Icma.az
close
up
RU
Ermənistan üçün çıxış yolu...

Ermənistan üçün çıxış yolu...

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.

Sülh İrəvana nə vəd edir?

44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın bölgənin yeni inkişaf strategiyasının müəyyənləşdirilməsi istiqamətindəki addımları mühüm uğurlara yol açır. Bu, bütün parametrlər üzrə ortadadır - dünyada artan gərginliyin fonunda Bakının sülh üçün apardığı siyasi xətt Cənubi Qafqaza həm sabitlik, həm də iqtisadi inkişaf vəd edir. Nəzərə alınmalıdır ki, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasının ardından bölgənin təhlükəsizlik seqmentinin ən yüksək səviyyəyə çatması bütün qlobal aktorların diqqətini cəlb edir. Beləliklə növbəti mərhələdə Cənubi Qafqazın həyatında yeni - sabit, inkişafa yönəlik dövrün başlaması üçün şans yaranır. Günün rakursundan baxdıqda, bu təhlükəsizlik xəttinin vaciblik indeksi daha yaxşı görünür - yeni iqtisadi nizamın formalaşdığı bir zamanda Cənubi Qafqazın stabil və sabit məkan kimi şöhrət ması, tanınması qlobal layihələrin bizim coğrafiyada təşəkkül tapmasını təmin edən mühüm faktlardan birinə çevrilmə imkanını formalaşdırır. Xüsusilə, Qərb-Şərq kotentində əlaqələrin yeni müstəviyə transfer edilməsi aktuallıq daşıyır.

Şərtlər yerinə yetirilməlidir

Sülh Ermənistan üçün də yeganə çıxış yoludur - 2020-ci il Vətən müharibəsi və 2023-cü il antiterror tədbirləri Cənubi Qafqazda yeni siyasi reallıqlar formalaşdırdı. Bu reallıqlar daha çox Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmini olaraq diqqətdən keçirilsə də, ortada mühüm bir həqiqət var - II Qarabağ müharibəsinin nəticələri, imzalanacaq sülh Ermənistanın hüquqi dövlət statusu qazanmasına şərait yaradacaq. Bu reallıq əvvələr Ermənistanın siyasi rəhbərliyi və ictimaiyyəti tərəfindən etiraf edilməsə də, zaman keçdikcə, Azərbaycanın önə sürdüyü məsələlərin İrəvan üçün nə qədər böyük əhəmiyyət daşıdığı ortaya çıxır. Azərbaycanın hələ 2022-ci ilin martında təşəbbüskarı olduğu proses bu və ya digər şəkildə zaman-zaman Ermənistanın siyasi rəhbərliyi tərəfindən təsdiqlənib və bu gün də təsdiqlənir - Azərbaycanın Ermənistanla razılaşdırdığı 17 maddəlik sənəd beynəlxalq hüquqa söykənməklə, mövcud həqiqətləri əks etdirməklə yanaşı, Ermənistanın özünü real dövlət olaraq təsdiqləməsi üçün yeni zəmin yaradır. Burada yer alan müddəalar Ermənistanın qlobal arenada suveren dövlət kimi yer tapması üçün şərait deməkdir.  Konstitusiyada dəyişiklik etməklə Azərbaycan torpaqlarına iddialardan rəsmən əl çəkilməsi Ermənistan üçün vacib şərt kimi önə çıxır -Ermənistanın bu qondarma iddialardan rəsmən əl çəkməsi İrəvanın özünün dövlət kimi sərhədlərinin tanınması üçün ilkin şərt rolunu oynayacaq. Yəni Ermənistan üçün hər şeyin başlanğıcı məhz sülh sənədinin imzalanması, irəli sürülən şərtlərin yerinə yetirlməsidir.

Sülhün region üçün vacib şərt olması Ermənistan baş nazirinin Türkiyəyə səfəri çərçivəsində də açıq şəkildə göründü. Bəlli olduğu kimi, iyunun 20-də Türkiyəyə səfər edən Paşinyan Prezident Rəcəb Tayyib Ərdoğanla görüşüb. Paşinyanın səfəri Ermənistandan Türkiyəyə bu səviyyədə ilk rəsmi səfər kimi tarixi əhəmiyyət kəsb edib - səfər həm də iki ölkə arasında münasibətlərin normallaşması prosesində mühüm mərhələ hesab olunur. Türkiyə KİV-nin məlumatına görə, görüşdə Prezident Ərdoğan Azərbaycan və Ermənistan arasında sülh danışıqlarında əldə olunan razılaşmanın hazırkı konyukturada əhəmiyyətinə diqqət çəkib. O, Türkiyənin bölgənin “qazan-qazan” prinsipi əsasında inkişafı istiqamətində həyata keçirilən səylərə hər cür dəstəyi verməyə davam edəcəyini bildirib. Görüşdə Türkiyə ilə Ermənistan arasında normallaşma prosesi çərçivəsində atılacaq addımlar da müzakirə olunub.

Təhlükəsizlik qarantı...

Bəli, sülhün vacib şərt olması zaman-zaman Paşinyanın da dilindən səslənib. Erməni baş nazir dəfələrlə bildirib ki, (hətta xalqa müraciətlərində) “real Ermənistan”ın qurulması üçün ölkəsi və xalqı utopik yalanlardan, qondarma iddialardan geri çəkilməlidir. Bu, İrəvana xoş gələcək vəd etmir. Amma sülhü imzalayacağı təqdirdə Azərbaycanın ümumən Cənubi Qafqazda yaratdığı mühüm inkişaf prosesinin bir hissəsinə çevrilmək imkanı qazanacaqlar. “Çətir altından” xilas olmaq perspektivi yaranacaq. Bu fakt, həm də Paşinyana qarşıdan gələn seçkilərdə daxili auditoriyada rəqibləri üzərində üstünlük formalaşdıracaq. Sülhün imzalanması erməni kilsəsinin zərərsizləşdirilməsi demək olacaq - artıq Paşinyan nə siyasi, nə də teokratik müxalifətdən “əziyyət” çəkməyəcək.

Tarixən Azərbaycan torpaqlarında özlərinə dövlət qurmuş ermənilərin yenidən işğal arzusunun qarşısını almaq üçün Azərbaycan mühüm bir proses başladıb - sülhün imzalanması üçün Ermənistan onstitusiyası dəyişməlidir, orada yer alan bir sıra qondarma iddialar çıxarılmalıdır. Paşinyanın özü bir daha təsdiqləyir ki, Azərbaycan düz yoldadır - əbədi sülh üçün ortadakı şərtlərə əməl olunmalıdır.

Zəngəzur dəhlizinin açılması...

Bölgədə münasibətlərin normallaşmasında ən mühüm məqamlardan biri də kommunikasiyaların açılmasıdır. Yeri gəlmişkən, bu məsələ Ermənistan ictimaiyyəti tərəfindən də hər zaman aktual saxlanılır - nəzərə alsaq ki, Zəngəzur dəhlizinin açılması həm də Ermənistan üçün mühüm inkişaf perspektivləri vəd edir, bu ölkənin siyasi kəsiminin mühüm hissəsinin məsələyə baxışı müsbətyönümlüdür. Ermənistanın ictimai rəyi də artıq bu həqiqəti əxz də bilib - Zəngəzur dəhlizi Azərbaycandan Azərbaycana rahat və maneəsiz yol olduğu qədər Ermənistan üçün mühüm iqtisadi platformadır. Post-müharibə dövründə regional inkişafın əsas ünsürlərindən birini məhz Zəngəzur dəhlizi - Şərq-Qərb logistik ticarət və yükdaşıma yolu, onun elementləri, keçid məntəqələri və marşurutları təşkil edə bilər. Çünki Zəngəzur dəhlizi Şərq-Qərb marşurutu üzərində ən qısa yol olmaqla istər ərb, istərsə də ərq kontingentindən olacaq tərəfdaşlar üçün effektiv xarakter daşıyır. İnfrastruktur baxımından da Zəngəzur dəhlizi olduqca əlverişlidir. Dəhlizin Azərbaycandan keçən hissəsində işlər tam hazırdır. Zəngəzur dəhlizinin ən mühüm üstünlüklərindən biri isə Avropa ilə Asiyanı birləşdirməklə yanaşı, Yaxın Şərq regionuna da yaxınlığıdır. Türkiyə vasitəsilə təkcə Avropaya deyil, eləcə də Yaxın Şərqə çıxış imkanı qazanacaq layihə tərəfdaşları bu üstünlükdən də yararlanmış olacaqlar. Bu isə Ermənistana mühüm üstünlüklər vəd edir. Dəhlizin açılması Ermənistanın iqtisadi potensialında mühüm dəyişikliklərə yol açacaq. Bütün bölgə dövlətləri bu xətt vasitəsilə birləşəcək və yeni iqtisadi güc müstəvisi yaradacaq ki, burada da Ermənistan üçün böyük dividendlər gözlənilir...

P.İSMAYILOV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 22 İyun 2025 09:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see284

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see268

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see254

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see245

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see224

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see204

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see203

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see202

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see190

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see188

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see186

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see180

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see173

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri