Icma.az
close
up
RU
Ermənistan sülh uğrunda çalışmır tam əksinə, fürsət axtarır

Ermənistan sülh uğrunda çalışmır tam əksinə, fürsət axtarır

Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

Ermənistanın 30 ildən artıq yürütdüyü işğalçı siyasət Azərbaycanın gücü və qüdrəti ilə sona çatdırıldı. Beləliklə, uzun sürən müharibədən sonra Cənubi Qafqaz son 30 ildə ilk dəfədir sülhün bir addımlığındadır. SSRİ-nin dağılması ilə həm Azərbaycanın, həm də Ermənistanın müstəqillik əldə etdiyi tarixdən bu yana İrəvan təcavüzkar siyasəti ilə regionda normal dövlətlərarası münasibətlərin yaranmasına, bölgənin iqtisadi potensialından tam istifadə edilməsinə imkan verməyib. 2020-ci il Vətən müharibəsi ilə aradan qaldırılan işğal faktının ardından regionda həm də yeni siyasi reallıqlar yaranıb - artıq, sülh regionun gələcək inkişafı üçün ən vacib şərt kimi önə çıxıb. 2023-cü il antiterror tədbirləri isə bu reallıqları daha da aydınlığa qovuşdurub - Azərbaycan özünün suverenliyini təmin etməklə, yeni bir mərhələyə start verib.

2022-ci ildən Azərbaycanın təşəbbüsü ilə meydana çıxan sülh prosesi isə yeni istiqamət alıb - xüsusilə, ikitərəfli danışıqların aparılması, dövlətlərin müvafiq strukturlarının birgə açıqlamalar yayması, bəzi kəndlərimizin işğaldan azad edilməsi, eyni zamanda, bəzi ərazilərlə bağlı delimitasiya və demarkasiya işlərinin görülməsi uğurlu nəticə üçün ümid yaradıb. Bu fakt həm dövlət rəsmiləri, həm də prosesə yaxın olan bir sıra qonşu ölkələr tərəfindən təsdiqlənir. Sülh isə əməkdaşlıq üçün ən real şans sayılır. Bu ilin martında sülh sənədinin 17 maddəsinin razılaşdırılıb yekunlaşdırılması isə onu göstərir ki, Ermənistan ümumregional inkişafın bir parçası olmaq üçün son addımın ərəfəsindədir - sülh imzalanacağı təqdirdə bu addım atılmış olacaq.

Bütün bunların fonunda ATƏT-in Mİnsk qrupuna və onun bir sıra strukturlarına ehtiyac qalmayıb. Onlar ləğv edilməlidir. Azərbaycan Minsk qrupunun ləğvi ilə bağlı Ermənistana ATƏT-ə birgə müraciət etmək üçün təklif edib. Həqiqtən də, Dağlıq Qarabağ münaqişəsi mövcud deyilsə, Mins qrupu niyə mövcudluğunu saxlamalıdır?

Bəli, sülhün imzalanmasına bir addım qalmış mənzərə təxminən bu formadadır - Azərbaycan dünyanın yeni iqtisadi münasibətlər sistemində özünəməxsus yerə malik olan Cənubi Qafqazın uğurlu gələcəyi üçün strateji yol xəritəsi hazırlayır, bu yolda ortaya çıxan maneələri aradan qaldırmaq üçün bütün diplomatik, iqtisadi və siyasi rıçaqlarından istifadə edir. Verilən bəyanatlar, səsləndirilən fikirlər bu prioritetin nə qədər ciddi olması ilə yanaşı, uğur qazanma ehtimalının da böyüklüyünü ortaya qoyur. Azərbaycan yeni nizama aparan bu yolda Cənubi Qafqazın həm siyasi, həm də iqtisadi dividend qazanaraq çıxması üçün çalışır - başqa sözlə, Azərbaycan istər təşəbbüskarı olduğu, istərsə də iştirakçı kimi təmsil olunduğu qlobal layihələrin ilk növbədə Cənubi Qafqaz regionunu əhatə etməsi, bölgəyə dividendlər qazandırması faktoruna fokuslanır. Ümumən Cənubi Qafqaz mövqeyi, ideyası məzmun və mahiyyət baxımından yeni tarixi bir mərhələdir - bu, bütövlükdə, Qafqazda sülhün, sabitliyin qorunmasını şərtləndirən amilləri, iqtisadi, mədəni inteqrasiyanı özündə birləşdirir. Eyni zamanda, regionun təhlükəsizliyinin, sülhün və sabitliyin təminatının qarantı kimi çıxış edir. Bu mənada, irəli sürlən təklif regionun gələcəyinin yeni inkişaf strategiyasıdır. Azərbaycanla yaxın əlaqələrə malik Gürcüstan da bu məsələdə maraqlıdır - bu həm ictimaiyyət, həm də dövlət rəsmiləri tərəfindən səsləndirilir. Prezident İlham Əliyev forumda vurğulayıb ki, bu vəziyyət Cənubi Qafqazın üç ölkəsinin xeyrinədir: “Realist olduğum üçün biz dərhal Ermənistanla dost olacağımızı təsəvvür edə bilmərik. Bu, real deyil və hətta belə bir iqtisadi inteqrasiya haqqında danışmaq hələ tezdir. Lakin biz etimadın artırılması üçün kiçik addımların atılmasına hazırıq. Bu yaxınlarda gürcü dostlarımız tərəfindən atılmış müəyyən təşəbbüslər var idi və biz onlara müsbət cavab verdik. Beləliklə, biz Ermənistan tərəfinin mövqeyini gözləyəcəyik”.

Minsk qrupundan imtina edilməməsinin səbəbi...

Sülhün əldə olunması üçün isə Ermənistan son addımları atmalıdır - özünün dövlət Konstitusiyasında müvafiq dəyişiklikləri etmək üçün referendum keçirməli, Azərbaycana qarşı ərazi iddialarından rəsmən geri çəkildiyini bu formada təsdiqləməlidir. Eyni zamanda, ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı müvafiq addımları atmalıdır. Vurğulayaq ki, sülh zəmini şərti üçün referendum tələb olunduğu halda, ATƏT-in Minsk qrupunun ləğvi üçün hər hansı bir qəliz prosesə ehtiyac yoxdur - Ermənistan əgər sülhpərvər mövqedədirsə, bu addımı qısa zamanda ata bilər. Bu isə onu göstərir ki, Ermənistan sülh uğrunda çalışmır - tam əksinə, fürsət axtarır. Yeni situasiyanın yaranacağına ümid edir. İrəvanın bəzi dövlətlər tərəfindən aktiv şəkildə silahlandırılması da məhz buna əsaslanır. Dövlət başçısı ADA univüersitetində keçirilən beynəlxalq forumda çıxışı zamanı bildirib ki, onlar bəzi silahları pulsuz əldə edirlər. Bu, onların Azərbaycana qarşı yeni hərbi əməliyyatları planlaşdırmalarının səbəbidir. Bu səbəbdən onlar ATƏT-in Minsk qrupunun buraxılmasına dair bizim legitim təklifimizi qəbul etmək istəmirlər: “Çünki bizim hamımızın bildiyi kimi, Minsk qrupu Qarabağ münaqişəsi ilə bağlı olan məsələləri həll etmək üçün yaradılmışdır. Əgər Ermənistan hökuməti bəyan etdikləri kimi münaqişənin bitdiyini və Qarabağın Azərbaycanın bir hissəsi olduğunu hesab edirsə, Minsk qrupunun hüquqi olaraq buraxılmaması üçün heç bir səbəb yoxdur. De-fakto olaraq qrup fəaliyyət göstərmir, lakin rəsmi olaraq Minsk qrupunun buraxılması üçün Azərbaycanla birlikdə birgə müraciəti imzalamaqdan imtina etmək onların öz vaxtını gözləməsinə işarə edir. Ola bilsin onlar bəzi dəyişiklikləri, onlara üstünlüklər verən müəyyən beynəlxalq vəziyyəti gözləyirlər”.

Göründüyü kimi, dövlətimizin mövqeyi bundan ibarətdir. ATƏT-in baş katibinin səfəri zamanı bu məsələlər diqqət mərkəzindədir. Ümid edək ki, Azərbaycanın mövqeyi nəzərə alınacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:85
embedMənbə:https://axar.az
archiveBu xəbər 25 Aprel 2025 16:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu həftə saatlar qış vaxtına qurulacaq

24 Oktyabr 2025 16:17see328

Türkiyə Universitetləri — Dünyada Tanınan Müasir Təhsil 2025

24 Oktyabr 2025 16:02see267

İsveç hökuməti 1990 cı illərdən bəri ən böyük vergi islahatını planlaşdırır

25 Oktyabr 2025 03:10see247

Maduro ABŞ la gərginlik fonunda sülhə çağırıb

25 Oktyabr 2025 04:28see209

Ermənilər nə etdi, nə edə bilmədi?.. Əkbər QOŞALI YAZIR

25 Oktyabr 2025 16:23see208

Gənclərdə ürək xəstəlikləri: Alimlər sağlam qalmağın yollarını araşdırıblar

25 Oktyabr 2025 07:44see178

Dinamo Kiyev in əfsanəvi futbolçusu, üçqat SSRİ çempionu İvan Yaremçuk Polşada həbs edilib

24 Oktyabr 2025 15:49see149

Dünyanın ən yaxşı hava limanı şəlalə və damdakı hovuzla seçilib

24 Oktyabr 2025 22:42see142

“Toppuş bacı”nın qızı EFİRƏ ÇIXDI: “Dilarə xanım mənə anamı xatırladır” VİDEO

25 Oktyabr 2025 00:35see137

HƏMAS dan Qəzza açıqlaması: Yerinə yetirmişik

24 Oktyabr 2025 19:42see137

Ailəsi şəhid olduğunu 12 gün sonra öyrəndi

25 Oktyabr 2025 13:02see134

“Daim təhlükə altındayıq” Sakinlərdən ŞİKAYƏT

24 Oktyabr 2025 18:31see129

Britaniya məscidlərin təhlükəsizliyinin təmin edilməsinə milyonlarla funt sterlinq ayıracaq

25 Oktyabr 2025 05:45see127

“Zirə” “Sumqayıt”la üz üzə YENİLƏNİR

25 Oktyabr 2025 11:58see126

Vüqar Bayramov: Təhsil sektorunda gender yanaşmanın nəzərə alınmasına ehtiyac var

24 Oktyabr 2025 16:31see125

Nazirliklərə məxsus avtomobillər satışa çıxarıldı QİYMƏTLƏR

24 Oktyabr 2025 19:31see125

İsrail ordusundan Qəzzaya DƏQİQ ZƏRBƏ Həmin şəxs məhv edildi

25 Oktyabr 2025 23:39see124

Pikassonun sirli şəkildə yoxa çıxan əsəri bir neçə həftə sonra tapılıb...

25 Oktyabr 2025 23:06see123

Orbana ikiqat zərbə Budapeşt sammitinin ləğvi Baş nazirə nə vəd edir?

25 Oktyabr 2025 12:59see123

Şakil O Nilın 180 min dollarlıq avtomobili nəql edilərkən oğurlanıb

26 Oktyabr 2025 06:09see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri