Icma.az
close
up
RU
“Ermənistan müharibəyə təhrik edilir” Bəhruz Məmmədzadə Yeni Çağ Media

“Ermənistan müharibəyə təhrik edilir” Bəhruz Məmmədzadə Yeni Çağ Media

Yenicag saytından alınan məlumata görə, Icma.az bildirir.

“Son günlər Fransa və Hindistanın Ermənistana silah tədarükü prosesi gedir, bu da bölgədə geosiyasi gərginliyin artmasına səbəb olur”.

Bunu xalqcəbhəsi.az-a açıqlamasında “Xüsusi təyinatlıların qaziləri, şəhid ailələri və veteranları” İctimai Birliyinin sədri, hərbi ekspert Bəhruz Məmmədzadə deyib.
Ekspert bildirib ki, Ermənistan Fransadan “Caesar” özüyeriyən artilleriya sistemləri alır: “Bu sistemlər yüksək dəqiqlik və hərəkət qabiliyyəti ilə tanınır və hücum xarakterli silahlar hesab olunur. Fransanın bu addımını, Ermənistanı Azərbaycana qarşı müharibəyə təhrik etməsi kimi qiymətləndirmək olar. Bu silahların Ermənistana verilməsi bölgədə sülhə mane olur, müharibə ehtimalını yüksəldir. Qərb Cənubi Qafqazda sabitliyi pozmaq, yenidən münaqişə ocağı yaratmağa çalışır. Ermənistan Fransa ilə yanaşı Hindistandan da müxtəlif silahlar, o cümlədən artilleriya və zenit sistemləri tədarük edir. Hindistan da bununla bölgədə təsirini artırmağa cəhdiedir. Dövlətimiz bu addımlara qarşı hər zaman sərt şəkildə öz münasibətini bildirib. Xüsusilə vurğulayıram ki, Ermənistanın bu silahları Azərbaycana qarşı istifadə edə biləcəyi ehtimalı yüksəkdir. Yəni Ermənistan müharibəyə təhrik edilir”.

B.Məmmədzadə diqqətə çatdırıb ki, Azərbaycanın bu silah tədarükünə qarşı reaksiyası kəskin olmalıdır: “Hökumət bu addımları bölgədəki mövcud sülh prosesinə təhlükə kimi qiymətləndirməli, Fransa və Hindistanın hərəkətlərinə sərt reaksiya verməlidir. Azərbaycan müttəfiqləri ilə hərbi əməkdaşlığını gücləndirməli və beynəlxalq platformalarda bu məsələni qaldırmalıdır.
Qərb silah tədarükünü həyata keçirməklə bölgədə strateji üstünlük əldə etmək istəyir. Azərbaycan dövləti isə bu məsələni diqqətdə saxlayır və sülhə mane olan addımlara qarşı mövqeyini sərt şəkildə ifadə edir.

Ermənistanın hərbi büdcəsini artırması, regionda geosiyasi və təhlükəsizlik dinamikalarının dəyişməsi ilə bağlı ciddi müzakirələrə səbəb ola bilər. Ermənistan son illərdə həm daxili siyasi gərginliklər, həm də regionda baş verən münaqişələr fonunda hərbi gücünü modernləşdirməyə çalışır.

2020-ci ildəki İkinci Qarabağ müharibəsindən sonra Ermənistan ordusunun ciddi islahatlara və modernləşdirməyə ehtiyacı olduğu açıq şəkildə görünür. Bu səbəbdən hərbi büdcənin artırılması, texniki təchizatın yenilənməsi və ordunun hazırlıq səviyyəsinin yüksəldilməsi üçün addımlar atılır.

Azərbaycan Cənubi Qafqazda strateji əhəmiyyətli bir mövqeyə malikdir və bəzi regional gərginliklər fonunda müdafiə qabiliyyətini artırmağa ehtiyac duyur.

Ermənistanla həll olunmamış problemlər və sərhəd insidentləri hərbi hazırlığın artırılmasını zəruri edir.

Azərbaycanın hərbi büdcəsinin artırılmasına, regional təhlükəsizlik, milli müdafiə qabiliyyətinin gücləndirilməsinə ehtiyac var idi. Bu məqsədlə də 2025-ci ildə Azərbaycanın hərbi büdcəsinin əhəmiyyətli dərəcədə artırılmasını müsbət dəyərləndirmək olar”.

www.yenicag.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 28 Noyabr 2024 16:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see383

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see255

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see249

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see246

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see245

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see245

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see242

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see239

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see238

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see238

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see230

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see223

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see220

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see220

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see219

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see219

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see218

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see218

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see217

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri