Icma.az
close
up
RU
Ermənistan Konstitusiyasında dəyişiklik ediləcək: Mətn üzərində işlənilir

Ermənistan Konstitusiyasında dəyişiklik ediləcək: Mətn üzərində işlənilir

Icma.az, Ayna portalına istinadən məlumat verir.

Konstitusiyanın preambulasının dəyişdirilməsi məsələsi isə müzakirə olunmur

Ermənistanın Ədliyyə Nazirliyi hazırda yeni Konstitusiyanın mətninin hazırlanması üzərində işləyir. Konstitusiyanın preambulasının dəyişdirilməsi məsələsi isə müzakirə olunmur. AYNA.AZ xəbər verir ki, “Armenpress”in məlumatına görə, bu barədə Ermənistan ədliyyə nazirinin müavini Tiqran Dadunts dünən hökumətin iclasından sonra jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.

Qeyd edək ki, Azərbaycan Ermənistanla sülh sazişinin imzalanması üçün əsas şərt kimi Ermənistan Konstitusiyasına dəyişikliklər tələbini irəli sürür və səbəb kimi Konstitusiyada Azərbaycana qarşı ərazi iddialarının olduğunu göstərir.

Azərbaycan tərəfi Ermənistan Konstitusiyasının preambulasında Ermənistanın Müstəqillik Bəyannaməsinə istinadı qeyd edir ki, burada da Ermənistan və keçmiş Dağlıq Qarabağın birləşməsi qeyd olunur. Ermənistan tərəfi dəfələrlə bəyan edib ki, Ermənistan Konstitusiyasında guya heç bir ölkəyə qarşı ərazi iddiası yoxdur. Ermənistan Konstitusiya Məhkəməsi də bəyan edib ki, Konstitusiyada heç bir ölkəyə qarşı ərazi iddiası yoxdur.

Nə üçün Konstitusiyanın yeni konsepsiyası üzərində deyil, dərhal Konstitusiyanın mətni üzərində işləmək qərara alındığı sualına cavab verən Dadunts deyib: “Bizim çox az müddətimiz var. Bizim planımız var ki, Konstitusiya layihəsinin mətni 2026-cı il parlament seçkilərinə qədər hazır olmalıdır. Niyə dərhal konsepsiya yox, Konstitusiyanın mətni? Çünki birincisi, bizim müddət problemimiz var. İkincisi, son 2-3 ildə konsepsiya üzərində çox iş görülüb. Şuranın müxtəlif üzvləri, eləcə də nazirlik tərəfindən hazırlanmış konsepsiya bölmələrini bir araya gətirən konsepsiya sənədimiz var. İndi də bu konseptual sənədlər, eləcə də Şura üzvlərinin təqdim etdiyi təkliflər əsasında işi sürətləndirmək üçün mətn üzərində işləyirik”.

Nazir müavini vurğulayıb ki, bu, Konstitusiya İslahatı Şurasının fəaliyyət göstərməməsi demək deyil: “Biz Şura üzvlərinə təklif etmişik ki, Konstitusiyanın mətni hazırlanarkən fəsillər və ya mövzular üzrə Şura üzvlərinə təqdim edilsin, onlar onunla tanış ola, iradlarını bildirə bilsinlər və mövzular üzrə yenidən onlarla müzakirə edə bilək”.

Konstitusiyanın Müstəqillik Bəyannaməsinə istinad olan preambulasına düzəlişin müzakirə olunub-olunmaması ilə bağlı suala Dadunts belə cavab verib: “Hazırda preambulaya dəyişiklik edilməsi məsələsi müzakirə olunmur”.

O Azərbaycan tərəfinin preambula ilə bağlı ifadə etdiyi narahatlıqlara toxunaraq xatırladıb ki, Konstitusiya Məhkəməsi son qərarında bu suala cavab verib: “Müstəqillik Bəyannaməsinin müddəalarının heç bir halda Konstitusiyanın təfsiri və tətbiqinə mane olmadığı şərh edilib”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://ayna.az
archiveBu xəbər 11 Aprel 2025 10:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see260

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see205

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see179

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see176

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see144

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see138

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri