Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

Serialdakı Arda illər sonra (Foto)

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

İran Prezidenti: Amerikaya etibar etmirik

Ermənistan üçün 2025Cİ İL GÖZLƏNTİLƏRİ

Ermənistan üçün 2025Cİ İL GÖZLƏNTİLƏRİ

Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu vaxta qədər rəsmi İrəvanın nə qədər “ərköyünlük” etməsinə baxmayaraq, artıq Ermənistan üçün çox dar çərçivədə seçim imkanı qalıb və bu imkandan doğru şəkildə istifadə edilmədiyi halda, haylar üçün ağır nəticələr gözləniləndir. Yenicə başlayan 2025-ci ildə erməni “başbilənlər” daha əvvəlki kimi ağılsızlıq etməməli, çox ciddi şəkildə düşünməli, doğru qərarlar verməlidirlər ki, təmsil etdikləri toplumu heç olmasa bundan sonra fəlakətlərə sürükləməsinlər. Artıq erməni baş nazir Nikol Paşinyanın və onun hakimiyyət komandasının ötən illərdəki kimi nə vaxtı var, nə də bundan sonra məsələni uzatmaq kimi bir şansı qalmayıb. Bundan sonra konkret qərarlar qəbul edilməsi gərəkir və bu qərarların hansı şəkildə qəbul olunması, daha doğrusu, doğru, yaxud da yanlış qərarlar məhz cari il, 2025-ci ildə Ermənistan üçün müvafiq gözləntilər vəd edir.

Narahatlıq, qorxu və həyəcan hayların yuxularını haqlı olarzq ərşə çəkib

Hazırda erməni cəmiyyətinin özündə məntiqi şəkildə bir narahatlıq, qorxu və həyəcan müşahidə edilir. Bu narahatlıq, qorxu və həyəcan elə Ermənistana məxsus mətbuat səhifələrində də, üstəlik, erməni ekspertlərin rəy və şərhlərində, fikirlərində də özünü biruzə verir. Məsələn, təhlükəsizlik və hərbi məsələlər üzrə erməni ekspert Ayk Nahapetyanın fikirləri diqqəti cəlb etməyə bilməz. Ələlxüsus da, həmin o erməni ekspertin yerli mediaya, Ermənistana məxsus mediaya müsahibəsi təsdiq edir ki, haylar arasında az da olsa düşünənlər artıq cari ildə lazımi doğru qərarlar vermək məcburiyyətində qaldıqlarının fərqindədirlər. Fərqindədirlər ki, həm Cənubi Qafqazda, həm də beynəlxalq miqyasda düzgün seçim etmək kimi bir yolun başlanğıcındadırlar. Özü də haylar üçün çox az zaman qaldığı da məhz erməni ekspert Ayk Nahapetyanın timsalında digərləri tərəfindən də etiraf olunmaqdadır. Xüsusən də, indi Ermənistanın, məhz Qərb və ya Rusiya kimi çox mürəkkəb bir seçim qarşısında qaldığı, eləcə də regionda öz yolunu düzgün təyin etmək kimi bir seçim ilə üz-üzə olduqları göz önündədir və narahatlıqları da bundan yaranır. Çünki bu zamana qədər hayların “başbilənləri” hər vəchlə məsələləri uzatmaq kimi bir yol tuturdular və məsuliyyətdən də bu şəkildə yayınmağa cəhd edirdilər, hansıki indi belə bir imkanlar qalmadığı onların yuxularını haqlı olaraq ərşə çəkib. Ona görə yuxuları ərşə çəkilib ki, yanlış addımlar atılacağı təqdirdə başlarına nələrin gələcəyinə, cari ildə hansı gözləntilər olacağına əmindirlər.

Bir dövlət olaraq Ermənistanın öz mövcudluğunu qoruması üçün çox az vaxtı qalıb və həyəcan təbili anlaşılandır

Açıq şəkildə erməni ekspert Nahapetyan vurğulayır ki, bir dövlət olaraq Ermənistanın öz varlığını davam etdirməsi üçün çox az vaxtı və imkanı qalıb. “Bizim bir dövlət olaraq varlığımızı davam etdirməyimiz üçün cəmi 3-4 ay vaxtımız var. Bilirəm ki, Ermənistan hökuməti üçün bu addımı atmaq çətindir. Lakin İrəvan məhz KTMT və Rusiya ilə münasibətlərini çox tez bir zamanda mütləq bərpa etməlidir. Bunun ardınca Ermənistan və Azərbaycan arasındakı münaqişənin həlli istiqamətində məhz 10 noyabr 2020-ci il tarixli və digər üçtərəfli bəyanatlara Ermənistan istinad etməlidir. Daha sonra 10 noyabr tarixli üçtərəfli bəyanatın 9-cu bəndini gündəmə gətirmək, ələlxüsus da Zəngəzur dəhlizini Rusiyanın nəzarətində açmaq, eləcə də Rusiyanın Qafanda baş konsulluğunu açmaq, həmçinin Rusiyanın Ermənistandakı hərbi mövcudluğunu artırmaq lazımdır”, deyə təhlükəsizlik və hərbi məsələlər üzrə erməni ekspert Ayk Nahapetyan açıq şəkildə bildirir. Daha dəqiq desək, bütün sadalananlar üçün ölkəsinin çox az, cəmi bir necə ay vaxtının qaldığını xatırladır və əks halda, Ermənistanın bir dövlət olaraq mövcudluğunun sual altında qalcağını böyük həyəcanla vurğulayır. Sözsüz ki, onun belə həyəcan təbili çalması təsadüfi deyil və görünür erməni ekspert öz ölkəsinin reallıqlarla üz-üzə qaldığını yaxşı başa düşüb.

Göründüyü kimi, hayların özləri arasında belə məsələnin nə dərəcədə ciddi olduğunu dərk edənlər var. Eyni ilə qeyd etdiyimiz kimi, haylar arasında da dərk edənlər tapılır ki, Ermənistan adında bir ölkə həm regional, həm də qlobal miqyasda heç olmasa dorğu istiqamət götürməlidir. Doğru istiqamət götürməlidir ki, mövcudluğu sual altında qalmasın. Şəxsən erməni ekspert Nahapetyanın timsalında haylar arasında bəziləri başa düşürlər, daha doğrusu, başa düşmək məcburiyyətindədirlər ki, Ermənistan həm Cənubi Qafqaz regionunda, həm də bütün dünyada özünə doğru yol seçməlidir. Məsələ burasındadır ki, rəsmi İrəvan heç də belə görünmür və gözləntilərin deyəsən fərqində deyil. Amma həmin o gözləntilər barədə xatırlatma etmək tam yerinə düşür. Xatırlatma etmək tam yerinə düşür ki, bir dövlət olaraq Ermənistanın öz mövcudluğunu qoruması üçün çox az vaxtı qalıb və erməni cəmiyyətində müşahidə edilən həyəcan təbili də anlaşılandır.

Başlarına gələnlərin məhz yanlış siyasətin nəticəsi olduğunu dərk etməli, bundan çəkinməlidirlər ki, arzulamadıqları gözləntilərlə üzləşməsinlər

Dünyanın siyasi xəritəsində Ermənistan adlı bir ölkənin qalması üçün rəsmi İrəvan silah əldə etməli deyil və əldə etdikləri silahlar hayların dövlətini qoruyub saxlaya bilməz. Yəni, bu çıxış yolu sayılmır və yanlış addımdır. Çünki hayların qonşularından, region ölkələrindən yox, elə məhz özlərindən, öz ölkələrinin, öz hakimiyyətlərinin yanlış siyasətlərindən, eləcə də silah verib onları münaqişələrə, müharibələrə şirnikləndirənlərdən qorunmaları gərəkir. İşğalçılıq siyasətinin, hələ də başqalarına məxsus olan torpaqları, dəyərləri mənimsəmək, özününküləşdirmək niyyətinin, bu niyyətlərindən istifadə edərək, hiyləgərliklə onlara verilən “dəstəyin” hayların başlarına bəla olduğunu dərk etmələri lazım gəlir. Ən azından bu vaxta qədər başlarına gələnlərin məhz həmin yanlış siyasətin və niyyətlərin nəticəsi olduğunu indi də olsa dərk etməlidirlər ki, arzulamadıqları gözləntilərlə, mövcudluqlarının sual altında qalması ilə üzləşməsinlər. Dərk etməlidirlər ki, belə arzuolunmaz gözlənti ilə məhz bu ildə, 2025-ci ildə qarşılaşa bilərlər.

İlk öncə haylar başa düşməlidirlər ki, onlar üçün ən vacib olanı məhz region ölkələri ilə anlaşmalarıdır. Başa düşməlidirlər ki, qonşu ölkələrlə sülh şəraitində yaşamaları, münasibətlər qurmaları ən doğru addımdır. Hər halda, silah əldə etmək istəyənlər, bunun üçün dəridən-qabıqdan çıxanlar və əldə etdikləri silahlara görə də “sevincək” olanlar kimdən qorunmaq gərəkir, sualını özlərinə versələr pis olmaz. Onlar belə bir sual barəsində ən azından düşünsələr başa düşərlər ki, onları qızışdıran, müharibələrə, münaqişələrə sövq edən və nəticədə də çıxılmaz vəziyyətdə qoyan güvəndikləri Qərb, eyni zamanda Avropanın bəzi ölkələridir. Məsələn, Fransa kimi bir ölkənin timsalında məhz müttəfiqlik adı altında qondarma dəstək, silah verilməsi yersiz müdaxilədir və çox acınacaqlı sonluğa sövq edən, aparan xoşagəlməz gözləntilər vəd edən yanaşmadır.

Haylar ən xırda yanlışlıq müqabilində ancaq bu il Ermənistanın dünyanın siyasi xəritəsindən silinməsini gözləyə bilərlər

Hər halda, Rusiyanın məhz Ukrayna ilə müharibəni başa çatdırdıqdan sonra Ermənistana da bir “əl gəzdirmək” niyyətində olması təkzib edilə bilməz. Haylar özləri də yaxşı bilirlər ki, rusları Qərbə meyl etməklə, onları bölgəyə dəvət etməklə və bir sıra çaşqınlıqları ilə kifayət qədər qıcıqlandırıblar və bunun qarşılığını gözləməlidirlər. Bilirlər ki, Kreml imkan tapan anda dərhal İrəvandakı rıçaqlarını işə salacaq və Qərbin müdaxiləsinin qarşısını almaq üçün bütün mümkün tədbirlərə al atacaq. Ermənilər yaxşı başa düşürlər ki, bu vaxta qədər onlara kifayər qədər “resurs” sərf edən ruslar heç də “əl üzmək” niyyətində ola bilməzlər. Xüsusən də məhz Ermənistanda ABŞ-ın və ya NATO-nun hər hansı şəkildə varlığına rusların dözməyəcəyi bəllidir. Yəqin ki, alyansın Rusiya sərhədlərinə yaxınlaşmasının məhz Rusiya-Ukrayna müharibəsinə səbəb olduğunu da haylar bilməmiş olmazlar və bu baxımdan nəticələrini artıq çıxardıqlarını düşünməyə dəyər. Ümid edirik ki, bunu hesaba almamağın məhz cari ildə nə kimi gözləntilər vəd etdiyinin də ermənilər fərqindədirlər.

Hesab edirik ki, haylar Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması və sülh sənədinin imzalanması məsələsində Rusiyanın mövqeyini yaxşı bilirlər. Yaxşı bilirlər ki, Rəsmi Moskva məhz Putinin imzası olan üçtərəfli sənədlərə çox həssas yanaşır və hər halda, sülh, barışıq istəyinin dəfələrlə bəyan edilməsini unutmayıblar. Xüsusən də, üçtərəfli bəyanatın 9-cu bəndinə əsaslandıqlarını bəyan edən rusların məhz Zəngəzur dəhlizinin də Rusiyanın nəzarətində olması ilə əlaqədar “istəkləri” barədə də haylar müəyyən “təsəvvürə” malik olmalıdırlar. Bilməlidirlər ki, ruslar Bakı və İrəvan arasında imzalanmalı olan sülh müqaviləsinə məhz Qafqazda öz yerlərini möhkəmləndirmək vasitəsi kimi baxırlar və buna görə də həmin müqavilənin imzalanması üçün bütün “mümkün variantlara” əl atacaqlar, hansıki bu “variantlar” haylar üçün, onların ölkələri üçün cari ildə heç də yaxşı gözləntilər vəd etmir. Belə çıxır ki, haylar ən xırda yanlışlıq müqabilində ancaq bu il məhz Ermənistan adlı qondarma da olsa bir dövlətin dünyanın siyasi xəritəsindən silinməsini gözləyə bilərlər və görünür elə bu gözləntilər onların kürklərinə birə salıb və yuxularını da ərşə çəkib...

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:201
embedMənbə:https://sia.az
archiveBu xəbər 06 Yanvar 2025 17:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see349

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see345

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see333

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see292

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see262

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see243

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see224

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see208

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see189

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see187

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see186

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see186

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see184

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see175

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see172

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see171

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see169

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see160

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see160

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri