Icma.az
close
up
RU
Ermənistan parlamentində 2018 ci il hadisələri təkrarlana bilər

Ermənistan parlamentində 2018 ci il hadisələri təkrarlana bilər

Icma.az bildirir, Newscenter.az portalına istinadən.


"Paşinyanın partiyası seçkidə qələbə çaldı, amma mövcud seçki qanunvericiliyinə görə yerlərin sayı bu dəfə 101-dən 105-ə qaldırılan Ermənistan parlamentində "Mülki Müqavilə"nin 64 mandatı var. Bu, sabit çoxluq deməkdir. Yəni o deməkdir ki, hakim partiya yenə də təkbaşına hökumət formalaşdıracaq. Amma Azərbaycanla sülh məsələsi artıq sual altındadır. Çünki Ermənistan Konstitusiyasının 202-ci maddəsinə əsasən, konstitusiya dəyişikliyi ilə bağlı referenduma gedilməsi üçün parlamentdə azı üçdə iki səs çoxluğu, indiki halda 70 mandat tələb edilir ki, bu da yoxdur və olmayacaq!".
Newscenter.az xəbər verir ki, bunları Milli Məclisin deputatı Sahib Alıyev deyib. O bildirib ki, belə olduqda "alternativ yol"a da əl atıla, yəni məsələ xalqın öz öhdəsinə buraxıla bilər:
"Bunun üçünsə referendum keçirilməsi tələbi ilə öncə 50 min imza toplanmalıdır. Parlamentdəki revanşist ünsürlər mövqelərində qalsalar, onda bu dəfə referendumun lehinə 300 min səs toplanması tələb olunur ki, belə olduqda təsdiq üçün artıq parlamentdə mütləq çoxluğa ehtiyac duyulmur. Referendum keçiriləcəyi, konstitusiyaya dəyişiklik ediləcəyi və Azərbaycanla sülh müqaviləsi imzalanacağı təqdirdə belə, eyni səbəbdən onun parlamentdə təsdiqlənməsi problemi də var. Onu da qeyd edim ki, "Müstəqil Dövlət İnstitutları" adlandırılan qurumlara rəhbər və üzvlərin seçilməsi də indiki halda elə asan görünmür. Söhbət Baş Prokuror, Ombudsman, Mərkəzi Seçki Komissiyasının tərkibi və Konstitusiya Məhkəməsinin hakimlərinin parlamentdə təsdiqlənmələrindən gedir. Düzdür, bunun üçün tələb olunan beşdə üç səs çoxluğu, yəni 63 mandat Paşinyanın partiyasında var. Amma o partiyanın üzvlərindən cəmi 2 nəfər elektoratın bir hissəsi kimi satın alındığı, yaxud da hansısa səbəbdən Paşinyana tabe olmaq istəmədiyi halda burada da problemlər yaranır".
Millət vəkili, Ermənistan parlamentində 2018-ci ildə baş verənlərin təkrarlanacağını, yəni baş nazirin istefasını və parlamentin özünü buraxıb yeni seçkiyə gedə biləcəyini istisna etmir:
"Təcrübə göstərir ki, Paşinyan ancaq növbədənkənar seçkilərdə öz məqsədinə çata bilir".
Süleyman
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:110
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 08 İyun 2026 11:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see338

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see335

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see324

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see292

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see287

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see285

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see278

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see272

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see271

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see261

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see254

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see224

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see222

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see220

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri