Ermənistan sərhəd möhürünü dəyişir Ağrı dağının görüntüsü yığışdırılır
Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ermənistan hökuməti noyabrın 1-dən Ermənistan ərazisinə daxil olarkən və ya çıxarkən vurulan sərhəd möhürlərinin üzərindən Ağrı dağının təsvirini yığışdıracaq.
“AzPolitika” xəbər verir ki, bu barədə danışan Ermənistanın hakim partiyasının katibi Artur Hovhannisyanın dediyinə görə, Ermənistan hakimiyyəti “qonşu ölkələrə təhlükəli mesajlar göndərməmək” üçün sərhəd-keçid məntəqələrindəki pasport ştamplarından Ağrı dağının (ermənilər onu Ararat adlandırır) təsvirini silmək qərarına gəlib.
Bu qərar revanşist və qatı millətçi qüvvələrin etirazına səbəb olsa da, hökumət qərarında israrlıdır.
Qeyd edək ki, bu addım Türkiyə mətbuatında və sosial şəbəkələrdə böyük əks-səda doğurub. Məsələn, Türkiyənin NTV telekanalı Ermənistanın bu addımı Türkiyə ilə münasibətlərin normallaşması çərçivəsində atdığını vurğulayıb. “Haber7” kanalı isə “Turan üçün Zəngəzur dəhlizinə yaşıl işıq yandıran İrəvanın” qərarını şərh edərkən, Nikol Paşinyanın Ağrı dağının Ermənistana aid olmadığı barədə sözlərini xatırladıb.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 15 Sentyabr 2025 15:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















