Ermənistan savaşa hazırlaşır?
Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ölkə.az xəbər verir ki, Ermənistanın Yüksək Texnologiyalar Sənayesi Nazirliyinin məlumatına görə, İlon Maska məxsus "Starlink" şirkəti ölkəyə 56 dəst peyk internet avadanlığını ödənişsiz təqdim edib.
Bildirilib ki, peyk terminalları fövqəladə hallar zamanı sabit və fasiləsiz internet əlaqəsinin təmin edilməsi məqsədilə istifadə olunacaq.
"Starlink" peyk internet sistemi 2022-ci ildə Rusiya-Ukrayna müharibəsinin ilk günlərindən Ukraynada geniş istifadə olunmağa başlayıb. Sistem mobil və sabit rabitənin sıradan çıxdığı ərazilərdə internet bağlantısını təmin edərək dövlət qurumlarının, hərbi bölmələrin, xilasedicilərin və kritik infrastrukturun əlaqəsini saxlamağa imkan verib. Bu texnologiya döyüş şəraitində rabitənin davamlılığının qorunmasında mühüm rol oynayıb və Ukraynaya beynəlxalq texnoloji dəstəyin əsas elementlərindən biridir.
Baxış sayı:113
Bu xəbər 11 İyul 2026 20:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















