Icma.az
close
up
RU
Ermənistan seçimini etdi: Rusiyanın cavabı nə olacaq?

Ermənistan seçimini etdi: Rusiyanın cavabı nə olacaq?

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

“Ermənistan Avropa İttifaqına üzvlük məsələsi ilə bağlı referendumun keçirilməsinə hazırlığa başlamağı planlaşdırır”.

Bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan parlamentin iclasında danışıb. 

Onun sözlərinə görə, Avropa İttifaqına üzvlüklə bağlı referendum quruma ərizə təqdim edildikdən, müvafiq reaksiya alındıqdan və prosesin “yol xəritəsi” razılaşdırıldıqdan sonra keçiriləcək:

“Referendumun təşkil edilməsi üçün Ermənistan Aİ-yə üzvlüklə bağlı rəsmi ərizə ilə müraciət etməlidir. Bu, böyük iş tələb edən prosesdir və yaxın gələcəkdə, xüsusən də Avrasiya İqtisadi İttifaqındakı həmkarlarımızın çağırışlarına qulaq asaraq, bu prosesə başlayacağıq”.

Qeyd edək ki, Ermənistanda yaxın aylarda yeni konstitusiyanın qəbulu ilə bağlı referendumun keçirilməsi gözlənilir. Avqustun 24-də Nikol Paşinyan bu barədə açıqlama verib. Bu isə cari ilin sonuna qədər konstitusiya layihəsinin ümumxalq səsverməsinə çıxarılacağını deməyə əsas yaradır.

Yəni Paşinyan Rusiyanın Avropa İttifaqı və Avrasiya İqtisadi İttifaqı arasında seçim etməklə bağlı referendum keçirmək tələbini yeni konstitusiyanın mətninə daxil edə bilər.

Artıq bunu reallaşdırmaq üçün Ermənistan hakimiyyəti əlində ilkin hüquqi baza var. 2025-ci il martın 26-da parlamentdə “Ermənistanın Avropa İttifaqına Üzvlük Prosesinin Başlanılması Haqqında” Qanun qəbul olunub. 

Ermənistan Avrointeqrasiya istiqamətində bir sıra hüquqi öhdəlikləri yerinə yetirib. Avropa İttifaqı Ermənistandan Assosiasiya Sazişini imzalamağı tələb edir. Bu baxımdan, Nikol Paşinyanın qeyd edilən açıqlaması əslində, Rusiyaya yönəlik təzyiq mesajı kimi başa düşülə bilər.

Yəni Paşinyan Ermənistan məhsullarının Rusiyaya idxalına tətbiq edilən qadağalar ləğv edilməsə, yaxın aylarda Avropa İttifaqına üzvlüklə bağlı Brüsselə ərizə ilə müraciət edəcəyi ilə təhdid edir.

Dolayısı ilə Ermənistanın Baş naziri Rusiyanı öz silahı ilə vurmağa çalışır. Ermənistanın Avropa İttifaqına üzvlük  məsələsi yeni konstitusiyanın mətninə daxil edilərsə, təbii ki, referendumda qəbul olunacaq. Bu isə Ermənistanın Avrasiya İqtisadi İttifaqı, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Müstəqil Dövlətlər Birliyi kimi qurumlardan çıxması deməkdir.

Rusiya problemin bu qədər dərinləşməsində və Ermənistanın Qərbin geosiyasi orbitinə düşməsində maraqlı deyil. Çünki Ermənistanın Rusiyanın moderatorluq etdiyi təşkilardanm çıxması və Avrointeqrasiya kursunu seçməsi geridönməz prosesə çevriləcək. 

Lakin Ermənistan Avropa İttifaqına üzvlük məsələsini Gürcüstan, Moldova və Ukrayna təcrübəsində olduğu kimi, konstitusiyaya daxil edəcəyi təqdirdə, Rusiya ilə münasibətlər qarşıdurma mərhələsinə daxil olacaq.

İlk növbədə, Avrasiya İqtisadi İttifaqından çıxmaq Ermənistanın bu birlik çərçivəsində həyata keçirilən bütün ticarət əməliyyatlarında tətbiq edilən sadələşdirilmiş gömrük rüsumlarının dayandırılmasına səbəb olacaq.

Üstəlik, Ermənistanın ixrac etdiyi mal və məhsulların Aİİ zonasına daxil olması ciddi problemlərlə üzləşəcək. Referendumun noyabr-dekabr aylarına keçiriləcəyi nəzərdə tutulduğunu nəzərə alsaq, Ermənistan üçün əsas təhlükələrdən biri qış aylarında yarana bilər.

Belə ki, Avropa İttifaqına üzvlük məsələsi konstitusiyaya daxil ediləcəyi halda, Rusiyanın Ermənistana satdığı təbii qazın qiymətini 177 dollardan 600 dollara qədər artıracağı ilə hədələyir. 

Hətta təziyiq məqsədilə Rusiya müxtəlif bəhanələrlə “mavi yanacağın” nəqlini dayandıra da bilər. Bu isə yüksək dağlıq relyefə və soyuq iqlimə malik Ermənistanda ciddi enerji çatışmazlığının yaranması deməkdir. 

Rusiya da bundan istifadə edərək Ermənistan əhalisi arasında narazılığın artmasına, Paşinyan hakimiyyətinin devrilməsi üçün etiraz aksiyalarının baş qaldırmasına dəstək verə bilər. 

Yəni payız ayları Rusiya və Qərb arasında Ermənistanda geosiyasi qarşıdurmanın daha gərgin mərhələyə daxil olacağı gözlənilir. Eyni zamanda, Ermənistan və Rusiya arasında kompromis imkanlar hələ tükənməyib.

Böyük ehtimalla, Kreml Ermənistan məhsullarına qoyulan embarqoları ləğv edərsə, Paşinyan da Avropa İttifaqına üzvlük məsələsini konstitusiyanın mətninə daxil etmək planını təxirə sala bilər. 

Müşfiq Abdulla
“Cebheinfo.az”

Açar sözlər: Paşinyan Avropa İttifaqı

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:99
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 25 Avqust 2026 14:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see421

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see364

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see281

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see268

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see263

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see248

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see242

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see240

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see229

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see221

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see220

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see218

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see216

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see214

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see201

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see200

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see194

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see193

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see190

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri