Icma.az
close
up
RU
Ermənistan “U” dönüşü edir: Paşinyan hakimiyyəti sona çatır?

Ermənistan “U” dönüşü edir: Paşinyan hakimiyyəti sona çatır?

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ermənistan müxalifəti son günlər aktivləşib. Bunun Rusiya dairələrindən ötürülən siqnallardan qaynaqlandığı iddia edilir. Bildirilir ki, Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampla görüşəndən sonra Cənubi Qafqaza fokuslanacaq. Digər tərəfdən məlumata görə, Ermənistan Baş naziri Nikol Paşinyan eks-prezident Ter-Petrosyan vasitəsilə Rusiya ilə münasibətləri düzəltməyə çalışır.

Nikol Moskva qarşısında geri addım atacaqmı? Tramp-Putin görüşü onun sonunu yaxınlaşdıra bilərmi?

Globalinfo.az-a danışan politoloq Yalçın Hacızadə deyib ki, ABŞ-da Trampın hakimiyyətə gəlməsi ilə yeni siyasi xətt müəyyən olunub:

“İkinci Dünya müharibəsindən sonra ABŞ-ın başçılıq etdiyi Qərb bloku və SSRİ-nin rəhbərlik etdiyi sosialist bloku yaradıldı. Hər ikisinin məqsədi ətrafına daha çox ölkə birləşdirərək siyasi və fiziki xəritələrini genişləndirmək və biri-birinə qarşı mübarizə aparmaq idi. Qərb bloku 1991-ci ildə qalib gəldi, SSRİ və ətrafında olan sosializm sistemi dağıldı. Nəticədə Qərb blokunun genişlənməsi üçün imkanlar artdı. Trampın hakimiyyətinə kimi ABŞ rəhbərlik etdiyi bloka daxil olan ölkələri özünün müttəfiqi elan edirdi və onların təhlükəsizliyinin təmin olunmasında əsas qarantor ölkə kimi çıxış edirdi.

İndi isə vəziyyət dəyişib. Tramp seçki kampaniyası zaman “hər şey Amerika üçün və ya ən güclü Amerika” şüarları ilə hakimiyyətə gəldi. Ona görə bu istiqamətdə addımlar atır. Hətta Amerikanın bu zamana kimi əsas müttəfiqi olan Avropa İttifaqı ölkələrini təhdid edir, onlarla iqtisadi savaşa girə biləcəyini göstərir”.

Yalçın Hacızadə

Politoloq qeyd edir ki, Trampa kimi Rusiyanın təsirindən qurtaran və çıxmaq istəyən ölkələrə ABŞ dəstək verirdi:

“Amma Tramp açıq şəkildə elan edir ki, hərə öz başının çarəsinə baxsın. “Kim Amerikanın onu təhlükəsizliyini təmin etməsini istəyirsə, daha biz ona pul, silah verməyəcəyik, həmin ölkə bizə verməlidir” – Tramp belə söyləyir. Bu, Rusiya-Ukrayna müharibəsində Trampın tutduğu və elan etdiyi siyasi xətdə də açıq-aydın görünür. Tramp “Rusiya-Ukrayna müharibəsini hakimiyyətə gələn kimi bitirəcəm” deməsinə Ukraynanı kapitulyasiyaya məcbur etməklə nail olmaq istəyir. Ona görə ABŞ-a güvənərək Rusiya ilə münasibətlərini gərginləşdirən, əsasən də Ukrayna ilə müharibə müddətində Rusiyaya zərbə vurmağa çalışan, ona tətbiq edilən sanksiyalara qoşulan və onun təsirindən qaçmaq istəyən ölkələrin vəziyyətinin növbəti mərhələdə ağırlaşacağını deməyə əsas verir.

ABŞ-ın yeni hakimiyyətinin daha marağında olmayan, ondan siyasi, hərbi və lobbi dəstəyi ala bilməyəcəyini görən Paşinyan ona görə indi “U” dönüşü etməyin yollarını axtarır. Əlbəttə, gözləniləndir ki, Ukrayna müharibəsi Rusiyanın xeyrinə bitdiyi halda Putinin növbəti hədəfi Ermənistan ola bilər. Bu hətta Ermənistanda Paşinyan hakimiyyətinin sonunu da gətirə bilər.
Ermənistanda son günlər müxalifətin aktivləşməsinin səbəbini də bununla izah etmək olar ki, onlar Rusiyanın qalib gəlmək ehtimalından ilhamlanaraq ümidləniblər”.

Safura Bənnayeva
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:143
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 20 Fevral 2025 18:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see368

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see353

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see312

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see278

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see261

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see228

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see218

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see215

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see213

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see199

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see193

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see192

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see183

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see182

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see181

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see181

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see177

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see176

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see176

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri