Ermənistan MN xəbərdarlıq etdi: Sərhəddə partlayış olacaq
GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bu gün saat 14:00 və 18:00 aralığında Ermənistanın Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətinin Berkaber (Bibiş-red.) və Kirants kəndlərinə bitişik ərazilərdə partlayışlar olacaq.
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Berkaber ətrafında ümumilikdə 5, Kirants ətrafında isə 1 partlayışın olacağı açıqlanıb.
Müdafiə Nazirliyi əhaliyə müraciət edərək narahatlığa əsas olmadığını bildirib.
Qeyd edək ki, Ermənistan ordusu işğal müddətində Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonu ərasini atəşə tutub. Sərhədlərin demarkasiyasından sonra isə Krants kəndinin ərazisi iki hissəyə ayrılıb, yarısı Ermənistanda qalıb, bir hissəsi isə sərhəd divarının çəkilməsi ilə Azərbaycanın nəzarətinə keçib.
Ayşən Mustafa
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 12 Dekabr 2024 12:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















