“Ermənistan və ABŞ arasında imzalanan sənədi çox şişirtmək lazım deyil”
Icma.az bildirir, Gununsesi saytına əsaslanaraq.
”Ermənistanın ABŞ-la imzaladığı sənəd strateji müttəfiqlik yox, strateji tərəfdaşlıq haqqındadır.
İkisi arasında prinsipial fərq var.
Ermənistan-ABŞ Strateji Tərəfdaşlıq Xartiyasında hərbi yardım barədə müddəa, öhdəlik yoxdur”.
Gununsesi.info xəbər verir ki, bunu siyasi təhlilçi Şahin Cəfərli ABŞ və Ermənistan arasında imzalanan saziş haqqında danışarkən deyib.
“Azərbaycanın Türkiyə ilə 2010-cu ildə imzaladığı müqavilədə (Şuşa Bəyannaməsi bu müqavilənin yenilənmiş versiyasıdır) və 2022-ci ildə Rusiya ilə imzaladığı müttəfiqlik bəyannaməsində isə belə bir müddəa var.
Türkiyə ilə imzalanmış sənədlərdə bu məsələ konkret (tərəflər hücuma məruz qaldıqda bir-birinə yardım göstərəcəklər), Rusiya ilə Bəyannamədə isə bir az qeyri-müəyyən ifadə olunub. (Tərəflər hərbi yardımın göstərilməsi imkanını nəzərdən keçirə bilər).
Ermənistan və ABŞ arasında imzalanmış sənəd əlbəttə ki, əhəmiyyətlidir, amma çox şişirtmək də lazım deyil”.
Afət Abbasova
Gununsesi.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 16 Yanvar 2025 00:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















