Ermənistan tezliklə referenduma hazırlıqlara başlaya bilər
Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.
Ermənistan Avropa İttifaqına üzvlük məsələsi ilə bağlı referendumun keçirilməsinə hazırlığa başlamağı planlaşdırır.
Redaktor.az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan parlamentin iclasında danışıb.
Onun sözlərinə görə, Aİ-yə üzvlüklə bağlı referendum quruma ərizə təqdim edildikdən, müvafiq reaksiya alındıqdan və prosesin “yol xəritəsi” razılaşdırıldıqdan sonra keçiriləcək:
“Referendumun təşkil edilməsi üçün Ermənistan Aİ-yə üzvlüklə bağlı rəsmi ərizə ilə müraciət etməlidir. Bu, böyük iş tələb edən prosesdir və yaxın gələcəkdə, xüsusən də Avrasiya İqtisadi İttifaqındakı həmkarlarımızın çağırışlarına qulaq asaraq, bu prosesə başlayacağıq”.
Bununla belə, Paşinyan ərizənin təqdim edilməsi ilə bağlı konkret tarixlər açıqlamayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:156
Bu xəbər 24 Avqust 2026 12:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















