşkil edib. Bu, son dörd ildə Hindistanla raketlər,artilleriya qurğuları, raket sistemləri, radarlar, zirehlər, gecəgörmə cizhazları və artilleriya mərmilərinin idxalı üçün bir neçə müqavilənin bağlanması nəticəsində baş verib.

Bu barədə 525.az-a hərbi ekspert Elxan Şıxəliyev Hindistan-Ermənistan hərbi əməkdaşlığını şərh edərkən deyib.

“Biz görürük ki, Ermənistan 2025-ci il üçün hərbi büdcəni 20 fazi artıraraq, silahlanmaya ayrılan vəsaiti 1,71 milyard ABŞ dollarına çatdırıb. Bu da Ermənistanın ÜDM-nin 6 faizini təşkil edir. Ermənistan üçün bu ciddi bir rəqəm sayıla bilər. Hər il hərbi büdcəni artırmasını, Hindistanla bu müqavilələr əsasında silahlanmanın həyata keçirilməsini bir qədər də Hindistanın Ermənistanı Azərbaycanla yeni münaqişəyə hazırlaması kimi də qiymətləndirmək olar. Çünki bir çox maraqlı ölkələr var ki, Cənubi Qafqazda Ermənistanı cəsarətləndirərək bölgəni yeni bir münaqişə vəziyyətinə gətirmək, qarşıdurma yaratmaq, bölgədə yaranmış reallıqlardan özlərinin strateji maraqları üçün istifadə etmək planlarını həyata keçirmək istəyirlər”, - ekspert deyib.

E.Şıxəliyev əlavə edib ki, Ermənistanla Hindistanın əlaqələri 2020-ci ildən sonra Cənubi Qafqazda, xüsusilə də Ermənistanla Azərbaycan arasındakı 44 günlük müharibədən sonrakı reallıqda yeni hərbi tərəfdaşlıq axtarmaq məcburiyyətindən irəli gəlir: “Bu tərəfdaşların axtarışında da Ermənistan əsas tərəfdaşlarının Hindistan və Fransa olacağını göstərmiş oldu. O zamandan bəri Ermənistanla Hindistan rəsmiləri arasında bir çox görüşlər keçirilib. Bu görüşlərin nəticəsində Ermənistan Hindistandan sürətlə silahlanmanın həyata keçirlməsi proqramını qəbul etdi və buna kifayət qədər maliyyə ayırdılar. Ermənistanın və Hindistanın müdafiə nazirləri arasında imzalanan hərbi-texniki əməkdaşlıq müqaviləsinə əsasən Hindistan sürətlə Ermənistanı silahlandırmağa başladı. Bu silahlandırmanın içərisində əsas Ermənistanın ehtiyacları, hava hücumundan müdafiə sistemləri, zenit raket kompleksləri, hava, yer- yer hava raketləri sistemləri oldu. Öncəliyi hava hücumundan müdafiə sistemlərinə verməklə Hindistandan “Akash" raket zenit komplekslərini artıq təmin etmiş oldu. Ermənistanın bir nömrəli prioriteti hava hücumundan müdafiə sistemləri oldu. Çünki 44 günlük müharibədə silahlı qüvvələrimiz Ermənistanın hava hücumundan müdafiə sistemlərini 80-90 faiz sıradan çıxarmışdı və çox böyük boşluq yaranmışdı. Təxminən 15 ədəd “Akash”ın alınması üçün Hindistanla 720 milyon dollar dəyərində müqavilə imzalandı. Bundan sonra Ermənistanın diqqəti Hindistanda digər silahlara yönəldi ki, bunlardan da biri “BrahMos” hava-yer sinifli qanadlı raketlər idi. Eyni zamanda, Pinaka reaktiv sistemlərini də Ermənistan Hindistandan tədarük edəcək. Bundan başqa, Hindistan 155 mm-lik “ATAGS” haubitsalarını da Ermənistan silahlı qüvvələrinə tədarük edəcək”.

Ekspertə görə, bu anlaşmanın, müqavilələrin, tərəfdaşlığın zirvəsini Hindistanın  “Pralay” ballistik raketinin silahlanmaya daxil edilməsi təşkil edə bilər. Bu raket sistemləri 500 km-ə qədər orta və uzun mənzilli balistik raketlərdir.

“Ermənistan-Hindistan hərbi əməkdaşlığı çox ciddi hərbi-texniki əməkdaşlıq sayıla bilər və ciddi təhdid yaradan elementlərdir. Xüsusən mümkün ola biləcək yeni münaqişədə Ermənistanın sürətli silahlanması onun sülh sazişindən yayınaraq daha  çox vaxt qazanmaqla əlində olan hərbi-texniki arsenalı, xüsuslə Hindistandan aldığı silahları Azərbaycana qarşı istifadə etmək niyyəti var. Hindistan Ermənistanla həm hərbi-texniki, həm də siyasi münasibətlərin davamında maraqlıdır”.  

Pərvanə Sultanova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:216
embedMənbə:https://525.az
archiveBu xəbər 11 Mart 2025 17:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri