Icma.az
close
up
RU
Ermənistan sülhə hazırdırmı?

Ermənistan sülhə hazırdırmı?

Icma.az bildirir, Bizimyol portalına istinadən.

Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, ölkəsi yaxın vaxtlarda Azərbaycanla sülh sazişinin imzalanması istiqamətində işləri davam etdirəcək. Onun sözlərinə görə, bu məqsədlə konkret addımlar atılacaq və proses gündəmdə saxlanılacaq. Paşinyan həmçinin qeyd edib ki, TRIPP sazişinin ratifikasiya proseduruna da yaxın zamanda başlanılması nəzərdə tutulur.

Politoloq Əli Orucov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Ermənistanın Azərbaycanla yekun sülh müqaviləsi imzalaması ilk növbədə Konstitusiya dəyişikliklərindən asılıdır. Onun sözlərinə görə, İrəvan nə qədər tez referenduma gedərək Azərbaycan ərazilərinə dair Ermənistan Konstitusiyasında və digər fundamental sənədlərdə əksini tapan iddiaları aradan qaldırarsa, sülh müqaviləsinin imzalanması da bir o qədər sürətlənər.

Politoloq hesab edir ki, Ermənistanda keçirilən son parlament seçkilərinin nəticələri erməni cəmiyyətinin hələ də sülhə tam hazır olmadığını göstərir.

“Paşinyan bəlkə də Azərbaycanla diplomatik münasibətlərin qurulmasını və sülh sazişinin imzalanmasını istəyir. Lakin bunun üçün cəmiyyət də bu prosesə hazırlanmalıdır. Bu isə ciddi səylər, uzunmüddətli izahat işi və gərgin siyasi fəaliyyət tələb edir.

Azərbaycan sülh gündəliyinə sadiq qaldığını dəfələrlə nümayiş etdirib və irəli sürdüyü əsas şərtlərdən geri çəkilməyib. Bu baxımdan İrəvan seçkilərdən sonra prosesi sürətləndirməli, siyasi iradəsini və qətiyyətini daha aydın şəkildə ortaya qoymalıdır.

Sülh təkcə dövlətlər arasında imzalanan sənədlərlə məhdudlaşmamalıdır. Dayanıqlı və uzunömürlü sülhün təmin olunması üçün xalqlar arasında da etimadın və normal münasibətlərin formalaşdırılması vacibdir”, – deyə Əli Orucov vurğulayıb.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 08 İyun 2026 17:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Elm və din üz üzə qoyulmamalıdır” TURAL İRFAN

08 Sentyabr 2026 14:20see635

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see533

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

09 Sentyabr 2026 12:17see386

“Ədibin Evi”ndə xarici diplomatlar üçün Azərbaycan mədəniyyət kursları açılıb

08 Sentyabr 2026 18:47see263

Rus alimlər Naftalan yağına alternativ neft yağı kəşf etdilər

08 Sentyabr 2026 16:03see261

Nağı Şeyxzamanlının həyatına işıq salan yeni monoqrafiya

08 Sentyabr 2026 17:45see259

Şəkidə məşhur əyləncə mərkəzində FACİƏ: İki nəfər öldü VİDEO

08 Sentyabr 2026 18:15see258

Üz iflicində inteqrativ müalicə: Biotənzimləyici preparatlar vasitəsilə daha sürətli sağalma

08 Sentyabr 2026 15:59see250

Şəkidə iki nəfərin faciəvi ölməsi ilə bağlı TƏBİB dən AÇIQLAMA

08 Sentyabr 2026 18:51see242

Xərçəng xəstələrinin sayı 67% artacaq

09 Sentyabr 2026 01:01see236

Saqqızı udsanız bədəninizə nə baş verir?

08 Sentyabr 2026 21:51see234

Tramp pop mədəniyyət həvəskarlarının hədəfində Səbəb

08 Sentyabr 2026 15:18see233

Ukrayna şirkəti Azərbaycandan gedir

08 Sentyabr 2026 15:45see232

Filippotun iddiaları əsassızdır Politoloq

08 Sentyabr 2026 10:34see228

YAP xalqa layiqli xidmət nümunəsi yaradıb

08 Sentyabr 2026 22:50see218

Cənubi Qafqaz indi başqalarının diktəsi ilə yaşamır

08 Sentyabr 2026 23:23see206

Süni intellekt bizim ömrümüz ərzində xərçəngin müalicəsini tapacaq Arm rəhbəri

08 Sentyabr 2026 23:41see201

“Mançester Siti” səfərdə “Portu”ya şans vermədi Çempionlar Liqası

09 Sentyabr 2026 01:34see198

Fernandes: “Holand vəhşi heyvandır, əsl vəhşi heyvan”

09 Sentyabr 2026 02:30see193

İspan jurnalist: “Pedri və Rafinya Avropa üçün mövcud deyil”

09 Sentyabr 2026 03:43see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri