Icma.az
close
up
RU
Ermənistan silahlı qüvvələrinin məxfi əmri məhkəmədə tədqiq edilib

Ermənistan silahlı qüvvələrinin məxfi əmri məhkəmədə tədqiq edilib

Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İyunun 19-da Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Ermənistan silahlı qüvvələrinin ən böyük silahlı birləşməsinin - qondarma rejimin "ordusunun qərargah rəisinin müavini" Kamo Vardanyanın imzaladığı məxfi sənəd tədqiq edilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, 2020-ci il sentyabrın 25-də imzalanmış 0671 saylı sənəd "Rəqibin yaşayış məntəqələrinin atəşlə məhv edilməsinin qəbul edilməsi haqqında" əmr adlanır. Sənədlə, birləşmələrin və hərbi hissələrin komandirlərinə 2020-ci il sentyabrın 28-dək sənədə əlavə olunmuş siyahıda göstərilən yaşayış məntəqələrinin atəşlə məhv edilməyə qəbul olunmasının təmin edilməsi əmr edilib. Əmr edilir ki, atəş üçün mövqelər hesablansın və döyüş tətbiqinə dair sənədlər tam şəkildə tərtib olunub doldurulsun. Sənədlə əmr olunur ki, artileriya hərbi hissələrində 40 kilometr məsafədə vura bilən raketlərlə atəş açmaq üçün konkret M-21 stansiyası ayrılsın: "Bu stansiya üçün nəzərdə tutulmuş 80 raketdən 40-ı daimi döyüş vəziyyətində maşınlarda saxlanılsın. Qalan 40 raket isə döyüş mövqeyinə çıxmazdan əvvəl yüklənsin".

Əmrin icrasına nəzarət "ordunun artilleriya üzrə komandirinin müavininə" tapşırılıb.

Əmrə "atəşlə məhv edilməyə məruz qalacaq yaşayış məntəqələrinin siyahısı" da əlavə olunub. Siyahıda Azərbaycanın 70-dək yaşayış məntəqəsinin, o cümlədən Gəncə, Mingəçevir, Naftalan şəhərlərinin, Beyləqan, Ağcabədi, Yevlax, Bərdə rayonarının və kəndlərinin adları yer alıb.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi iyunun 20-də davam etdiriləcək.
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:94
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 19 İyun 2025 19:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see325

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see242

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see233

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see219

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see186

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see167

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see166

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see161

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see158

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see154

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see152

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see151

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see150

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see147

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see145

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see145

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see144

Zelenski: İlin ən gərgin diplomatik günləridir

28 Dekabr 2025 16:54see133

Dünyanın ən yaxşı hücumçusu bilindi

29 Dekabr 2025 02:22see132

İKİ SABİQ NAZİR İNSTİTUT DİREKTORU VƏZİFƏSİNDƏN ÇIXARILDI: yeni institut yaradıldı Misir Mərdanovla Əli Abbasov yola salındı

28 Dekabr 2025 22:42see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri