Ermənistan mətbuatı Azərbaycan hərbçisinin bu ölkədə həbs edildiyini yazıb
Icma.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ermənistanda Sünik bölgəsində (Zəngəzur – red.) mülki şəxsi yaralayan Azərbaycan hərbçisi həbs edilib.
Yeniavaz.com Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.
Bildirilir ki, 1 oktyabr saat 14:15-də Ermənistan Respublikası Daxili İşlər Nazirliyinin 112 Əməliyyat Mərkəzinə Sünik rayonunun Şəki kəndində Ermənistan vətəndaşının ayağından güllə yarası alması barədə məlumat daxil olub.
Hadisə yerinə Daxili İşlər Nazirliyinin müxtəlif polis bölmələrindən əməliyyat qrupları cəlb olunub.
Ermənistan mətbuatının yazdığına görə hadisəni Azərbaycan hərbçisi törədib və o, həbs olunub.
Qeyd olunur ki, hadisənin təfərrüatları Azərbaycan tərəfinə də təqdim edilib. Hadisə ilə bağlı Ermənistan Respublikasının İstintaq Komitəsi tərəfindən cinayət işinin açıldığı bildirilir.
Bu mövzuda digər xəbərlər:Azərbaycan və Ermənistan liderləri bu ölkədə görüşə bilər
22 Yanvar 2026 11:50
İordaniya mətbuatı Azərbaycan və Ermənistan liderlərinin Bişkek görüşündən yazıb
01 Sentyabr 2026 23:49
Ermənistan bu ölkədə səfirlik açır
28 Noyabr 2024 12:19
Ermənistan bu ölkədə səfirlik açacaq
28 Noyabr 2024 13:30
Ermənistan bu ölkədə səfirlik açacaq KONKRET
28 Noyabr 2024 13:53
Baxış sayı:167
Bu xəbər 01 Oktyabr 2026 17:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















