Ermənistan konstitusiyanı dəyişməyə razılıq verdi Rəsmi açıqlama
Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ermənistanın ədliyyə naziri Srbui Qalyan ölkənin yeni konstitusiyasının mətninin hazırlanmasının zəruriliyini bəyan edib.
“Cebheinfo.az”-ın məlumatına gö-rə, nazir bu sözləri yanvarın 14-də keçirdiyi mətbuat konfransında deyib. “Əvvəl də dediyim kimi, bizim vəzifəmiz seçkilərə qədər yeni konstitusiyanın mətnini hazırlamaqdır. Bütün səylərimiz bu prosesə yönəldilməlidir”.
O, indiki konstitusiyanın mətnində sülh prosesinin həyata keçirilməsi ilə bağlı heç bir maneənin olmadığını vurğulayıb. Srbui Qalyan əlavə edib ki, bunun özü Ermənistan Konstitusiya Məhkəməsinin əvvəllər qəbul edilmiş qərarını təsdiqləyir.
Xatırladaq ki, Azərbaycan Ermənistan konstitusiyasnın preambula hissəsində 1990-cı ildə qəbul edilmiş Müstəqllik Bəyannaməsinə istinad hissəsinin çıxarılmasını tələb edir.
Həmin Bəyannamədə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsinə dair 1989-cu il dekabrın 1-də qəbul olunmuş qanunsuz qərara uyğun olaraq Azərbaycana qarşı ərazi iddiası yer alır. 1995-ci ildə Müstəqillik Bəyannaməsinə istinad edilməklə Azərbaycana qarşı ərazi iddiası Ermənistan konstitusiyasına daxil edilib. Bu isə iki ölkə arasında sülhə ciddi maneə yaradır.
Müşfiq Abdulla
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 14 Yanvar 2025 13:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















