Icma.az
close
up
RU
Ermənistan Qərbə arxalanmaqla özünü gərgin bir vəziyyətlə üzüzə qoyur

Ermənistan Qərbə arxalanmaqla özünü gərgin bir vəziyyətlə üzüzə qoyur

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ dövlət katibi Entoni Blinken və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb. Bu sənəd Ermənistanın təhlükəsizliyi, sərhədlərin qorunması və iqtisadi inkişafına ABŞ-nin hərtərəfli dəstəyini nəzərdə tutur. Xartiya, həmçinin ABŞ sərhədçilərinin Ermənistanda fəaliyyət göstərə biləcəyi ehtimalını gündəmə gətirir.

Ermənistanın ABŞ ilə bu əməkdaşlığı Azərbaycanla münasibətlərə necə təsir edə bilər. Cənubi Qafqazda vəziyyət hansı istiqamətdə dəyişə bilər?

Mövzu ilə bağlı Redaktor.az-a danışan keçmiş deputat, siyasi ekspert Elşad Mirbəşiroğlu bildirdi ki, ABŞ Ermənistanı özünün geosiyasi platformasına çevirərək bölgədə mövqelərini gücləndirmək niyyətindədir. 

"Bu sənəddə Amerika Birləşmiş Ştatları tərəfindən Ermənistana hərtərəfli dəstəyin göstərilməsi nəzərdə tutulur. Hərtərəfli dəstək də müvafiq olaraq fəaliyyət sahəsinin bütün sferalarını əhatə edir. Ayrıca olaraq Ermənistan sərhədlərində ABŞ sərhədçilərinin də fəaliyyət göstərəcəyi ehtimal olunur. Bu, təbii ki, bir sıra gərginliklərin yaranacağından xəbər verir. Əsas da Cənubi Qafqaz bölgəsi uğrunda ABŞ-nin açıq mübarizəyə keçdiyini deməyə əsas verir. Bildiyimiz kimi, Ermənistan artıq ABŞ-nin forpostuna çevrilib. Ermənistanda Amerika Birləşmiş Ştatlarının İraqdan sonra dünyada ən böyük səfirliyi mövcuddur və bu səfirlikdə təkcə siyasi, diplomatik fəaliyyətlə məşğul olmur. ABŞ Ermənistanı özünün bir platstarmına çevirərək, geosiyasi rəqibinə qarşı daha aktiv mübarizə aparmaq niyyətindədir. Nəzərə almaq lazımdır ki, ötən il aprel ayının 5-də də Entoni Blinken, Ursula von der Leyen və Nikol Paşinyan arasında Brüsseldə bir görüş keçirilmişdir. Bu görüşdə də Ermənistana təhlükəsizlik təminatlarının verilməsi məsələsi müzakirə edilmişdir. Onun ardınca isə Fransa, Amerika Birləşmiş Ştatları və Avropanın bir sıra ölkələri Ermənistanla daha aktiv hərbi əməkdaşlığa başladılar. ABŞ ilə Ermənistan arasında birgə hərbi təlimlər keçirildi. ABŞ-dən hərbi yük təyyarələri Ermənistana istiqamətləndi. Bu zaman silah-sursatla yanaşı, ABŞ hərbçilərinin də, şəxsi heyətinin də Ermənistana gəldiyi haqqında informasiyalar yayılmışdı. Artıq Ermənistanla ABŞ arasında strateji tərəfdaşlıq sənədinin imzalanması, bu günə qədər müşahidə etdiyimiz proseslərin davamıdır".

Politoloqun fikrincə, ABŞ-nin bu addımı və Ermənistanın fəaliyyəti Cənubi Qafqaz regionunda vəziyyəti gərginləşdirəcək:

"Bu, mahiyyət etibarilə Ermənistana çox şey verməyəcək. Çünki birincisi, ABŞ Ermənistandakı siyasi rejimi tam idarə edir və bu baxımdan da atdığı addımlar və Ermənistanın iştirakçısına çevirdiyi proseslər Amerika Birləşmiş Ştatlarının özünün maraqlarına cavab verir. Bir qayda olaraq da artıq müxtəlif coğrafiyalardakı təcrübələr göstərir ki, erməni kimi alət rolunda çıxış edən ölkələrin aqibəti heç də yaxşı olmur. Ermənistan özünü olduqca ziddiyyətli bir vəziyyətə salıb, bir tərəfdən ABŞ ilə Strateji tərəfdaşlıq sənədini imzalayır, digər tərəfdən isə Rusiya ilə birgə həm Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındadır, həm də Avrasiya İqtisadi İttifaqında iştirak etməkdədir. Eyni zamanda Ermənistan Avrointeqrasiya kursunu götürüb. Bütün bunlar Ermənistanı, sözün həqiqi mənasında, olduqca çətin bir yol ayrıcında qoyub".

Elşad Mirbəşiroğlunun sözlərinə görə, Ermənistan özünü gərgin bir vəziyyətlə üz-üzə qoyur.

"Ermənistan bu gün kardinal dəyişikliyə gətirib çıxara biləcək mövqe nümayiş etdirərsə, o zaman itirəcəkləri çox olacaq. Çünki Avrasiya İqtisadi İttifaqı çərçivəsində Ermənistanın artıq oturuşmuş bir əməkdaşlıq sistemi var ki, Ermənistana kifayət qədər ciddi siyasi dividentlər gətirir. Ayrıca olaraq Rusiya ilə Ermənistan arasında siyasi gərginlik daha da dərinləşəcək. Faktiki olaraq, Ermənistan öz ərazisini Rusiyaya qarşı gələcəkdə bir plastarm kimi istifadə etmək üçün təqdim edir. Bu da Moskva tərəfindən diqqətlə izlənilir. Ayrıca olaraq Cənubi Qafqaz regionunda da təhlükə elementləri formalaşa bilər. Ermənistan Qərbin bir alətinə çevrilib. Bunun müqabilində sözsüz ki, nələrsə istəyir, nələrsə tələb edir. Bu tələblər də əsasən Azərbaycana qarşı revanş imkanlarının formalaşdırılması ilə bağlıdır. Biz bunu aydın görürük, dərk edirik. Ermənistan dəyişəcəyinə ümid edir və vəziyyətin dəyişməsini, şərtləndirəcək elementlərin yaradılmasını da istəyir. Bu baxımdan bütövlükdə imzalanan sənəd sözsüz ki, ABŞ-nin maraqlarına cavab verir. Ermənistanın özünü isə daha da gərgin bir vəziyyətlə üz-üzə qoyur", - deyə keçmiş deputat vurğuladı.

Türkan İSGƏNDƏRLİ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 15 Yanvar 2025 15:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see270

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see165

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see158

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see157

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see155

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see149

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see149

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see137

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see134

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see130

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see128

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri