Icma.az
close
up
RU
Ermənistan Türkiyədə səfirlik açacaq?

Ermənistan Türkiyədə səfirlik açacaq?

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Türkiyə ilə Ermənistan arasında hələ də rəsmi diplomatik münasibətlər mövcud deyil. Türkiyə ilə Ermənistan arasında 1993-cü ildən bəri hava və quru sərhədlər bağlıdır, diplomatik əlaqələr indiyə qədər qurulmayıb. Buna səbəb isə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi olub. Hazırda Qarabağ məsələsi həll olunsa da, Azərbaycanla Ermənistan arasında sülh sazişi hələ də imzalanmayıb, bu istiqamətdə danışıqlar prosesi gedir.

Bir çox hallarda Türkiyə ilə Ermənistan arasında rəsmi diplomatik münasibətlərin qurulması Azərbaycandan asılıdır. Yəni Ermənistan Azərbaycanla sülh sazişi imzalamadan, anlaşmadan, Türkiyə ilə diplomatik əlaqələr qura bilməyəcək. 

Lakin son illərdə iki ölkə arasında münasibətlərin normallaşdırılması prosesi aktiv şəkildə davam etdirilir.

2021-ci ilin dekabrında Ankara və İrəvan qarşılıqlı şəkildə xüsusi nümayəndələr təyin edib. Türkiyəni sabiq səfir Serdar Kılıç, Ermənistanı isə parlament sədrinin müavini Ruben Rubinyan təmsil edir. Bu nümayəndələr 2022–2024-cü illər ərzində beş dəfə görüş keçiriblər. Görüşlər əsasən Vyana və Moskva şəhərlərində baş tutub.

Hazırda iki ölkə arasında diplomatik əlaqələr rəsmi səviyyədə qurulmasa da, səfirliklər fəaliyyət göstərməsə də, yük daşımaları və humanitar əməkdaşlıq sahəsində irəliləyişlər var. 2022-ci ildən etibarən qarşılıqlı hava yükdaşımaları bərpa edilib. 2023-cü ildə Kahramanmaraş zəlzələsindən sonra Ermənistan Türkiyəyə humanitar yardım göndərib, bu məqsədlə quru sərhədi qısa müddətlik açılıb.

Ən mühüm hadisələrdən biri də Ermənistanın Baş naziri Nikol Paşinyanın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2023-cü ilin 3 iyun tarixində keçirilən andiçməsinə qatılması olub. Bu  Nikol Paşinyanın Baş nazir səviyyəsində ilk səfəri oluub. Bununla yanaşı ötən gün Nikol Paşinyanın Türkiyəyə səfəri olub və o burada Türkiyə Prezidenti Rəcəb tayyib Ərdoğanla məhdud tərkibdə görüşüb. Bu, Ermənistan rəhbərliyinin Türkiyəyə illər sonra etdiyi ilk yüksək səviyyəli rəsmi səfər kimi qiymətləndirilir.

Qeyd edək ki, normallaşma prosesi çərçivəsində vizasız rejim, diplomatik nümayəndəliklərin açılması və sərhədin tam bərpası məsələləri hazırda müzakirə mərhələsindədir. Hazırkı vəziyyətə əsasən, Ankara ilə İrəvan arasında münasibətlər rəsmi yox, lakin funksional dialoq səviyyəsində davam edir.

Türkiyə Böyük Millət Məclisinin hakim Ədalət və İnkişaf Partiyasından olan deputatı Şamil Ayrım Modern.az-a açıqlamasında bildirib ki, hazırda iki ölkə arasında səfirliyin və baş konsulluğun açılması istiqamətində danışıqlar yoxdur:

“Belə məsələlər müzakirə edilmir. Amma yaxın vaxtda dediyim kimi, Azərbaycanın da məlumatı olmaqla belə addımlar atıla bilər. Hazırda sərhədləri, səfirliyi açmaqla bağlı danışıqlar aparılmır. Təbii ki, Ermənistan tərəfinin xüsusilə sərhədlərlə bağlı həssaslıqları var. Amma bunun üçün zamana ehtiyac var. Önümüzdəki günlər vacib günlərdir. İnşallah, yaxşı şeylər olacaq”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://modern.az
archiveBu xəbər 21 İyun 2025 17:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see297

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see292

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see283

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see270

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see263

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see259

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see245

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see234

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see228

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see220

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see214

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see213

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see213

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see209

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see204

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see195

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see195

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see195

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see182

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri