Ermənistan və İran sərhəddə sadələşdirilmiş yaşıl dəhliz yaradacaq
Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ermənistan və İran Norduz-Mehri sərhəd-keçid məntəqəsində sadələşdirilmiş "yaşıl" gömrük dəhlizinin yaradılması barədə razılığa gəliblər.
"Report"un Ermənistan KİV-lərinə istinadən verdiyi məlumata görə, bu qərar İranın iqtisadiyyat nazirinin müavini, Gömrük Xidmətinin rəhbəri Fərud Əsgərinin Ermənistanın Dövlət Gəlirləri Komitəsinin sədri Eduard Akopyanla Culfa şəhərində keçirilən görüşünün yekunları üzrə qəbul edilib.
Qeyd olunur ki, sentyabrın 12-də keçirilən görüşdə tərəflər ticarətin inkişafına və asanlaşdırılmasına şərait yaratmaq məqsədilə gömrük prosedurlarının sadələşdirilməsi və iki ölkə arasındakı sərhəddən malların daşınmasının sürətləndirilməsi ilə bağlı bir sıra tədbirlər razılaşdırıblar.
Xüsusilə, İran-Ermənistan sərhədində sadələşdirilmiş gömrük "yaşıl" dəhlizinin tətbiqi barədə razılıq əldə olunub. Bunun yük maşınlarının gözləmə müddətini azaltması gözlənilir. Digər razılaşmaya əsasən, yükün gəlişindən əvvəl məlumat mübadiləsi (Pre-Arrival) elektron şəkildə gücləndiriləcək. Bu isə yük maşınlarının ölkəyə girişinin rəsmiləşdirilməsi zamanı inzibati prosedurların həcmini azaltmağa imkan verəcək. Ermənistan və İran sənədlərin yoxlanılmasını da sadələşdirmək, kağız sənədləri elektron sənədlərlə əvəzləmək barədə razılığa gəliblər.
Tərəflər həmçinin səlahiyyətli iqtisadi operatorların (SİO) statusunun qarşılıqlı tanınmasına dair sənədi müzakirə edərək təsdiqləyiblər. Bu status gömrük xidmətlərinin müəyyən etdiyi tələblərə cavab verən ayrı-ayrı şirkətlərə verilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 13 Sentyabr 2026 15:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















