Ermənistan malları üçün güzəştlər təsdiqləndi
Modern.az saytına istinadən Icma.az xəbər verir.
Ermənistan mallarına güzəştlər təsdiqləndi.
Modern.az xəbər verir ki, Avropa Parlamenti Ermənistan məhsullarına ticarət güzəştlərinin tətbiqini nəzərdə tutan qanun layihəsini təsdiqləyib.
Layihənin lehinə 583 deputat, əleyhinə 49 deputat səs verib, 39 deputat isə bitərəf qalıb.
Qeyd edək ki, sentyabrın 2-də Aİ Şurası (Coreper II – səfirlər səviyyəsində) Ermənistanın geniş çeşiddə məhsullarına tətbiq olunan gömrük rüsumlarının iki il müddətinə müvəqqəti dayandırılmasını və Ermənistanın Aİ-yə ixracının təxminən 80 faizinin liberallaşdırılmasını nəzərdə tutan qanunvericilik təşəbbüsünü təsdiqləyib.
Sentyabrın 3-də isə Avropa Parlamentinin Beynəlxalq Ticarət Komitəsi (INTA) layihəni 35 lehinə, 2 əleyhinə və 3 bitərəf səslə dəstəkləyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:183
Bu xəbər 15 Sentyabr 2026 16:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















