Icma.az
close
up
RU
Ermənistan işğal altındakı ərazilərə bir milyondan çox mina basdırmışdı ŞƏRH

Ermənistan işğal altındakı ərazilərə bir milyondan çox mina basdırmışdı ŞƏRH

Icma.az, Ses qazeti saytına istinadən bildirir.

Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi Zəfərdən sonra üzləşdiyi əsas problemlərdən biri Ermənistan tərəfindən işğal dövründə geniş şəkildə aparılmış mina terrorudur. Müharibə bitdikdən sonra məlum oldu ki, Ermənistan işğal altında saxladığı ərazilərdə bir milyondan çox mina basdırıb. Bu fakt təkcə hərbi baxımdan deyil, həm də humanitar və ekoloji baxımdan ciddi təhlükə mənbəyidir. Mina xəritələrinin verilməməsi və ya qəsdən natamam, yanlış məlumatların təqdim olunması nəticəsində müharibədən sonra yüzlərlə hərbçi və mülki şəxs minaya düşərək həyatını itirib və ya ağır xəsarətlər alıb. Ermənistanın bu addımı beynəlxalq humanitar hüququn və müharibə qaydalarının kobud şəkildə pozulması deməkdir. Ərazilərin minalanması təkcə təhlükəsizlik problemi deyil, həm də azad olunmuş torpaqlara qayıdışı gecikdirən və bərpa-quruculuq işlərini ləngidən əsas səbəblərdən biridir. Azərbaycan dövləti bu məsələnin aradan qaldırılması üçün genişmiqyaslı mina təmizləmə əməliyyatlarına start verib, ANAMA və digər qurumlar bu istiqamətdə fasiləsiz işləyirlər. Eyni zamanda, Azərbaycan beynəlxalq təşkilatlara və ictimaiyyətə mina problemini çatdırmaq üçün aktiv şəkildə məlumatlandırma işi aparır. Ermənistanın bir milyondan çox mina basdırması, bu minaların əksəriyyətinin yaşayış məntəqələrinə, yolların kənarına və əkin sahələrinə yerləşdirilməsi, onların məqsədli şəkildə mülki əhalini hədəfə aldığını göstərir. Bu, Ermənistanın yalnız işğal dövründə deyil, müharibədən sonra da törətdiyi hərbi və humanitar cinayətlərin davamıdır. Azərbaycan isə öz ərazilərini minalardan təmizləyərək ora həyat qaytarmaq, insanların təhlükəsiz şəraitdə öz yurdlarına dönməsini təmin etmək üçün əzmlə çalışır. Mina problemi, işğalın mirası olaraq, hələ də davam edir, lakin Azərbaycan bu çətinliyin də öhdəsindən gəlməkdə qərarlıdır.

Vəfa İsmayılova

YAP Laçın rayon təşkilatının 48 saylı ƏPT-nin sədri

Laçın şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbin direktoru

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:123
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 01 Sentyabr 2025 16:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri