Icma.az
close
up
RU
Ermənistan rəhbərliyi Qərbi Azərbaycan İcmasının nümayəndələrini mütləq qəbul etməlidir

Ermənistan rəhbərliyi Qərbi Azərbaycan İcmasının nümayəndələrini mütləq qəbul etməlidir

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ermənistandakı Azərbaycan mədəni irsinin bərpası və qorunması Azərbaycan xalqının legitim tələbi olmaqla, ümumbəşəri dəyərlərə hörmət, düşmənçilik səhifəsinin qapanması, xalqlar arasında qarşılıqlı anlaşma üçün zəruridir.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin “Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda III beynəlxalq konfransın iştirakçılarına müraciətində deyilir.

Dövlət başçısının müraciəti ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Naqif Həmzəyev bildirdi ki, heç kəsə sirr deyil ki, Qərbi Azərbaycandan, yəni indiki Ermənistan ərazilərindən XX əsrdə ən azı üç dəfə deportasiya baş tutub.

"Biz buna hətta 1905-1906-cı illərdə baş verən qarşıdurma zamanı didərgin düşən vətəndaşlarımızı, soydaşlarımızı da daxil etsək, demək olar ki, dörd dəfə deportasiya həyata keçirilib. Yüz minlərlə azərbaycanlı öz dədə-baba torpaqlarından didərgin salınıb və xüsusilə də 1987-ci ildə baş tutan son deportasiya zamanı Ermənistan ərazisində yaşayan sonuncu azərbaycanlılar, 300 mindən çox insan məcburiyyət qarşısında qalaraq o torpaqları, doğma yurdlarını tərk ediblər. Bu gün isə Qərbi Azərbaycandan didərgin düşmüş soydaşlarımızın fundamental hüquqlarının bərpası və reallaşdırılması tamamilə normal bir istəkdir. Ermənistan xalqı və Ermənistanın siyasi-hərbi rəhbərliyi Qərbi azərbaycanlıların öz dədə-baba torpaqlarına qayıtmaq istəklərindən və qayıdışlarından qətiyyən narahat və ya qorxu içində olmamalıdır. Bundan əvvəl isə Ermənistan öz ərazisinin hər bir yerində dağıdılmış Azərbaycan mədəni irsinin bərpası və qorunması ilə bağlı addımlar atmalıdır. Hətta lazım gələrsə, bu proses birgə şəkildə də reallaşdırıla bilər", - deyə o vurğuladı.

Millət vəkilinin sözlərinə görə, Azərbaycanın yer adlarının bərpası, tarixi, mədəni və dini abidələrinin qorunması və mövcud olanların saxlanılması üçün zəruri addımlar atılmalıdır:

"Qərbi azərbaycanlıların hüquqlarının qorunması təmin olunmalıdır və Azərbaycan irsi bərpa edilməlidir. Mən düşünürəm ki, bu, Ermənistan tərəfindən atılacaq humanist bir addım olar və sülh gündəliyinin aktiv olduğu, sülhə çox yaxınlaşdığımız bir zamanda Ermənistan tərəfi qərbi azərbaycanlılarla dialoqa can atmalıdır. Qərbi Azərbaycan İcmasının nümayəndələrini Ermənistanın siyasi rəhbərliyi mütləq qəbul etməli, dinləməli və onların istəklərini nəzərə almalıdır. Nəticə etibarilə, bu, regionumuzda uzunmüddətli və dayanıqlı sülhün əldə olunması üçün çox böyük töhfə olacaqdır".

Nuriyyə NATİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:52
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 08 Dekabr 2025 16:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see251

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see242

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see198

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see181

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see159

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see145

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri