Icma.az
close
up
RU
Ermənistan üçün bu, uduş olacaq

Ermənistan üçün bu, uduş olacaq

Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Prezident İlham Əliyevin müraciətini Ermənistan tərəfinə xoşməramlı çağırış kimi qəbul etmək olar". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

O bildirib ki, çünki cənab Prezident bu dəfə də sadəcə olaraq xoş dildə, nəzakətli şəkildə əslinə qalanda Ermənistana bir çağırış edir ki, Qərbi Azərbaycan kökənli insanların öz ata-baba yurdlarına qayıtması, oraları gəzib-görməsi üçün şərait yaradılmalıdır: "Eyni zamanda da Qərbi Azərbaycan icması ilə Ermənistan hökuməti danışıqlardan qaçmamalıdır. Biz müharibə elan etmirik, yaxud da, Ermənistanın torpaqlarını işğal etmək fikrində deyilik. Ümumiyyətlə, heç kimin torpağına da göz dikməmişik. Sadəcə olaraq istəyimiz odur ki, bəlkə də, sayı milyonları keçən Qərbi Azərbaycan əsilli insanlarımız gedib ata-baba torpaqlarını görə bilsinlər. Cənab Prezidentin çağırışı bu ruhdadır".

"Düşünürəm ki, Ermənistan tərəfi bundan nəticə çıxarmalıdır. Yəni biz güc hesabına da nələrisə həll edə bilirik. Bunu əməldə göstərmişik. Ermənistan tərəfi də bundan nəticə çıxarmayıb, vaxtında çıxarmadığına görə növbəti dəfə Azərbaycanın gücünü hiss etmək məcburiyyətində qalıb. Amma biz düşünmürük ki, həmişə hər şeyi güc hesabına həll etməliyik. Biz düşünürük ki, danışıqlar, çağırışlar, qarşılıqlı anlaşma yolu ilə çox məsələləri həll edə bilərik. O baxımdan mən düşünürəm ki, cənab Prezidentin bu Qərbi Azərbaycanla bağlı konfrans iştirakçılarına müraciəti Ermənistan üçün də xoş məram çağırışı kimi olmalıdır. Onlar bu müraciəti yaxından təhlil etməli, öyrənməlidirlər, ona uyğun da Azərbaycana reaksiya verməlidirlər. Yoxsa, biz öz istəklərimizdən əl çəkəcək deyilik. Çünki insanlarımızın ata-babalarının qəbirləri hələ də Qərbi Azərbaycanda qalır. Ermənistan hakimiyyəti necə edə bilər ki, bizim insanlarımıza öz ata-babalarının qəbirlərini ziyarət etməyə imkan verməsin, doğulub boya-başa çatdıqları yurdlarını ziyarət etməyə imkan verməsin. Əlbəttə ki, buna görə Ermənistan hökuməti bu xoşməramlı müraciəti ciddi şəkildə diqqətə almalıdır. Azərbaycan zor gücünə, zorakılıqla nəyisə həll etməyə meyilli deyil. Burada sadəcə olaraq xoş məram var. Düşünürəm ki, bu xoş məramı diqqətə alsa, Ermənistan üçün bu, uduş olacaq" - deyə o, əlavə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://sia.az
archiveBu xəbər 06 Dekabr 2024 15:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət bağçası, yoxsa özəl?

24 İyul 2026 09:16see483

İngiltərədən İrana savaş mesajı verildi: “Hazırıq!” KONKRET

24 İyul 2026 09:21see438

Yuxuda kosmosa uçmağın mənası nədir?

24 İyul 2026 09:24see392

Azad edilən 10 kəndə növbəti köç karvanları yola salındı KONKRET

24 İyul 2026 09:18see341

Dollar sabit qaldı, avro ucuzlaşdı Rəsmi

24 İyul 2026 09:24see328

Zəka, iradə və qələbənin simvolu!

24 İyul 2026 09:16see307

Nərimanov, Yasamal və Suraxanıda elektrik enerjisi məhdudlaşdırılacaq KONKRET

24 İyul 2026 09:18see285

2 ci kurs tələbəsi vəfat etdi

24 İyul 2026 09:18see282

Naxçıvanın bəzi ərazilərində qaz təchizatı dayandırılacaq

24 İyul 2026 09:21see217

Neft cüzi ucuzlaşsa da 100 dollardan yuxarı ticarət olunub

24 İyul 2026 08:40see212

Məmmədov oynamadı, komandası Hayduk a uduzdu VİDEO

24 İyul 2026 09:27see210

Əməkdar artisti sancan ilan öldü

25 İyul 2026 01:34see207

“Məhkəmədə qalib gələ bilməyəcəyik” KONKRET

24 İyul 2026 09:18see206

Rusiya Ukrayna müharibəsində çıxılmaz vəziyyətə düşüb

25 İyul 2026 01:12see198

Mərkəzi Bank yeni məzənnələri açıqladı

24 İyul 2026 09:19see198

Küçə itlərinin zəhərləyən otelin işçiləridir” iddiası: Rəhbərlik izahat verdi

24 İyul 2026 14:30see195

Yaxın Şərq yenidən od alov içində...

24 İyul 2026 09:16see191

Ən çox biznes krediti verən 5 bank (II rüb 2026)

24 İyul 2026 16:01see160

“Zirə” üstün oynayıb, ancaq…

24 İyul 2026 09:15see159

Yayda arılardan qurtulmağın ən sadə yolu

24 İyul 2026 18:10see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri