Icma.az
close
up
RU
Ermənistan növbəti təxribata hazırlaşır SON DURUM

Ermənistan növbəti təxribata hazırlaşır SON DURUM

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Sərhəddə yaxın ərazilərdə səngər qurğularının yaradılması qarşıdurma ehtimalını artırır


Hətta bu istiqamətdə Avropa İttifaqının "mülki missiyası"nın Ermənistana dəstəyi də gözləniləndir



Ermənistan silahlı qüvvələri Naxçıvan istiqamətində beton-bunker tipli hücum xarakterli istehkamlar tikir. İşğalda olan Kərki kəndi istiqamətində də bu tipli istehkamların tikildiyi deyilir. Məlumata görə, əraziyə yeni təminat və postlar arasında əlaqə yolları çəkilib, genişmiqyaslı təkmilləşdirmə işləri aparılıb: "4 yeni bunker müşahidə olunur. Ərazidə atəş nöqtələri qazılıb".

 Naxçıvan istiqamətində bu kimi fəaliyyətlər rəsmi İrəvanın bütün "sülh və normallaşma" siyasətinin saxta olduğunu bir daha sübut edir. Kərki kəndi ilə bağlı danışıqların gözlənildiyini bilən və Azərbaycan ərazi bütövlüyünü sözdə "tanıdığını" bəyan edən Ermənistan rəhbərliyi niyə məhz işğal etdiyi ərazi istiqamətində bu kimi addımları atır?! Qısaca desək, Ermənistan sülhdə maraqlı deyil. Xatırladaq ki, Ermənistan Silahlı Qüvvələri şərti sərhədin Kəlbəcər istiqamətində də hərbi texnikanı kamuflyaj edərək daşımaqda davam edir. 


Məlumata görə, Ermənistan Silahlı Qüvvələri şərti sərhəddə artıq hərbi texnika üçün 200-dən çox səngər qazıb. Eyni zamanda Ermənistan da şərti sərhəddə daha bir hərbi hissə tikib. Son günlərdə Ermənistanın bu istiqamətdə hərəkətləri diqqət mərkəzindədir. Ekspertlərə görə, bu cür hərbi hazırlıqlar Ermənistanın sülh istəyinə baxmayaraq, real olaraq hərbi mövcudluğunu gücləndirmə niyyətində olduğunu göstərir. Ermənistanın hərbi hazırlıqları ilə sülh mesajları ziddiyyət təşkil edir. Bu vəziyyət, siyasi və hərbi balansın pozulmasına və bölgədəki münaqişənin yenidən alovlanmasına səbəb ola bilər. Digər tərəfdən, Ermənistan hakimiyyəti daxildəki ictimai rəyi manipulyasiya etmək üçün gərginliklərdən istifadə edə bilər. Adətən, xalqın diqqətini iqtisadi və sosial problemlərdən yayındırmaq üçün münaqişə ilə bağlı təxribatçı fəaliyyətlər həyata keçirilir. 


Siyasi elmlər doktoru, professor, keçmiş millət vəkili Elşad Mirbəşiroğlu "Sherg.az"adeyib ki, Ermənistan zaman-zaman təxribatlar törədib. Deputatın sözlərinə görə, xüsusilə son təxribatlar və bir neçə başqa provokasiyalarda Avropa İttifaqının "mülki missiyası"nın da müşayiətinin olması barədə informasiyalar dolaşırdı: 

"Ermənistan tərəfi Azərbaycan sərhədlərinə yaxın ərazilərdə səngər qazır, istehkam qurğuları yaradır. Kəlbəcər və Naxçıvan istiqamətində bu fəaliyyət müşahidə olunmaqdadır. Ermənistan daxilinə diqqət yetirsək, görərik ki, son dövrlərdə revanşizmə meyillilik daha da güclənməkdədir. Həm müxalifət, həm iqtidar rəsmiləri Ermənistan üçün zaman qazanmağın zəruri olduğunu bildirirlər və Ermənistanın əvvəlki mövqelərini qaytara biləcəklərinə ümid bəsləyirlər. Ermənistan mətbuatında bu barədə tez-tez informasiyalar gedir. Azərbaycan öz ərazilərini Ermənistanın işğalından azad etdikdən sonra ədalətli sülh şərtləri irəli sürüb. Lakin Ermənistan Azərbaycanın şərtlərinə uyğun addım atmaq niyyətində olmadığını göstərir. Düzdür, ritorik olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirir. Amma bunun üçün təsirli və real addımlar atmaq lazımdır. Azərbaycan tələb edir ki, Ermənistan öz Konstitusiyasında dəyişiklik etsin, rəsmi qaydada Azərbaycana olan ərazi iddialarından əl çəksin. Digər yandan ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı şərtimiz var. Ermənistan bunların heç birini etməməklə nümayiş etdirir ki, gələcəkdə Azərbaycana qarşı revanş etmək haqqında düşünür". 


E.Mirbəşiroğlu qeyd edib ki, Ermənistan davamlı olaraq Fransa tərəfindən silahlandırılır və ABŞ ilə Ermənistan arasında hərbi sahədə əməkdaşlığı genişləndirir:


 "Amerikanın hərbi yük təyyarələrinin Ermənistana istiqamətlənməsi, son olaraq strateji tərəfdaşlıq müqaviləsinin imzalanması bir daha nümayiş etdirir ki, Qərb Ermənistandan özünün geosiyasi aləti qismində istifadə edir. Bunun müqabilində Ermənistana Azərbaycana qarşı dəstək olmaq niyyətini göstərir. 2024-cü ilin aprelin əvvəlində Brüsseldə baş tutan görüş də nümayiş etdirdi ki, Avropa İttifaqı Ermənistana hərbi təhlükəsizlik sahəsində dəstək nümayiş etdirəcək. Ardınca gördük ki, Fransa daha intensiv şəkildə Ermənistana hücum silahları ötürür. Amerika Birləşmiş Ştatları ilə Ermənistan arasında daha intensiv hərbi əməkdaşlıq müşahidə olundu. Eyni zamanda Qərb dairələri Cənubi Qafqaz regionunda münaqişə vəziyyətinin aradan qalxması faktını qəbul etmək istəmirdilər. Münaqişədən istifadə edərək öz mövcudluqlarını Cənubi Qafqaz regionunda təmin edirdilər. Amma Azərbaycanın iradəsi ilə münaqişə vəziyyəti aradan qalxdı. Təsadüfi deyil ki, Avropanın müxtəlif strukturlarında, Fransa parlamentində, ABŞ Konqresində Azərbaycana qarşı davamlı olaraq qərəzli müzakirələr keçirilir. Ölkəmiz əleyhinə qətnamələr qəbul olunur. Bu da ona dəlalət edir ki, Azərbaycan tərəfindən münaqişə amilinin aradan qaldırılması Qərb tərəfindən həzm olunmur. Onlar Ermənistandan istifadə edərək vəziyyəti dəyişməyə çalışırlar".


Professor əlavə edib ki, Ermənistan ümid edir ki, nə vaxtsa Azərbaycana qarşı revanş etmək imkanına sahiblənəcək, əvvəlki mövqelərini qaytaracaq:

 "Sözsüz ki, bu, yanlış yanaşmadır. İndiki Azərbaycan Ordusu 2020-ci ildə torpaqlarımızı erməni işğalından azad edən ordudan qat-qat daha güclüdür. Ordumuzun gücləndirilməsi istiqamətində dövlət tərəfindən addımlar sistemli və davamlı olaraq atılmaqdadır. Ermənistan tərəfi isə yenə də öz arzularında qalmaqdadır. Sərhəddə yaxın ərazilərdə səngər qurğularının yaradılması bir daha ona dəlalət edir ki, Ermənistan növbəti təxribatlar həyata keçirə bilər. Hətta bu istiqamətdə Avropa İttifaqının "mülki missiyası"nın Ermənistana dəstəyi də gözləniləndir. Çünki Avropa İttifaqının "mülki missiyası"nın əsas fəaliyyəti vəziyyətin normallaşdırılması istiqamətində addım atmaqdan ibarət deyil. Əksinə, Azərbaycana qarşı kəşfiyyat fəaliyyətini həyata keçirməkdədir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:143
embedMənbə:https://sherg.az
archiveBu xəbər 05 Fevral 2025 19:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see277

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see249

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see182

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see176

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

19 Oktyabr 2025 19:10see139

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see133

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see129

Tramp görüşü zamanı daim Zelenskiyə söyüş söyürdü

19 Oktyabr 2025 23:19see129

Yəmən sahillərində tanker partladı: 24 ekipaj üzvü...

19 Oktyabr 2025 01:17see128

Körpələrdə genetik xəstəliklərin aşkarlanması üçün ölkəyə 300 mindən çox test gətiriləcək

19 Oktyabr 2025 20:14see127

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

19 Oktyabr 2025 04:50see127

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see127

On dörd yaşlı futbolçu qız məktəbdəki zorakılığa görə intihar edib FOTO

19 Oktyabr 2025 04:02see127

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see127

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see127

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

19 Oktyabr 2025 04:05see126

Ərdoğandan Şimali Kiprdə keçirilən prezident seçkilərinin ilkin nəticələrinə reaksiya

20 Oktyabr 2025 00:57see125

Luvr muzeyində Azərbaycan nəfəsi: Parisdə gənc rəssam Diana Quliyevanın əsərləri sərgilənir Foto

19 Oktyabr 2025 09:10see125

“Mən ABŞ ı təhlükəyə ata bilmərəm...”

19 Oktyabr 2025 19:18see122

Mütəxəssislər xəbərdarlıq edir: 50 yaşdan sonra bu qidalar məhdudlaşdırılmalıdır

19 Oktyabr 2025 07:08see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri