Ermənistan parlamentinə spiker postuna Ruben Rubinyan namizəd göstərildi
Icma.az, Yeniavaz portalına istinadən məlumat yayır.
Ermənistan parlamentinin sədri vəzifəsinə hakim Vətəndaş Müqaviləsi Partiyasının deputatı, 36 yaşlı Ruben Rubinyanın namizədliyi irəli sürülüb.
Yeniavaz.com Ermənistan mətbuatına istinadən xəbər verir ki, Rubinyan 9-cu çağırış Ermənistan parlamentinin ilk iclasında bu vəzifəyə təqdim edilən yeganə namizəd olub. Onun namizədliyini hakim partiyanın parlament fraksiyasının rəhbəri Arusyak Manavazyan təqdim edib.
Manavazyan çıxışında Rubinyanı prinsipial, təvazökar və dürüst siyasətçi kimi xarakterizə edərək bildirib ki, o, uzun illər ərzində siyasətdə və dövlət quruculuğunda mühüm təcrübə qazanıb. Fraksiya rəhbərinin sözlərinə görə, Rubinyan siyasi fəaliyyəti boyunca ən açıq və şəffaf siyasətçilərdən biri olub və bu xüsusiyyətlərini qoruyub saxlayır.
Qeyd edək ki, Ruben Rubinyan əvvəlki parlamentdə vitse-spiker vəzifəsində çalışıb. O, həmçinin son dövrlərdə Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşdırılması üzrə aparılan danışıqlarda ölkənin xüsusi nümayəndəsi kimi fəaliyyət göstərib.
Bu mövzuda digər xəbərlər:Rubinyan parlamentin spikeri postuna namizəd göstərildi
25 İyun 2026 20:26
Ruben Rubinyan Ermənistan parlamentinin sədri vəzifəsinə namizəd SEÇİLDİ
25 İyun 2026 19:30
Ruben Rubinyan: “Ermənistan artıq dalan deyil”
16 İyun 2026 21:09
Ruben Rubinyan Ermənistan parlamentinin sədri seçilib
03 Avqust 2026 14:16
Ermənistan parlamentində gözlənilməz anlar: Ruben Rubinyan Adana kababı ndan danışdı
03 Avqust 2026 12:43
Baxış sayı:141
Bu xəbər 02 Avqust 2026 12:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















