Icma.az
close
up
RU
Ermənistan prosesi yoxuşa aparmaqla sülhdən yayınır RƏY

Ermənistan prosesi yoxuşa aparmaqla sülhdən yayınır RƏY

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

Ermənistan ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı qrupun həmsədrləri Rusiya, ABŞ və Fransa ilə müzakirələrə başlamaq niyyətindədir. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan İctimai Televiziyaya müsahibəsində deyib: "Biz müzakirə oluna bilən və müzakirəyə çıxarılmayan məsələlərin olduğunu danışmışdıq. Müzakirə edilə bilən məsələlərdən biri ATƏT-in Minsk qrupunun buraxılması məsələsidir. Bir daha təkrar edirəm: ATƏT-in Minsk qrupunun buraxılması məsələsi müzakirə oluna bilər və biz yaxın zamanda bu məsələ ilə bağlı müzakirələrin başlanması təşəbbüsü ilə çıxış etməyi planlaşdırırıq". 


Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri, politoloq Xəyal Bəşirov "Sherg.az"a söyləyib ki, keçmiş ATƏT-in Minsk qrupu de-fakto mövcud deyil və heç bir funksionallığı yoxdur:


“Münaqişədən əvvəlki dövrdə belə onun funksionallığı tamamilə bitmişdi. Sadəcə olaraq nəticəsiz səfərlər, görüşlər və populist bəyanatları ilə yadda qalmışdı. Keçmiş Qarabağ münaqişəsinin həlli üçün yaradılan Minsk qrupunun hazırda mövcudluğuna artıq heç  bir zərurət qalmayıb. Çünki münaqişə öz həllini tapıb və Azərbaycan qalib tərəf olaraq işğala son qoyulduğunu bildirir. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib. Münaqişə geridə qalıbsa, onunla bağlı bütün məsələlər arxada qalmalıdır. Belə olan halda keçmiş Qarabağ savaşının simvoluna çevrilən ATƏT-in Minsk qrupu da ləğv olunmalıdır. Amma Ermənistan hələ də prosesi uzatmağa çalışır və bununla bağlı danışıqlara gəlmir. Fransa ATƏT-in Minsk qrupunun buraxılmasından yana olmayacaq. Fransanı Cənubi Qafqazla bağlayan ATƏT-in Minsk qrupudur. ATƏT-in Minsk qrupunun Fransa, Amerika və Rusiya ilə müzakirəsi zamanı onların mövqeyi bəlli oldu. Ermənistan xatırlayırsa, Rusiyanın ATƏT-in Minsk qrupunun nümayəndəsi və xarici işlər naziri təşkilatın faktiki olaraq mövcud olmadığını və tarixə qovuşduğunu bildirmişdi. Amerikadan olan nümayəndə də müəyyən fikirlər söyləmişdi. Fransa isə heç bir mövqe sərgiləmədi. Ermənistan ona görə müzakirələri istəyir ki, danışıqlar zamanı Fransa əks-mövqe ortaya qoyacaq. Yəni əsas məqsəd ATƏT-in Minsk qrupunun buraxılmamasına nail olmaqdır. Halbuki Ermənistan tərəfinin bu mövqeyi ATƏT-in Minsk qrupunun fəaliyyətinə son qoyulması üçün yetərlidir. Azərbaycan bununla bağlı öz mövqeyini bildirib və Ermənistan ağlını başına yığaraq bizimlə eyni yola gəlməlidir. Ermənistan isə prosesi yoxuşa aparmaqla sülhdən yayınmağa cəhd göstərir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://sherg.az
archiveBu xəbər 22 Mart 2025 17:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see201

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see185

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see184

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see180

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see170

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see151

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see150

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see146

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see143

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see141

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see138

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see138

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see136

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see136

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see132

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see131

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see131

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see131

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see125

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri