Icma.az
close
up
RU
Ermənistan vaxtilə işğal altında olan Azərbaycan ərazilərinə çoxlu mina yerləşdirib Spiker

Ermənistan vaxtilə işğal altında olan Azərbaycan ərazilərinə çoxlu mina yerləşdirib Spiker

Unikal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Milli Məclisin sədri Sahibə Qafarova oktyabrın 20-də İsveçrənin Cenevrə şəhərində Parlamentlərarası İttifaqın (PAİ) 151-ci Assambleyasında keçirilən “Böhran zamanı humanitar normaların qorunması və humanitar fəaliyyətin dəstəklənməsi” mövzusunda müzakirələrdə çıxış edib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Unikal"a verilən məlumata görə, çıxışında bu gün dünyada münaqişələrin və təbii fəlakətlərin sayının artmaqda davam etdiyini söyləyən spiker Sahibə Qafarova bunun özü ilə yeni humanitar çağırışlar – zorakılıq, köçkünlük, böhranlar və aclıq gətirdiyini bildirib.

Birləşmiş Millətlər Təşkilatının Baş katibinin bu yaxınlarda qlobal humanitar fəaliyyətin iflasa uğramaq ərəfəsində olması ilə bağlı xəbərdarlıq etdiyini xatırladan Milli Məclisin sədrinin sözlərinə görə, bu, vəziyyətin nə qədər ciddi olduğunu və birgə tədbirlərə nə qədər ehtiyac duyulduğunu açıq şəkildə göstərir. 

Tədbir iştirakçılarına bu ilin avqustunda Vaşinqtonda Azərbaycan və Ermənistanın Birgə Bəyannamə imzalaması haqqında məlumat verən spiker Sahibə Qafarova deyib ki, tərəflər sülh sazişini də parafladılar ki, bu da onilliklərlə davam edən Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulması istiqamətində tarixi addımdır. Milli Məclisin sədri ümidvar olduğunu bildirib ki, bu əlamətdar hadisə Cənubi Qafqazda daimi sülh, sabitlik və davamlı inkişafın yeni səhifəsini açacaq. Bu isə, hətta uzun müddətdir davam edən münaqişələrin də dialoq və siyasi iradə yolu ilə həll oluna biləcəyinə dair əminlik yaradır.

Spiker Sahibə Qafarova müzakirə iştirakçılarının diqqətinə çatdırıb ki, Azərbaycan xalqı humanitar böhranın nə demək olduğunu öz təcrübəsində yaşayıb. Onun sözlərinə görə, hələ 1990-cı illərin əvvəllərində Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində bir milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. O dövrdə 8 milyonluq xalq üçün bu, böyük faciə idi. Davamlı milli səylər və beynəlxalq tərəfdaşların dəstəyi ilə Azərbaycan köçkün əhalisinin təcili ehtiyaclarını ödəyə bildi. 2020-ci ildə ölkəmiz öz ərazi bütövlüyünü bərpa etdikdən sonra işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı yenidənqurma və reabilitasiya layihələrinə başlayıb. Milli Məclisin sədri deyib ki, artıq qayıdış prosesi başlayıb və bu gün əlli mindən çox insan yenidən orada yaşayır, işləyir və oxuyur. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin güclü siyasi iradəsinin və humanitar fəaliyyətə sadiqliyinin sübutudur.

Bununla belə Sahibə Qafarova hələ də bəzi ciddi problemlərin qaldığını söyləyib. O, bu sırada ən aktual məsələlərdən biri kimi insanların həyatını təhdid etməyə və yenidənqurma işlərinə mane törədən ərazilərimizin minalarla çirklənməsini göstərib. Spiker diqqətə çatdırıb ki, işğal illərində Ermənistan tərəfindən Azərbaycanın əvvəllər işğal altında olmuş ərazilərində çoxlu sayda minalar yerləşdirilib. Vurğulanıb ki, 2020-ci ildən indiyədək minalardan 400-dən çox azərbaycanlı həlak olub və ya yaralanıb. Bu minalar və müharibə qalıqları həm də ətraf mühitə ciddi ziyan vurur - torpağı və suyu çirkləndirir, biomüxtəlifliyi məhv edir və münbit torpaqların becərilməsinin qarşısını alır. 

Milli Məclisin sədri diqqətə çatdırıb ki, ölkəmiz üçün humanitar minatəmizləmə təkcə təhlükəsizlik tədbiri deyil, həm də ətraf mühitin bərpası aktıdır.

Çıxışında Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən yenidənqurma və bərpa işləri zamanı davamlı inkişaf və "yaşıl prinsiplər"in inkişafın hər bir mərhələsinə inteqrasiya etdiyini vurğulayan spikerin bildirdiyinə görə, həmin ərazilərdə bərpanın ətraf mühitin yenilənməsi ilə paralel getməsini təmin etmək üçün yeni “ağıllı kəndlər” və “yaşıl enerji zonaları” yaradılır. O deyib ki, humanitar bərpa və ekoloji tarazlıq birlikdə inkişaf etməlidir. 
Milli Məclisin sədri, assambleyada daha bir humanitar çağırış kimi itkin düşmüş şəxslərin taleyi ilə bağlı məsələyə də diqqət çəkib. O vurğulayıb ki, münaqişə illərində 4000-ə yaxın azərbaycanlı itkin düşüb və onların ailələri hələ də cavab gözləyir. Bu, təkcə milli ağrı deyil, həm də bir çox ölkələrin paylaşdığı universal humanitar narahatlıqdır. 

Spiker bir daha diqqətə çatdırıb ki, Azərbaycan bu çağırışla mübarizəni dəstəkləmək məqsədi ilə humanitar minatəmizləməni özünün 18-ci Milli Dayanıqlı İnkişaf Məqsədi kimi qəbul edib və digər ölkələri də oxşar yanaşmanı nümayiş etdirməyə dəvət edir. Bundan başqa, Azərbaycan humanitar minatəmizləmə üzrə beynəlxalq konfranslar təşkil edir və ideyaların və qabaqcıl təcrübələrin mübadiləsi üçün dəyərli platforma təmin edən “İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu”nu təsis edib. 

Çıxışının sonunda Milli Məclisin sədri deyib ki, vaxtilə humanitar yardım alan Azərbaycan bu gün donor ölkə kimi çıxış edir, BMT-ni və qlobal humanitar səyləri dəstəkləyir. COVID-19 pandemiyası zamanı Azərbaycan 80-dən çox ölkəyə yardım göstərib və son beş ildə 140-dan çox ölkəyə 350 milyon ABŞ dollarından çox humanitar, maliyyə və texniki yardım çatdırıb. Bu səylər vasitəsilə Azərbaycan göstərir ki, sülh, humanitar fəaliyyət və ekoloji davamlılıq ayrılmazdır. Yalnız həmrəylik və ortaq məsuliyyət sayəsində biz hamı üçün daha təhlükəsiz, daha yaşıl və daha humanist gələcək qura bilərik.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://unikal.az
archiveBu xəbər 20 Oktyabr 2025 16:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see263

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see187

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see183

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see158

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see155

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see149

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see148

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see144

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see143

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see139

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see138

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see138

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see137

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see135

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see132

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri