Ermənistan və ABŞ Zəngəzur dəhlizinin çərçivə sənədini yayımladı KONKRET
Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ermənistan və ABŞ TRIPP layihəsinin (Zəngəzur dəhlizi -red.) həyata keçirilməsi ilə bağlı çərçivə sənədi yayımlayıb.
KONKRET.az xəbər verir ki, sənədi Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Marko Rubio təqdim ediblər.
TRIPP layihəsi Azərbaycanın əsas hissəsini Ermənistan ərazisindən keçməklə Naxçıvanla birləşdirməyi nəzərdə tutur.
Layihənin həyata keçirilməsi üçün TRIPP İnkişaf Şirkətinin yaradılması planlaşdırılır. Sənədə əsasən, şirkətdə ABŞ-ın payı 74 faiz, Ermənistanın payı isə 26 faiz olacaq.
İnfrastrukturun inkişafı hüquqlarının ilkin müddəti 49 il müəyyənləşdirilib. Sonrakı mərhələdə Ermənistanın şirkətdəki payının 49 faizə qədər artırılması mümkün olacaq.
Rəsmiyyə Şərifova,
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:150
Bu xəbər 14 Avqust 2026 11:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















