Icma.az
close
up
RU
Ermənistan nümayəndələri Bakıya GƏLƏCƏK

Ermənistan nümayəndələri Bakıya GƏLƏCƏK

Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Avqust görüşündən sonra Azərbaycan və Ermənistan arasında ali səviyyədə əlaqələrin sayı əhəmiyyətli dərəcədə artıb, həm birbaşa, həm də alternativ kanallar vasitəsilə iqtisadi fəaliyyət istiqamətində ilkin addımlar atılmağa başlanıb.
Bizim.Media “trend.az”a istinadla xəbər verir ki, bunu "Sülh Körpüsü" Təşəbbüsünün əsas əlaqələndiricisi Fərhad Məmmədov bu gün Bakıda təşəbbüs üzvlərinin qadın və gənclər təşkilatlarının iştirakı ilə keçirilən “Azərbaycanda qadın və gənclər təşkilatlarının sülh prosesinə cəlb edilməsi:
“Sülh Körpüsü” Təşəbbüsü çərçivəsində ictimai müzakirə” zamanı bildirib.
O qeyd edib ki, vətəndaş cəmiyyətinin sülhə hazırlığı məsələsi də aktiv şəkildə müzakirə olunur:
"Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri münaqişənin ilk günlərindən etibarən müəyyən kontaktlar saxlayıb. Bu proses əvvəlcə kiçik qruplar çərçivəsində başlasa da, sonradan fəaliyyət dairəsi genişlənib.
 

Hazırkı sülh prosesi qeyri-adi xarakter daşıyır. Belə ki, müharibə başa çatsa da, sülh sazişinin imzalanması prosesində Ermənistan tərəfi müəyyən maneələr yaradır.


Dövlətlərarası münasibətlərin əsasları artıq formalaşdırılıb. Lakin bu razılaşmalar Ermənistan Konstitusiyasında dəyişikliklə bağlı referendum keçirilmədən qüvvəyə minə bilməz. Bu baxımdan iki yanaşma mövcuddur: ya referendumun nəticələri gözlənilməli, ya da mövcud kontaktlar davam etdirilməlidir.
Hər iki ölkənin cəmiyyətinə göstərilməyə çalışılır ki, əməkdaşlıq mümkündür. Xüsusilə tranzit və neft-benzin məhsullarının ötürülməsi kimi iqtisadi sahələrdə real imkanların olduğunu qeyd edə bilərik. Siyasi və iqtisadi istiqamətlərdə müəyyən irəliləyiş müşahidə olunsa da, vətəndaş cəmiyyəti səviyyəsində proses hələ də formalaşma mərhələsindədir.
Bu istiqamətdə artıq Avropa İttifaqı və BMT vasitəsilə müxtəlif dialoq platformaları yaradılıb. Bununla belə, tərəflər hesab edir ki, dövlətlərarası münasibətlər ikitərəfli xarakter daşıdığından üçüncü tərəfin birbaşa iştirakı məqsədəuyğun deyil.
Maraqlı məqamlardan biri də donor təşkilatların təşəbbüsləri ilə bağlıdır.
Belə ki, bir neçə beynəlxalq qurum fəaliyyətin maliyyələşdirilməsinə hazır olduqlarını bildirsə də, tərəflər olarsq biz bu prosesi yalnız ikitərəfli formatda görmək istəyirik.
Hazırda bütün görüşlər dövlət tərəfindən təşkil edilir, birgə fəaliyyət üçün institusional mexanizmlərin isə hələ formalaşmayıb. Sülh sazişi imzalandıqdan və dövlətlərarası münasibətlər tam formalaşdıqdan sonra bu sahədə daha sistemli dəstək mexanizmləri yaradılacaq.
Prosesin əsas istiqamətləri iki sual ətrafında cəmlənir: sülhə yanaşma necə olmalıdır və praktik olaraq hansı addımlar atıla bilər?
Yaxın vaxtlarda növbəti görüşün keçirilməsi planlaşdırılır və Ermənistan tərəfinin Azərbaycana səfəri gözlənilir. Görüş zamanı Azərbaycan vətəndaş cəmiyyətinin mövqeyi qarşı tərəfə təqdim ediləcək və mümkün əməkdaşlıq istiqamətləri müzakirə olunacaq".
Qeyd edək ki, bu ictimai müzakirə Azərbaycanla Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri arasında aparılan dialoq nəticələrinin Azərbaycan vətəndaş cəmiyyəti ilə bölüşülməsi, mövcud vəziyyətin açıq müzakirəsi və gələcək üçün qadın və gənclərin cəlb edilməsinin praktik mexanizmlərin formalaşdırılması, təkliflərin toplanması məqsədi daşıyır.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:133
embedMənbə:https://bizim.media
archiveBu xəbər 03 Aprel 2026 12:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see399

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see383

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see313

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see308

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see233

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see217

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see215

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see213

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see206

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see203

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see193

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see190

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see188

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see182

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see181

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see180

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see178

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see174

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see165

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri