Icma.az
close
up
RU
Ermənistan TRIPP ilə bağlı narahatlıqlara cavab verməyə hazırdır Paşinyan

Ermənistan TRIPP ilə bağlı narahatlıqlara cavab verməyə hazırdır Paşinyan

Sitat.info portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ermənistan Baş naziri Nikol Paşinyan iyulun 30-da hökumətin iclasından sonra keçirilən brifinqdə bildirib ki, İrəvan TRIPP layihəsinin həyata keçirilməsi ilə bağlı açıq və şəffaf mövqe tutur və layihə ilə bağlı mümkün narahatlıqlara dair bütün sualları cavablandırmağa hazırdır.

Sitat.info-nun erməni mediasına istinadən məlumatına görə, “Tramp marşrutu” layihəsi və İranın bu məsələ ilə bağlı narahatlıqları barədə suala cavab verən Paşinyan vurğulayıb ki, Ermənistan öz mövqeyini açıq şəkildə ifadə edir və bütün tərəflərin suallarına cavab verməyə hazırdır.

Baş nazirin sözlərinə görə, TRIPP çox böyük iqtisadi və infrastruktur layihəsidir və onun həyata keçirilməsi Ermənistan, İran və bütövlükdə region üçün fayda verəcək.

Paşinyan bildirib ki, layihə reallaşacağı təqdirdə Fars körfəzindən Qara dənizə qədər dəmir yolu əlaqəsinin yaradılmasına imkan verəcək. Bu marşrut Azərbaycan, İran, Ermənistan və Gürcüstan ərazilərindən keçəcək.

Ermənistan hökumətinin rəhbəri qeyd edib ki, TRIPP layihəsi hər hansı bir region ölkəsinin kənarda qalacağı ilə bağlı iddiaları təkzib edir: “Əksinə, bu, bütün region ölkələrini əhatə edən layihədir”.

Eyni zamanda Paşinyan etiraf edib ki, TRIPP layihəsinin həyata keçirilməsi qarşısında əsas maneələrdən biri regionda sabitliyin pozulması ola bilər. Bununla belə, o, layihənin mümkün qədər qısa müddətdə həyata keçiriləcəyinə ümid etdiyini bildirib.

Paşinyan həmçinin İran səfərinin dəqiq tarixinin hələ müəyyən edilmədiyini açıqlayıb. O bildirib ki, səfərlə bağlı razılaşmalar əldə olunub, lakin konkret vaxt hələ razılaşdırılmayıb. 

Aytac,

Sitat.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://sitat.info
archiveBu xəbər 30 İyul 2026 16:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see367

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see366

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see357

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see355

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see350

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see335

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see334

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see318

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see316

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see314

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see303

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see300

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see294

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see284

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see281

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see269

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see265

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see252

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see215

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see214
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri