Icma.az
close
up
RU
Ermənistan Moskvadan qopur: Kreml panikadadır, amma artıq gecdir

Ermənistan Moskvadan qopur: Kreml panikadadır, amma artıq gecdir

Icma.az, Turkstan.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“The Moscow Times”da dərc olunan məqalə Rusiyanın Ermənistan üzərində itirdiyi təsiri geri qaytarmaq cəhdlərinin artıq gecikmiş ola biləcəyini iddia edir.

Müəllif Nicholas Castillo-nun yazısı klassik xəbər deyil, açıq şəkildə analitik və tənqidi mövqedən yazılmış bir essedir. Platformanın özü də Kremlə yaxın media deyil, əksinə, daha çox Qərb auditoriyasına xitab edən, Rusiyanın xarici siyasətini tənqid edən müstəqil nəşr kimi tanınır. Bu səbəbdən məqalədə Kremlin fəaliyyəti “təsir əməliyyatı” kimi təqdim olunur, Ermənistanın Qərbə yaxınlaşması isə müsbət tendensiya kimi qiymətləndirilir.

Məqalədə əsas xətt Ermənistanın son illərdə Rusiyanın orbitindən çıxmağa başlamasıdır. İrəvanda Avropa Siyasi Birliyi sammitinin keçirilməsi, Ukrayna prezidenti Volodimir Zelenskinin uzun fasilədən sonra (24 il) bu ölkəyə səfəri və Nikol Paşinyanın 9 May paradında iştirak etməməsi Moskva üçün açıq siyasi siqnallar kimi şərh olunur. Bu addımlar təsadüfi deyil, Ermənistanın geosiyasi istiqamətini dəyişmək niyyətinin göstəricisi kimi təqdim edilir.

Castillo yazır ki, Kreml bu prosesi dayandırmaq üçün qarşıdakı seçkilərə təsir etməyə çalışır. Rusiya prezident administrasiyasının yüksək vəzifəli nümayəndəsi Sergey Kiriyenkonun bu prosesə rəhbərlik etdiyi, FSB və SVR şəbəkələrinin Ermənistanda aktivləşdiyi iddia olunur. Hətta erməni diasporuna təzyiq göstərilməsi barədə məlumatlar da qeyd edilir. Bu isə artıq sadəcə diplomatik münasibət deyil, açıq şəkildə təsir uğrunda mübarizədir.

Məqalənin ən diqqət çəkən hissələrindən biri ictimai rəy sorğularıdır. Bu sorğular göstərir ki, Paşinyanın “Vətəndaş Müqaviləsi” bloku təxminən 33 faiz dəstəyə malikdir. Kremlə yaxın sayılan Samvel Karapetyanın partiyası 11.4 faiz, Robert Koçaryanın bloku isə cəmi 4.2 faiz səviyyəsindədir. Bu rəqəmlər göstərir ki, Moskvanın dəstəklədiyi qüvvələr parçalanmış və zəif vəziyyətdədir. Müəllif buradan belə nəticə çıxarır ki, Ermənistan cəmiyyətində Rusiyaya olan inam azalıb və Paşinyan Qərbə inteqrasiyanı strateji xəttə çevirə bilib.

Lakin bu yanaşma Rusiya dövlət mediasında tam fərqli təqdim olunur. Kremlə yaxın informasiya məkanında Paşinyanın siyasəti açıq şəkildə təhlükəli kurs kimi təqdim edilir. Məsələn, “Russia Today” və digər platformalarda tez-tez belə ifadələr işlədilir: «Пашинян ведет Армению по украинскому сценарию» — yəni Paşinyan Ermənistanı Ukraynanın taleyinə aparır. Bu ifadə ilə Qərbə inteqrasiyanın nəticəsinin müharibə və dağıntı olacağı mesajı verilir.

RT-nin baş redaktoru Marqarita Simonyan isə daha sərt mövqe nümayiş etdirərək belə deyir: «Армения без России просто не выживет» — yəni Ermənistan Rusiyasız sadəcə yaşaya bilməz. Bu, açıq şəkildə qorxu üzərində qurulan ritorikadır və Ermənistan cəmiyyətinə ünvanlanmış mesajdır.

Rusiyanın tanınmış təbliğatçılarından Vladimir Solovyov isə məsələni daha da kəskinləşdirərək bildirir: «Если Армения уйдет от России, она останется один на один с Турцией и Азербайджаном» — yəni Ermənistan Rusiyadan uzaqlaşarsa, Türkiyə və Azərbaycanla tək qalacaq. Bu isə artıq açıq şəkildə geosiyasi təhdid ritorikasıdır.

Beləliklə, iki fərqli informasiya reallığı ortaya çıxır. Bir tərəfdə “The Moscow Times” kimi platformalar Rusiyanın təsir imkanlarının zəiflədiyini və Ermənistanın alternativlər axtardığını yazır. Digər tərəfdə isə Kreml mediası Ermənistanın Rusiyadan uzaqlaşmasının təhlükəli və dağıdıcı nəticələrə gətirəcəyini iddia edir.

Əslində isə baş verən proses daha genişdir. 2022-ci ildən sonra postsovet məkanında Rusiyanın siyasi mərkəz rolu zəifləməyə başlayıb. Ukrayna müharibəsi Moskvanın resurslarını ciddi şəkildə məhdudlaşdırıb və bir çox ölkələr alternativ geosiyasi istiqamətlər axtarmağa başlayıb. Ermənistan da bu prosesin bir hissəsidir. Qarabağ məsələsində Rusiyanın gözlənilən dəstəyi verməməsi İrəvanda ciddi məyusluq yaradıb və bu, Paşinyanın Qərbə yönəlməsini sürətləndirib.

Bununla belə, Ermənistanın Rusiyadan tam qopacağı da real görünmür. Enerji sektorunda, infrastrukturda və iqtisadi sahədə Moskvanın təsiri hələ də güclüdür. Bu səbəbdən ən real ssenari Ermənistanın balans siyasəti yürütməsi, yəni həm Qərb, həm də Rusiya ilə münasibətləri qorumağa çalışmasıdır.

Amma ümumi tendensiya dəyişməzdir. Ermənistan artıq əvvəlki kimi Moskvanın təsir dairəsində qalmaq istəmir. Kreml isə bunu strateji itki kimi qəbul edir və qarşısını almağa çalışır. Bunun nə dərəcədə uğurlu olacağını isə qarşıdakı seçkilər və regiondakı ümumi geosiyasi dinamika müəyyən edəcək.

Bu prosesin ən vacib nəticəsi isə ondan ibarətdir ki, Qafqaz artıq tək bir gücün nəzarətində olan region deyil. Burada paralel olaraq bir neçə mərkəz — Moskva, Brüssel, Vaşinqton və Ankara təsir uğrunda mübarizə aparır. Ermənistan isə bu rəqabətin mərkəzində dayanır.

Bu kontekstdə Paşinyanın mümkün qələbəsi təkcə daxili siyasi nəticə olmayacaq. Bu, Ermənistanın geosiyasi istiqamətini köklü şəkildə dəyişə bilər. Belə bir ssenaridə İrəvan tədricən yalnız Rusiyadan deyil, həm də İranın təsir dairəsindən uzaqlaşacaq. Türkiyə və Azərbaycanla münasibətlərin normallaşması isə Ermənistan üçün yeni qapılar açacaq. Məhz bu xətt üzərindən Ermənistan Türkiyə vasitəsilə Avropa İttifaqı və ABŞ-la əlaqələrini daha da möhkəmləndirə bilər. Bu isə regionda nəqliyyat və kommunikasiya layihələrinin, o cümlədən Zəngəzur dəhlizinin açılması üçün yeni və daha real geosiyasi zəmin formalaşdıracaq.

Elbəyi Həsənli. Sürix

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:201
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 22 May 2026 16:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see285

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see266

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see250

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see248

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see235

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see229

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see228

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see227

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see227

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see224

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see221

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see220

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see216

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see215

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see204

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see201

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see198

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see195

Spotify bu ölkədə bağlanır

28 Noyabr 2026 00:43see191

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri