Ermənistan müxalifətinin seçki nəticələri ilə bağlı iddiaları rədd edilib KONKRET
Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.
Ermənistanın Konstitusiya Məhkəməsi müxalifətin 7 iyun parlament seçkilərinin yekunlarının şikayət edilməsi ilə bağlı iddialarını rədd edib.
KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Qeyd olunur ki, məhkəmənin qərarı ilə Ermənistan Mərkəzi Seçki Komissiyasının (MSK) səsvermənin nəticələri barədə qərarı qüvvədə qalır. Dəqiqləşdirilir ki, işə baxılması altı gün davam edib və təxminən 50 saat məhkəmə iclası çəkib.
Xatırladaq ki, seçkilərin nəticələrini ləğv etmək və ya ikinci tur təyin etmək tələbi ilə “Güclü Ermənistan” və “Ermənistan” blokları, həmçinin “Yeni güc”, “Respublika naminə”, “Çiçəklənən Ermənistan”, “Birlik qanadları” və “Demokratiya, qanun, nizam-intizam” partiyaları müraciət edib. Onlar təkid edirdilər ki, seçkilər zamanı sistemli və kütləvi pozuntulara yol verilib.
İyunun 7-də Ermənistanda parlament seçkiləri keçirilib. Bülletenlərin 100%-nin hesablanması yekunlarına görə, Paşinyanın “Mülki müqavilə” partiyası seçicilərin 49,83% səsini toplayıb ki, bu da ona təkbaşına hökumət formalaşdırmaq hüququ verir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:180
Bu xəbər 04 İyul 2026 18:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















