Ermənistan MTX sərhəddə iki yeniyetmənin oğurlanması barədə şayiələri təkzib etdi
Icma.az, Qaynarinfo portalına istinadən məlumat verir.
Ermənistanın Milli Təhlükəsizlik Xidməti (MTX) erməni yeniyetmələrin guya Azərbaycan tərəfindən "oğurlanması" barədə məlumatı təkzib edib.
"Report” xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Xidmətin məlumatında bildirilib ki, Sünik vilayətinin Tex icmasının yetkinlik yaşına çatmamış iki sakini erməni güc strukturları ilə söhbət zamanı ev heyvanlarının arxasınca getdiklərini və duman səbəbindən ərazidə istiqaməti itirərək azdıqlarını bildiriblər.
Xatırladaq ki, MTX iyunun 6-da bəyan edib ki, iki yeniyetmə Karen Cangiryan və Andrey Qyaqunts Aravus kəndi yaxınlığında istiqaməti itiriblər və təsadüfən Azərbaycan ərazisinə keçiblər. Bundan sonra Ermənistanın İstintaq Komitəsi "Oğurluq" maddəsi ilə cinayət işi açıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 07 İyun 2025 10:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















