Icma.az
close
up
RU
Ermənistan müharibəni uduzsa da, mina terroru hesabına münaqişəni davam etdirir Ekspert

Ermənistan müharibəni uduzsa da, mina terroru hesabına münaqişəni davam etdirir Ekspert

Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Fevralın 14-də Ağdam rayonunun əvvəllər işğal olunmamış Ayaq Qərvənd kəndi ərazisindən keçən Xaçın çayının hövzəsində mina hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətlərinin birgə məlumatında deyilir. Məlumata görə, Ağdam rayonunun Quzanlı kənd sakini 1965-ci il təvəllüdlü Məmmədov Fayiq Ərşad oğlu idarə etdiyi "Howo" markalı yük avtomobili ilə hərəkətdə olarkən sel sularının gətirməsi ehtimal olunan piyada əleyhinə minaya düşüb. Partlayış zamanı həmin avtomobilin sol arxa çarx hissəsi zədələnib, hadisə nəticəsində xəsarət alan olmayıb. 


Hərbi ekspert Elxan Şıxəliyev “Sherg.az”a söyləyib ki, baş verən hadisə Ermənistan Silahlı Qüvvələrinin 30 ilə yaxın müddət ərzində ərazilərimizi mina terroruna çevirməsinin nəticəsidir:


“1994-cü il atəşkəsindən 2020-ci ilin 27 sentyabrına qədər Ermənistan höküməti Ermənistan Silahlı Qüvvələrinə ayrılan hərbi büdcəni minaların alınmasına və bölgəyə yerləşdirilməsinə xərcləyib. Xüsusilə də Ohanyan səddinin yaradılması və 5-6 səddə mina sahələri, partlayıcı qurğuların yerləşdirilməsi nəticəsində Arazdan Murova qədər bir zolağda bütün cəbhə boyu ermənilərin basdırdıqları minaların 4 il ərzində ANAMA, Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən təmizlənməsi həyata keçirilsə də, tam başa çatmayıb. Minaların partlaması nəticəsində hələ də vətəndaşlarımızın xəsarət almasının və dünyasını dəyişməsinin şahidi oluruq. İndiyə qədərki mərhələ ərzində ANAMA, Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri və özəl şirkətlər tərəfindən 360-a yaxın hektar ərazinin minadan təmizlənməsi baş versə də, zaman-zaman işğaldan azad olunan bölgələrdə mina hadisələrinə rast gələcəyik. Çünki elə mina sahələri var ki, onları sözügedən qurumları təxmin edərək təmizləyə bilirlər. Lakin işğaldan azad edilən ərazilərdən ermənilər geri çəkilərkən qoyub getdikləri tank və piyada əleyhinə minalar torpaq qatı ilə örtüldüyünə və yağış nəticəsində yerlərini dəyişdiyinə görə onları müəyyən etmək çətindir”.


Ekspert qeyd edib ki, Ermənistan mina sahələrinin xəritələrini verməməkdə israrlıdır:

“Görünən odur ki, ermənilərin hesablamalarına görə onlar müharibədə uduzsalar da, mina terroru nəticəsində Azərbaycanla münaqişəni davam etdirməyə çalışıblar. Nəticə etibarilə hər il xeyli vətəndaşlarımız, dövlət qurumlarının nümayəndələri maarifləndirilsə də, mina terroru sayəsində insanların sığortalanması sona qədər həyata keçirilə bilmir. Vətəndaşlarımız hərəkət etməyə icazə verilən yerlərdə belə ehtiyatlı olmalıdır. Çünki ərazilərimizin tamamilə təmizlənməsi baş tutmayıb, xüsusilə sel və daşqınlar nəticəsində minatəmizləmə işləri çətinləşir və təhlükəsizlik risklərini artırır”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:151
embedMənbə:https://sherg.az
archiveBu xəbər 14 Fevral 2025 17:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see761

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see586

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see328

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see298

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see297

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see279

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see276

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see276

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see259

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see244

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see242

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see234

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see222

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see219

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see209

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see205

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see204

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see198

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see194

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri