Icma.az
close
up
RU
Ermənistan Rusiyaya vaxt qoydu Fevralın ortalarına qədər…

Ermənistan Rusiyaya vaxt qoydu Fevralın ortalarına qədər…

Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Son günlər erməni mətbuatında yer alan xəbərlərə görə, Ermənistan parlamenti fevralın birinci yarısında Avropa İttifaqına daxil olmaq haqqında qanun layihəsini nəzərdən keçirməyə hazırdır.

“Proses prosedura uyğun gedir və ehtimal ki, növbəti dörd günlük sessiyanın (11-14 fevral) plenar iclaslarının gündəliyinə daxil ediləcək” – deyə, xəbərlərdə qeyd edilir.

Ermənistan bir tərəfdən də Rusiya ilə münasibətləri yaxşılaşdırmağa çalışır.

İndiki halda bu nə qədər mümkündür? Ermənistan hər iki masada da əyləşə biləcəkmi?

Globalinfo.az-a danışan siyasi şərhçi Abutalıb Səmədov deyib ki, 2023-cü ilin əvvəlindən başlayaraq Ermənistan anti-Rusiya xətti yürütməyə başladı və açıq şəkildə üzünü Qərbə yönəltdi:

“Son iki ildə Ermənistan Rusiya ilə yaxınlaşmaq üçün heç bir addım atmayıb. Proseslər elə səviyyəyə gəlib çatıb ki, Ermənistanın Rusiyaya yaxınlaşması qeyri-mümkündür. Rusiyanın başı Ukraynadakı proseslərə qarşıb və rəsmi İrəvana qarşı kəskin cavab vermək imkanı yoxdur. Bundan istifadə edən Ermənistan da Qərbə yaxınlaşmaq üçün ardıcıl addımlar atır. Bir tərəfdən ABŞ-la strateji tərəfdaşlıq haqqında xartiya imzalayır, digər tərəfdən isə Aİ-yə üzvlük üçün zəruri fəaliyyətə başlayıb. Bu yolun geriyə dönüşü yoxdur. Rusiya da bunu çox yaxşı anlayır. Xarici işlər nazirlərinin son görüşündə Rusiya xarici işlər naziri Sergey Lavrov xəbərdarlığını etmişdi. Lakin Ermənistan da yaxşı bilir ki, Rusiya Ukrayna müharibəsi bitməyincə, İrəvana qarşı heç bir sərt tədbir görməyəcək”.

Siyasi şərhçinin sözlərinə görə, 2025-ci ilin sonlarına qədər Rusiya və Ukrayna arasında sülhün əldə olunması gözlənilmir:

“Tərəflərin mövqeləri bir-birindən kəskin sürətdə fərqlənir. ABŞ Prezidenti Donald Tramp nə qədər çalışsa da onları ortaq məxrəcə gətirə bilməyəcək. Yeganə çıxış yolu Rusiyanın tərəfində durmaq və Moskvanın mövqeyini Ukraynaya qəbul etdirməkdir. Lakin bu da asan məsələ deyil”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:218
embedMənbə:https://moderator.az
archiveBu xəbər 25 Yanvar 2025 09:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see767

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see595

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see332

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see283

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see280

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see268

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see249

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see245

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see228

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see227

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see214

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see212

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see208

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see203

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see203

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see201

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see192

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see191

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see190

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri